Tapılan ümumi test sayı : 5

Şifahi nitqdə ifadə olunan cümləni yazarkən onun durğu işarələri nəyin əsasında müəyyənləşdirilir?
A) Söz sırasının
B) İntonasiyanın
C) Baş üzvlərin
D) Ahəng qanununun
Xüsusi intonasiya ilə fərqlənənlərdən doğru olmayanları müəyyən edin:
1)ara sözlər
2) xitablar
3) cümlə üzvləri
4) ara cümlələr
5) əvəzlik qəliblər
A) 3,5
B) 2,4
C) 1,2
D) 3,4
Nitqin ahəngliyi, ritmi, nitqin tempi və ya surəti, intensivliyi, məntiqi vurğusu, tembri kimi hadisələrin məcmuyundan ibarət mürəkkəb dil hadisəsi adlanır:
A) Ahəng qanunu
B) ara söz
C) Xitab
D) İntonasiya
Verilənlərdən hansının intonasiyası fərqlənir?
1)ara sözlər
2) xitablar
3) cümlə üzvləri
4) ara cümlələr
5) əvəzlik qəliblər
A) 1,2,4
B) 1,3,5
C) 3,4,5
D) 2,3,5
İntonasiya cümlədə hansı mənanın ifadəsinə xidmət edir?
A) Sintaktik mənaların
B) Leksik mənaların
C) Qrammatik mənaların
D) Həm leksik, həm də qrammatik mənaların
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top