Tapılan ümumi test sayı : 5

Nitq fəaliyyəti nədir?
A) Nitqin təzahürü üçün lazım olan ictimai, psixoloji və fizioloji aktların sistemidir
B) Dilin özünün səlisliyi, ifadə imkanlarının genişliyi
C) Fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsini tapmaqla müəyyən edilir
D) Üslub baxımından ən uğurlu dil vasitəsini tapıb işləmək
Dil və nitq haqqında aşağıdakılardan biri səhvdir:
A) Ünsiyyət vasitəsi olan dilin ünsiyyət prosesi olan nitqə çevrilməsi çox mürəkkəb bir hadisədir
B) Nitq əsasdır, dil ondan törəmədir
C) Dil tarixən çox az dəyişikliklərə uğrayır
D) Nitq dilə nisbətən dəyişkəndir
Nitqin düzgün tərifini tapın:
A) Nitq – ünsiyyət prosesidir, bu və ya digər məlumatın ifadə tələbinə uyğun olaraq dilin ifadə imkanları əsasında meydana çıxır
B) Nitq – nitqin təzahürü üçün lazım gələn ictimai, psixoloji və fizioloji aktların sistemidir
C) Nitq ünsiyyət vasitəsidir
D) Nitq – ünsiyyət vasitəsi olub, mücərrəd işarələr sistemindən ibarətdir
Nitqin aydınlığı dedikdə nə başa düşülür?
A) Nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi, rəngarəngliyi və çoxluğudur
B) Heç bir çətinlik çəkmədən izah və şərhə, əlavə vasitələrə tələb yaranmadan başa düşülməsidir
C) Üslubi kateqoriyadır, nitqin keyfiyyətidir
D) Nitqin təzahürü üçün lazım gələn ictimai, psixoloji və fizioloji aktların sistemidir
Qeyd olunan fikirlərdən biri səhvdir:
A) Ünsiyyət vasitəsi olan dilin ünsiyyət prosesi olan nitqə çevrilməsi çox mürəkkəb bir hadisədir
B) Dil əsasdır, nitq ondan törəmədir
C) Dil tarixən az dəyişkəndir, nitq isə çox dəyişkəndir
D) Dil və nitq ünsiyyət vasitələridir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top