Tapılan ümumi test sayı : 95

Mexaniki toxuma bitkidə hansı funksiyanı yerinə yetirir?
A) Efir yağları ifraz edir
B) Xarici zədələnmələrdən qoruyur
C) Su və mineral duzlar hərəkət edir
D) Bitkiyə möhkəmlik verərək dayaq vəzifəsini görür
Xarici mühitlə - torpaq və hava ilə bitki arasında əlaqəni hansı toxuma yaradır?
A) Ötürücü toxuma
B) İfrazat toxuma
C) Örtük toxuma
D) Törədici toxuma
Bitkilərdə əsas toxuma hansı funksiyanı yerinə yetirir?
A) Qoruyucu
B) Sorucu
C) Qidalandırıcı
D) Törədici
Törədici toxuma gövdənin hansı hissəsində yerləşir?
A) Oduncaqda
B) Kambidə
C) Özəkdə
D) Mantarda
Toxuma nədir?
A) quruluşu, mənşəyi, ölçüsü oxşar olan eyni funksiyanı yerinə yetirən hüceyrələr və hüceyrələrarası qrup və ya toplusuna
B) yalnız hüceyrələr toplusuna
C) sitoplazmanın hərəkətinə
D) hüceyrələrin mitoz yolla bölunməsinə
E) dayaq funksiyasinı yerinə yetirən
Əsas toxumanın ikinci adı nədir?
A) Meristema
B) Skelet
C) İnisial
D) Parenxima
Ötürücü toxumalara nələr daxildir?
A) Vəzi tükcükləri
B) Qeyri-üzvi birləşmələr
C) Xüsusi borucuqlar
D) Efir yağları
Toxumada hüceyrələr biri-birilə nə vasitəsilə birləşir?
A) Membranla
B) Məsamələrlə
C) Hüceyrəarası maddə ilə
D) Qılafla
Mexaniki toxuma həm də necə adlanır?
A) Skelet toxuma
B) Parenxima
C) Meristema
D) Ölü toxuma
Bitkilərdə mexaniki toxuma hansı funksiyanı yerinə yetirir?
A) törədici
B) qidalandırma
C) dayaq
D) sorucu
Törədici toxumanın ikinci adı nədir?
A) İnisial
B) Parenxima
C) Meristema
D) Skelet
Toxumanı nə təşkil edir?
A) Məsamələr
B) Hüceyrə qrupları
C) Nüvə və nüvəcik
D) Qılaf
Əsas toxuma və törədici toxuma başqa cür necə adlanır?
A) parenxim, meristem
B) meristem, meristem
C) ötürücü, parenxim
D) Parenxim, mexaniki
E) mexaniki, meristem
Əsas toxumanın digər adı necədir?
A) törədici
B) meristem
C) parenxim
D) skelet
E) ifrazat
Bitkini ətraf mühitlə əlaqələndirən toxuma hansıdır?
A) əsas
B) örtücü
C) örtük
D) törədici
E) ötürücü
Fotosintez prosesi yarpağın hansı hissəsində gedir?
A) Ölü hüceyrələrində
B) Bu proses yarpaqlarda deyil, köklərin ucunda gedir.
C) Lətində
D) Yalnız cavan zoğlarında
Kök üsküyü nə kimi funksiya yerinə yetirir?
A) Kökün böyüməsini təmin edir
B) Su və mineral duzları sorur
C) Kökü torpağa bərkidir
D) Kökü xarici zədələnmədən qoruyur
Əmici tellər mənşəcə kökün hansı qat hüceyrələrinin çıxıntılarıdır?
A) Xarici dəriciyin
B) Qabığın
C) Törədici qatın
D) Oduncağın
Uzununa kəsiyinə görə kökün zonaları hansı ardıcıllıqla yerləşmişdir?
A) Ötürücü, sorucu, bölünmə, böyümə, kök üsküyü
B) Kök üsküyü, sorucu, böyümə, bölünmə və ötürücü
C) Kök üsküyü, bölünmə, böyümə, sorucu və ötürücü
D) Kök üsküyü, böyümə, bölünmə, sorucu və ötürücü
Əmici tellərin uzunluğu və yaşama müddəti nə qədər olur?
A) 10 mm – dən az olub bir neçə gün yaşayır
B) 10 mm – dən artıq olub 10 – 15 gün yaşayır
C) 10 mm – dən artıq olub bir neçə ay yaşayır
D) 10 mm olub bir neçə həftə yaşayır
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top