Tapılan ümumi test sayı : 5

“ Müəllimlər keçmiş dərsi ona görə təkrar edirlər ki, şagirdlər biliklərə daha möhkəm yiyələnsinlər ” tabeli mürəkkəb cümləsi hansı növə aiddir?
A) Səbəb
B) Tərzi – hərəkət
C) Məqsəd
D) Yer
Məqsəd budaq cümləsinin xəbəri əsasən felin hansı şəklində olur?
A) Şərt
B) Xəbər
C) Əmr
D) Vacib
Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələr hansı suala cavab verir?
A) Niyə? Nəyə görə? nə səbəbə?
B) Necə? nə cür?
C) Niyə? nə üçün? nə məqsədlə?
D) Nə qədər?
Məqsəd və səbəb budaq cümləli tabeli mürəkkəb cümlələri bir – birindən fərqləndirən əlamətlərdən biri səhvdir:
A) Səbəb budaq cümləsinin ifadə etdiyi iş baş cümlədəki işdən əvvələ, məqsəd budaq cümləsinin ifadə etdiyi iş baş cümlədəki işdən sonraya aid olur
B) Səbəb budaq cümləsi feli sifət tərkibi və qoşma, məqsəd budaq cümləsi isə məsdər tərkibi və qoşma şəklində sadələşir
C) Səbəb budaq cümləsi baş cümlədən sonra, məqsəd budaq cümləsi isə baş cümlədən əvvəl işlənir
D) Səbəb budaq cümləsinin xəbəri əksərən felin xəbər şəklində, məqsəd budaq cümləsinin xəbəri isə əmr və ya arzu şəklində olur
Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:
A) Məqsəd budaq cümləsi niyə? nə üçün? nə məqsədlə? Suallarından birinə cavab verir
B) Məqsəd budaq cümləsi feli sifət tərkibi və qoşma şəklində sadələşir
C) Məqsəd budaq cümləsinin xəbəri əmr və ya arzu şəklində olur
D) Məqsəd budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top