Tapılan ümumi test sayı : 12

Mənsubiyyət şəkilçisi qəbul etmiş söz özündən əvvəlki sözün ismin hansı halında işlənməsini tələb edir?
A) Təsirlik
B) Yiyəlik
C) Yönlük
D) Çıxışlıq
Hansı cümlədə mənsubiyyət şəkilçili isim adlıq haldadır?
A) Mən torpağam, məni atəş yandırmaz
B) O, ayağı zəncirli bu sarı bülbülə baxdı
C) Gözəlləri vəfalıdır bu yurdun
D) O, gözü önündə baş verən bu hadisəni unutmamışdı
Hansı cümlədə isim həm mənsubiyyət, həm də təsirlik hal şəkilçisi qəbul edərək işlənmişdir?
A) Ana tikəsinin ən yaxşısını balasına saxlayar
B) Təbiət gözəlliklərini sevməyi öyrənin
C) Belə danışmaqla özünü biabır edirsən
D) Deyəcəklərinizi bu gün deyin
Hansı söz mənsubiyyət şəkilçisi qəbul etdikdə digərlərindən fərqlənir?
A) Məqsəd
B) Mülk
C) Mənafe
D) Ev
Hansı sözə saitlə başlayan hal şəkilçisi artırdıqda kökdəki son sait düşür?
A) ağız
B) çiyin
C) oğul
D) ətir
Mənsubiyyət şəkilçisi ilə şəxs şəkilçisi arasındakı fərq hansıdır?
A) Deyilişində fərq var
B) Mənsubiyyət xəbərdən əvvəl,şəxs şəkilçisi isə mübtədadan sonra gəlir
C) Fərq yoxdur
D) Biri digərindən şəkilçilərin sayına görə fərqlidir
E) Şəxs şəkilçisi cümlə,mənsubiyyət şəkilçisi isə söz birləşməsi əmələ gətirir
Hansı nümunədə isim mənsubiyyətə görə dəyişməmişdir
A) fikrim
B) kitabımız
C) şagirdəm
D) evin
E) vərəqim
Mənsubiyyət şəkilçiləri ilə bağlı fikirlərdən biri yanlışdır.
A) Adətən cəm şəkilçisindən sonra işlənir.
B) Bəzilərinin omonimliyi mövcuddur.
C) Bəzi mürəkkəb sözlərin yaranmasında iştirak edirlər.
D) Heç biri
E) Mənsubiyyət şəkilçili sözlər adlıq halda olurlar.
"Kompyuter insanların işini xeyli yüngülləşdirib"-Bu cümlədə həm mənsubiyyət, həm də təsirlik hal şəkilçisi qəbul etmiş söz hansıdır?
A) işini
B) xeyli
C) kompyuter
D) insanların
E) yüngülləşdirib
Hansı nümunədə isim mənsubiyyətə görə dəyişmişdir
A) kitabdır
B) vərəqdən
C) hissim
D) oğulam
E) evdədir
Hansı sözlərdə mənsubiyyət şəkilçisi fərqlidir?
A) su, nə
B) cavab, sual
C) İt, at
D) ilan, ilıq
E) qonaq, stol
Isimlərə qoşulan şəkilçilərin ardıcıllığını müəyyən edin
A) xəbər, mənsubiyyət, cəm, hal
B) hal, mənsubiyyət, cəm, xəbər
C) hal, cəm, mənsubiyyət, xəbər
D) cəm, hal, mənsubiyyət, xəbər
E) cəm, mənsubiyyət, hal, xəbər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top