Tapılan ümumi test sayı : 15

Verilmiş sözlərdən birində mənsubiyyət şəkilçisi qəbul edərkən sözün kökündəki ikinci sait düşür:
A) Mövqe
B) Könül
C) Kitab
D) Tale
Aşağıdakı nümunələrdən birində isim mənsubiyyətə görə dəyişmişdir:
A) Şagirddir
B) Alimsən
C) Anasınız
D) Anam
III şəxsin cəminin mənsubiyyət şəkilçisini qəbul etmiş söz hansı cərgədədir:
A) dəftərin üzü
B) onların kitabları
C) kitabın cildi
D) onun kitabı
I şəxsin cəminin mənsubiyyət şəkilçisini qəbul etmiş sözü göstərin:
A) Kitabların üzü
B) Gəlirik
C) Onun kitabları
D) Məktəbimiz
İsmin hansı hal şəkilçiləri II və III şəxs tək mənsubiyyət şəkilçiləri ilə omonimdir?
A) Təsirlik və çıxışlıq
B) Adlıq və yiyəlik
C) Yiyəlik və təsirlik
D) Yiyəlik və yönlük
Yiyəlik halında olan isim ayrılıqda hansı cümlə üzvü yerində işlənə bilər?
A) Tamamlıq
B) Xəbər
C) Təyin
D) Mübtəda
“ Nadirin köynəyi mənə böyük olur ” cümləsindəki köynək sözü hansı haldadır?
A) Təsirlik
B) Adlıq
C) Çıxışlıq
D) Yiyəlik
İsmin təsirlik hal və III şəxs mənsubiyyət şəkilçilərini, eləcə də yiyəlik hal və II şəxs ( tək ) mənsubiyyət şəkilçilərini necə adlandırmaq olar?
A) Eyniköklü
B) Antonim
C) Sinonim
D) Omonim
Adlıq, qeyri – müəyyənlik bildirən yiyəlik və təsirlik hallarda olan isimlərin oxşar cəhəti:
A) Mənsubiyyət şəkilçisi qəbul etmir
B) Cümlənin xəbəri olur
C) Hal şəkilçisi qəbul etmir
D) Hal şəkilçisi qəbul edir
"Ərik ağacının çiçəklərinin ətri hər tərəfə yayılmışdı" cümləsində mənsubiyyət şəkilçili neçə söz var?
A) 2
B) 1
C) 3
D) 4
I şəxsin cəminin mənsubiyyət şəkilçisi qəbul etmiş sözü göstərin:
A) Məktəbimiz
B) Onun kitabları
C) Kitabların üzü
D) Gəlirik
Aşağıdakılarda hansılar mənsubiyyət şəkilçisi qəbul etdikdə ikinci hecanın son saiti düşür?
A) Sinif, ətir, ev
B) Fəsil, nəzrin, məktəb
C) Beyin, qoyun, burun
D) Ali, çanta, kompüter
Nümunələrin birində mənsubiyyət şəkilçisi işlənməyib:
A) Bizim kəndlilər
B) Kəndi ağsaqqalları
C) Od içində
D) Ellərin dərdindən
E) Dağlar qoynunda
Hansı nümunədə mənsubiyyət şəkilçisi qəbul edərək son saitini itirən söz işlənib
A) Qonşu payı qarın doldurmaz
B) İsmin altı halı var
C) Qəbrin üstünü ot basmışdı
D) Ana qəlbi kövrək olar
E) Bilirsən ki, xətrini az istəmirəm
Cümlələrin birində təsirlik halında olan sadə isim işlənmişdir
A) Onun atası neft mühəndisidir
B) Bu yaxşılığı unutmaram
C) X sinif şagirdlərinə mükafat verdilər
D) Cərrah Əli bizim qonşumuzdur
E) Uşaq gah ağlayır gah gülürdü
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top