Tapılan ümumi test sayı : 7

"Xeyirli olmasına baxmayaraq, bu iş onları maraqlandırmadı" cümləsi hansı budaq cümlənin sadələşmiş formasıdır?
A) şərt budaq cümləsi
B) təyin budaq cümləsi
C) qarşılaşdırma budaq cümləsi
D) tamamlıq budaq cümləsi
E) zərflik budaq cümləsi
Mən otaqdan çıxmaq istəyəndə bir nəfər içəri girdi-cümləsini mürəkkəb cümləyə çevirsək, nə budaq cümləsi yaranar?
A) yer budaq cümləsi
B) zaman budaq cümləsi
C) xəbər budaq cümləsi
D) tamamlıq budaq cümləsi
Biri durğu işarəsi deyil:
A) ! nida işarəsi
B) - defis
C) -- tire
D) : iki nöqtə
E) ; nöqtəli vergül
"Elə ki bahar gəlir, təbiət canlanır" cümləsinin sadələşmiş forması hansı variantda doğrudur?
A) Bahar gələndə təbiət canlanır
B) Bahar gəldiyi üçün təbiət canlandı
C) Təbiət canlanır, çünki bahar gəlir
D) Əgər bahar gəlsə, təbiət canlanar
E) Bahar gəlmək istəyəndə təbiət canlanır
Budaq cümlələrlə tərkiblər arasında formaca hansı fərq var?
A) Heç bir fərq yoxdur
B) Biri antonim, o biri sinonim olur
C) Budaq cümlələr yarımçıq, tərkiblər bütöv olur
D) Budaq cümlələr cümlə formasında, tərkiblər söz birləşmələri formasında olur
Budaq cümlələrlə fel tərkiblərinin sinonimliyi.......
A) olmur
B) sintaktik sinonimlikdir
C) leksik sinonimlikdir
D) qrammatik sinonimlikdir
Hansı üslubda zaman şəkilçisi -mış(4) çox zaman -ıb(4) şəkilçisi ilə əvəz olunur, bağlayıcılı və feli birləşməli cümlələrdən az, yarımçıq, mürəkkəb və söz cümlələrdən çox istifadə edilir?
A) publisistik üslubda
B) elmi üslubda
C) məişət üslubunda
D) rəsmi-işgüzar üslubda
E) bədii üslubda
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top