Tapılan ümumi test sayı : 5

“ Dərsini gərək elə öyrənəydin ki, yadından çıxmayaydı ” cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir:
A) Zaman
B) Təyin
C) Tərzi – hərəkət
D) Şərt
“ Elə oxu ki, mən də başa düşüm ” tabeli mürəkkəb cümləsinin növünü göstərin:
A) Təyin
B) Qarşılaşdırma
C) Şərt
D) Tərzi – hərəkət
Tərzi – hərəkət budaq cümləli tabeli mürəkkəb cümləni tapın:
A) O yerə ki, insan ayağı dəymirdi, indi oradan traktor səsi gəlir
B) Adam var heç nəyi bəyənmir
C) Koroğlu elə gəlirdi ki, elə bil, heç kimi görmürdü
D) Cəfər paşa Telli xanımın mənzilinə o zaman yetişdi ki, aşıq Cünun Koroğlunu tərifləyirdi
Tərzi – hərəkət budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri düzgündür:
A) Tərzi – hərəkət budaq cümləsi baş cümlənin yalnız feli xəbərinə aid olur
B) Tərzi – hərəkət budaq cümləsi baş cümlədən əvvəl gəlmir
C) Tərzi – hərəkət budaq cümləsi baş cümlənin isimlə ifadə olunmuş hər hansı bir üzvünü təyin edir
D) Tərzi – hərəkət budaq cümləsi ismi xəbərlə də əlaqələnir
Tərzi – hərəkət budaq cümləsi hansı suallara cavab verir?
A) Necə? nə cür?
B) Harada? haradan?
C) Nə qədər?
D) Necə? nə cür? hansı?
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top