Tapılan ümumi test sayı : 5

Biri tabeli mürəkkəb cümlə deyil:
A) Aydın oldu ki, qrupun yarıdan çoxu əlaçıdır
B) Düzdür, mən orada olmuşam, amma siz deyən əhvalatı eşitməmişəm
C) Hərçənd mən sizin işlərinizə qarışmıram, amma zərərinizə də razı ola bilmərəm
D) Dil desə də, ürək razı olmur, ayaqları sözünə baxmayıb sürünürdü
Tabeli mürəkkəb cümləni əmələ gətirən sadə cümlələr tabelilik münasibətinə görə neçə yerə ayrılır?
A) 5
B) 2
C) 4
D) 3
Hansı sıradakı tabeli mürəkkəb cümlənin tərkibindəki budaq cümləni ayrılıqda işlətmək olmur?
A) Düz deyiblər ki, ata olmayan adam bala qədrini bilməz
B) Dağların qarı əriməyə başlasa, çaylarda suyun səviyyəsi qalxacaqdır
C) Qədimdə ruslar uşağa Volk(canavar)adı verərmişlər ki, güclü olsun
D) Danılmaz həqiqətdir ki, Azərbaycan müstəqillik yollarında inamla irəliləyir
"Aşıq elə gözəl çalır, elə məlahətli oxuyurdu ki, hamının ağzı açıla qalmışdı" Baş cümlə hansıdır?
A) Elə məlahətli oxuyurdu ki
B) Aşıq elə gözəl çalır, elə məlahətli oxuyurdu
C) Aşıq elə gözəl çalır
D) Hamının ağzı açıla qalmışdı
Budaq cümlənin vəzifəsi nədir?
A) Baş cümləyə tabe olmaq, onu izah etmək
B) Baş cümləni özünə tabe etmək
C) Cümlələr arasında əlaqə yaratmaq
D) Modallıq yaratmaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top