Tapılan ümumi test sayı : 6

“ Haraya göndərərlər, orada da işləyərəm ” tabeli mürəkkəb cümlənin növünü göstərin:
A) Məqsəd
B) Yer
C) Şərt
D) Səbəb
Yer budaq cümləsi hansı suallara cavab verir?
A) Niyə? nə üçün? nə məqsədlə?
B) Nə qədər?
C) Haraya? harada? haradan?
D) Niyə? nə üçün? nə səbəbə?
Yer budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:
A) Yer budaq cümləsi baş cümləyə bəzən haraya, harada, haradan bağlayıcı sözlərlə bağlanır
B) Yer budaq cümləsi baş cümlədəki hərəkətin yerini bildirir
C) Yer budaq cümləsində baş cümlədə yönlük, yerlik və çıxışlıq hallarda oraya, orada, oradan sözləri olmadıqda, onları bərpa etmək mümkün olmur
D) Yer budaq cümləsi baş cümlədən əvvəl gəlir
Yer budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri düzgündür:
A) Yer budaq cümləsi baş cümlədən həm sonra, həm də əvvəl işlənə bilir
B) Yer budaq cümləsində baş cümlədə yönlük, yerlik və çıxışlıq hallarda oraya, orada, oradan sözləri olmadıqda, onları bərpa etmək mümkündür
C) Baş cümlənin xəbəri odur, budur, oradadır, buradadır sözləri ilə ifadə olunur
D) Yer budaq cümləsi baş cümlədən sonra gəlir
Yer budaq cümləsi haqqında aşağıdakılardan biri səhvdir:
A) Yer budaq cümləsi haraya? harada? haradan? suallarına cavab verir
B) Yer budaq cümləsi baş cümlədən əvvəl gəlir
C) Yer budaq cümləsi baş cümlədən sonra gəlir
D) Yer budaq cümləsi baş cümlədəki hərəkətin yerini bildirir
Yer budaq cümləsini göstər
A) Istəyirəm ki,hamınız əlacı olasınız.
B) Məlumdur ki, Azərbaycanda 9 milyon əhali yaşayır.
C) Elə xatirələr var ki, yaddan çıxmır
D) Naməni elə yazmışam ki, Mirzə Valeh təpəsi üstə gələr.
E) Cəmiyyət hara vurursa, oradan dirilik suyu qaynayır.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top