Tapılan ümumi test sayı : 7

“ Bu il havaların soyuq keçməsinə baxmayaraq, əkin yaxşı oldu ” cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) Təyin budaq cümləsi
B) Xəbər budaq cümləsi
C) Qarşılıq – güzəşt budaq cümləsi
D) Şərt budaq cümləsi
Zərflik budaq cümləli tabeli mürəkkəb cümlənin hansı növündə bəzi məqamda baş cümlədə tabesizlik bağlayıcısı da işlənir?
A) Şərt budaq cümləli tabeli mürəkkəb cümlədə
B) Qarşılıq – güzəşt budaq cümləli tabeli mürəkkəb cümlədə
C) Mədsəq budaq cümləli tabeli mürəkkəb cümlədə
D) Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlədə
Qarşılıq – güzəşt budaq cümləsini göstərin:
A) Əvvəldən hazırlıq görülsə, qışın soyuğundan qorunmaq asandır
B) Gəldim ki, səni bir də görüm
C) Arif çalışırdı ki, övladları xoşbəxt olsun
D) Nə qədər fikirləşirdisə də, onunla danışmaq üçün bir qərara gələ bilmirdi
Qarşılıq – güzəşt budaq cümləsinin əsas qrammatik formasıdır:
A) -sa, -sə
B) -sa da, -sə də
C) Nə, kimə?, nəyə?
D) -ki, və
Qarşılıq – güzəşt budaq cümləsini seçin:
A) Hara getdisə, heç kəsin xəbəri olmadı
B) Gecə yarıdan keçsə də, heç kəs yatmamışdı
C) Gecə yarıdan keçmişdi, hamı yatırdı
D) Ata nə edirdisə, uşaq da təkara edirdi
Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələr baş cümləyə hansı bağlayıcı sözlərlə bağlanır?
A) Əgər, hərgah, madam ki, indi ki, bir halda ki bağlayıcıları və -sa, sə şəkilçisi ilə
B) Nə qədər bağlayıcı sözü, -sa, sə şəkilçisi və da,də, belə ədatları ilə
C) Ki, çünki, ona görə ki, ondan ötrü ki bağlayıcıları ilə
D) Nə qədər, hər nə qədər bağlayıcıları ilə
Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:
A) Baş cümləyə nə qədər bağlayıcı sözü, -sa, sə şəkilçisi və da, də, belə ədatları ilə bağlanır
B) Qarşılaşdırma budaq cümləsi baş cümlənin məzmunu ilə bağlı olmur
C) Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlənin məzmunu bir – biri ilə qarşılaşdırılır
D) Budaq cümlənin bu növü baş cümlədən əvvəl işlənir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top