Tapılan ümumi test sayı : 8

Azərbaycan ədəbi dilinin hansı normasında dəyişmə gec olur?
A) Leksik
B) Qrammatik
C) Fonetik
D) Həm fonetik, həm leksik
“ Yazın əvvəlində yola çıxan karvan Miyanəyə yaxınnaşanda aləmi gül – çiçək bürümüşdü ” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) Fonetik
B) Leksik
C) Qrammatik
D) Həm fonetik, həm qrammatik
Sözün düzgün tələffüzü və düzgün yazılışı ədəbi dilin hansı normasına aiddir?
A) Leksik
B) Fonetik
C) Qrammatik
D) Həm fonetik, həm leksik
“ Götürmür bizzəri qəbir Koroğlu ” misrasında ədəbi dilin hansı norması pozulmuşdur?
A) Həm fonetik, həm qrammatik
B) Fonetik
C) Leksik
D) Qrammatik
Dilin funksiyaları haqqında aşağıdakılardan biri səhvdir:
A) Yalnız dil vasitəsilə insanlar bir – birilərini asanlıqla başa düşür
B) İnsanlara qulluq göstərən başqa ictimai hadisələr yoxdur
C) Dil cəmiyyətdə ünsiyyət vasitəsi kimi işlənir
D) Dil canlılardan ancaq insana aiddir
Dil haqqında fikirlərdən biri səhvdir:
A) Dil sırf bioloji hadisədir
B) Dil cəmiyyətdə ünsiyyət vasitəsi kimi işlənir
C) Dil ictimai hadisədir
D) Dil orqanizmdə ikinci siqnal sisteminin nəticəsidir ki, bu da canlılardan ancaq insana aiddir
Dil haqqında fikirlərdən biri düzgündür:
A) Dilin birinci funksiyası fikir ifadə etməkdir
B) Dil bioloji hadisədir
C) İnsanlara qulluq göstərən başqa ictimai hadisələr yoxdur
D) Dili bioloji hadisə sayanlar da var
Dilin birinci funksiyası nədir?
A) Dil cəmiyyətdə ünsiyyət vasitəsidir
B) Dil ünsiyyət prosesidir
C) Dil insanı əhatə edən əşya və hadisələrin adlarını bildirir
D) Dil fikri ifadə edir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top