Tapılan ümumi test sayı : 5

Səbəb budaq cümləsinin xəbəri, əsasən felin hansı şəklində olur?
A) Şərt
B) Xəbər
C) Əmr
D) Lazım
“ Açılan hər səhər həmişə ona görə gözəldir ki, günəş və işıq vəd edir ” tabeli mürəkkəb cümləsinin növünü göstərin:
A) Məqsəd
B) Səbəb
C) Qarşılaşdırma
D) Kəmiyyət
“Mən məktubu yoldaşıma çatdıra bilmədim, çünki o üç gün əvvəl yola düşmüşdü ” tabeli mürəkkəb cümləsinin növünü göstərin:
A) Qarşılaşdırma
B) Kəmiyyət
C) Səbəb
D) Məqsəd
Səbəb budaq cümləli tabeli mürəkkəb cümləni göstərin:
A) Kəndlilər palçığa saman qatırdılar ki, qışda evin divarlarını yağış yumasın
B) Vüqar ona görə belə tez getdi ki, qatara vaxtında çatsın
C) Biz zəhməti ona görə sevirik ki, əsl insan kimi yaşayaq
D) Coşğunu bir həftəlik gəzintiyə göndərdilər, ona görə ki, o dərs əlaçısıdır
Səbəb budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:
A) Səbəb budaq cümləsində bəzən baş cümlədə ona görə, ondan ötrü, o səbəbə gəlib sözləri işlənir
B) Səbəb budaq cümləsi baş cümlədən sonra işlənir
C) Səbəb budaq cümləsi baş cümlədən əvvəl işlənir
D) Səbəb budaq cümləsi baş cümləyə ki bağlayıcısı ilə bağlanır
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top