Tapılan ümumi test sayı : 5

Müasir Azərbaycan ədəbi dilinin normaları haqqında deyilənlərdən biri səhvdir:
A) Ədəbi dilin normaları bir sistem olsa da, onların müstəqilliyi yoxdur
B) Türk dillərinin iltisaqi quruluşa malik olması onların ədəbi normalarının xarakterini, tipologiyasını müəyyən edir
C) İltisaqilik ədəbi dildə əsas şərt kimi gözlənilir
D) Orfoepik və orfoqrafik normalar dilimizin fonetik və qrammatik normaları əsasında yaranır
Müasir Azərbaycan ədəbi dilinin normaları haqqında fikirlərdən biri düzgündür:
A) Fonetik normada dəyişmə tez olur
B) Ədəbi dilin normaları bir sistem olsa da, onların müstəqilliyi də vardır
C) Dilin xarici quruluşunu onun fonetikası, leksikası və qrammatikası təşkil edir
D) Müasir Azərbaycan ədəbi dilinin normaları bu dilin dialekt, yaxud şivələrinə məxsus normalardan və xalq danışıq dilindəki qeyri – sabit normalardan fərqlənmir
Yazılı ədəbi dil, ədəbi dilin hansı normasına tabe olur?
A) Orfoepik
B) Orfoqrafik
C) Leksik
D) Qrammatik
Şifahi ədəbi dil, ədəbi dilin hansı normasına tabe olur?
A) Orfoepiya
B) Orfoqrafiya
C) Leksik
D) Qrammatik
Sözün ədəbi dildəki tələffüz qaydası hansı normaya aiddir?
A) Orfoqrafiya
B) Qrammatik
C) Orfoepiya
D) Leksik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top