Tapılan ümumi test sayı : 6

Nitq mədəniyyətinin hamı üçün məcburi olan şərti:
A) Nitqin düzgünlüyü
B) Nitqin ifadəliliyi
C) Nitqin sərbəstliyi
D) Nitqin dəqiqliyi
Fikirlərdən hansı yanlışdır?
A) Ədəbi dilin tabe olduğu qayda – qanunlar sisteminə nitq normaları deyilir
B) Nitq ünsiyyət vasitəsidir
C) Ədəbi dil - milli dilin müəyyən qayda – qanunlara tabe olan və xalqın nümunəvi ünsiyyətinə xidmət edən nitq formasıdır
D) Ədəbi dil xalq dilinin ciddi fonetik, leksik, morfoloji və sintaktik normalar əsasında fəaliyyət göstərən formasıdır
« O, ömrünü boş – boşuna keçirdi » cümləsində nitqin hansı şərti pozulmuşdur?
A) Dəqiqlik
B) Həm düzgünlük, həm dəqiqlik
C) Düzgünlük
D) İfadəlik
Nitq haqqında fikirlərdən biri yanlışdır:
A) O nitq forması düzgün hesab olunur ki, orada dilin fonetik, leksik, qrammatik qayda – qanunları pozulmasın
B) Nitqin ifadəliliyi – fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsini tapmaqla müəyyən edilir
C) Mədəni nitq həm də dəqiq olmalıdır
D) Nitqin düzgünlüyü nitq mədəniyyətinin birinci şərtidir
Aşağıdakılardan biri səhvdir:
A) Nitqin düzgünlüyü hamıdan tələb olunmur
B) O nitq forması düzgün hesab olunur ki, orada dilin fonetik, leksik, qrammatik qayda – qanunları pozulmasın
C) Nitqin düzgünlüyü özlüyündə nə qədər mühüm olsa da, bu nitq mədəniyyəti üçün hələ hər şey demək deyildir
D) Mədəni nitq həm də dəqiq olmalıdır
Nitq əsasdır, yoxsa dil?
A) Nitq əsasdır dil ondan törəmədi
B) Heç biri
C) Nitq
D) Hər ikisi
E) Dil
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top