Tapılan ümumi test sayı : 81

Qleyli, torflu, bataqlıq torpaqları xarakterikdir:
A) Səhra və yarımsəhra zonasına
B) Arktika səhraları zonasına
C) Meşə zonasına
D) Çöl və meşə - çöl zonasına
Tropik zonada yerləşən səhralar:
A) Rub əl – Xali, Nefud, Tar
B) Qobi, Liviya, Qızılqum
C) Rub əl – Xali, Təklə Məkan, Böyük Səhra
D) Təklə Məkan, Qaraqum, Qızılqum
Ekvatorial meşələrin başlıca xarakterik heyvanları:
A) Oranqutan meymunları, hibbon, lori
B) Fil, maral, panda, leopard
C) Ağ ayı, samur, panda, lori
D) Dovşan, sünbülqıran, burunduk
Tayqa zonasının əsas ağac növləri:
A) Ot bitkiləri
B) İynəyarpaqlı ağaclar
C) Kollar
D) Enliyarpaqlı ağaclar
Enliyarpaqlı meşələrdə yayılmışdır:
A) Qara torpaqlar
B) Boz və boz – qonur torpaqlar
C) Qonur və qəhvəyi meşə torpaqları
D) Tundra – qleyli torpaqlar
Avrasiyanın torpağı şaquli kəsilişi nəzərdən keçirsək necə horizontdan ibarətdir və hansılardır?
A) 4 qatdır. Gilli ,qumlu, gillicə və qumsal.
B) 4 qatdır. Çürüntü toplanma qatı, yuyulma qatı , toplanma qatı, ana süxur.
C) Adi torpaqdır.
D) 2 qatdır. Struktursuz və strukturlu.
E) 1 qatdır. Sari torpaq.
Musson meşələrinə rast gəlinmir?
A) Cənubi Asiyada
B) Cənub-Qərbi Asiyada
C) Cənub-Şərqi Asiyada
D) Şərqi Asiyada
Hansı səhra Avrasiyaya aid deyil?
A) Atakama
B) Qobi
C) Qaraqum
D) Böyük səhra
Podzol torpaqlar hansı təbii zonada yayılıb?
A) Meşə-tundra
B) Tayqa
C) Çöl
D) Ekvatorial meşələr
Sakit okean hövzəsinə aid olmayan çay:
A) Amur
B) Yenisey
C) Mekonq
D) Xuanxe
Şimal Buzlu okeanı hövzəsinə aid deyil:
A) Lena
B) Peçora
C) Yenisey
D) Tisa
Avrasiya materikində ən uzun çay:
A) Hind
B) Qanq
C) Dunay çayı
D) Yantsızı
Uzunluğuna görə Avropada ən uzun çay:
A) Reyn
B) Volqa
C) Elba
D) Dunay
Tetis okeanının qalığı hesab olunan göllər:
A) Xəzər, Aral, Baykal
B) Oneqa, Balxaş, Ladoqa
C) Oneqa, Ladoqa, Sayma
D) Xəzər, Balxaş, Aral
Avrasiyaya aid olmayan göl:
A) Yuxarı
B) Aral
C) Balxaş
D) Ladoqa
E) Oneqa
Avrasiyada ən dərin şirin sulu göl:
A) Xəzər
B) Baykal
C) Cenevrə
D) İssuk-kul
E) Aral
Pireney yarımadasında yerləşən çay
A) Paraqvay
B) Tapajus
C) Makkenzi
D) Taxo
E) Dunay
Daxili axarsız hövzəyə aid çay deyil
A) Volqa
B) Ural
C) Amudərya
D) Po
E) Sırdərya
Avrasiyada ən böyük göl?
A) Xəzər
B) Eyr
C) Viktoriya
D) Aral
E) Balxaş
Balxaş yaranma mənşəyinə görə hansı göllərə aid edilir?
A) Buzlaq mənşəli göllərə
B) Qalıq mənşəli göllərə
C) Vulkanik mənşəli göllərə
D) Tektonik mənşəli göllərə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top