Tapılan ümumi test sayı : 5

Tabeli mürəkkəb cümlənin təhlil qaydası sırasında verilənlərdən biri səhvdir:
A) Mürəkkəb cümlənin növü
B) Budaq cümlənin növü
C) Məna əlaqəsi
D) Budaq cümləni baş cümləyə bağlayan vasitə
"Külək əsdi və havaya bir sərinlik gəldi"-mürəkkəb cümləsinin qrammatik təhlilindəki səhvi tapın.
A) Tərəfləri intonasiya ilə əlaqələnmişdir
B) Bağlayıcılı tabesiz mürəkkəb cümlədir
C) Tərəfləri arasında səbəb-nəticə əlaqəsi var
D) Tabesiz mürəkkəb cümlədir
"Uşaq məktəbə gecikmişdi, çünki avtobus yolda xarab olmuşdu" tabeli mürəkkəb cümləsinin qrammatik təhlili haqqında verilənlərdən biri səhvdir:
A) I tərəf baş, II tərəf budaq cümlədir
B) Səbəb budaq cümləli tabeli mürəkkəb cümlədir
C) Budaq cümlə baş cümləyə çünki bağlayıcısı ilə bağlanmışdır
D) Hər iki tərəf nəqli, sadə, müəyyən şəxsli, müxtəsər cümlədir
Biri mürəkkəb cümlənin qrammatik təhlil qaydaları sırasında verilə bilməz.
A) Cümlədə rolu
B) Mürəkkəb cümlənin novu: tabeli və tabesiz
C) Əlaqə vasitələri: intonasiya və bağlayıcı vasitələr
D) Məna əlaqələri
"Göy guruldayır, yağış yağır" mürəkkəb cümləsinin II sadə cümləsinə aid düzgün cavabı tapın.
A) Müxtəsər cümlədir
B) Əmr cümləsidir
C) Sadə cümlədir
D) Ümumi şəxsli cümlədir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top