Tapılan ümumi test sayı : 85

Aşağıdakı zirvələrdən hansı Böyük Qafqaz sıra dağlarında yerləşmir?
A) Qamış dağı
B) Yarıdağ
C) Bazaryurd
D) Tufandağ
E) Bazardüzü
İlham zirvəsi hansı silsilədə yerləşir?
A) Zəngəzur silsiləsi
B) Şərqi Göyçə silsiləsi
C) Yan silsilə
D) Şahdağ silsiləsi
E) Baş Qafqaz və ya Suayrıcı silsilə
Bu zirvələrdən hansı Zəngəzur silsiləsində yerləşmir?
A) Qamış dağı
B) Yağlıdərə dağı
C) Qapıcıq dağı
D) Qazangöldağ
E) Alagöz
Respublikamızın ərazisindəki bu zirvələri hündürlüyünə əsasən azalma sırası ilə (ən hündürdən ən alçağa doğru) ardıcıl düzün.
A) Şahdağ, Bazardüzü, Tufandağ
B) Bazardüzü, Şahdağ, Tufandağ
C) Bazardüzü, Bazaryurd, Tufandağ
D) Bazaryurd, Şahdağ, Tufandağ
E) Bazardüzü, Tufandağ, Şahdağ
Bu zirvələrdən hansı Yan silsilədə yerləşir?
A) Bazardüzü
B) Tufandağ
C) Şahdağ
D) Bazaryurd
E) Raqdan
Relyefin müxtəlifliyi nə ilə bağlıdır?
A) Daxili qüvvələr
B) Endogen
C) ekzogen
D) Endogen, ekzogen proseslərdən
E) Xarici qüvvələrdən
Azərbaycanda mövcud olan tektonik zonalara aid deyil:
A) Qarabağ çökməsi
B) Kür tektonik çökməsi
C) Ön Qafqaz çökməsi
D) Araz tektonik qalxması
Ön Qafqaz tektonik zonasına uyğun gəlir:
A) Kür – Araz
B) Qusar maili düzənliyi
C) Ceyrançöl – Acınohur
D) Qanıx – Əyriçay
Azərbaycanda 8 – 9 bala qədər gücü olan zəlzələlər zonasına daxildir:
A) Kür – Araz ovalığı, Naxçıvan MR, Talış dağları
B) Qusar maili düzənliyi, Talış dağları, Naxçıvan MR
C) Talış dağları, Naxçıvan MR, Böyük Qafqazın cənub yamacı
D) Kiçik Qafqazın Gəncə zonası, Naxçıvan MR, Böyük Qafqazın cənub yamacı
Azərbaycan ərazisi yerləşir:
A) Koledon qırışıqlığında
B) Hertsin qırışıqlığında
C) Alp – Himalay qırışıqlığı qurşağında
D) And – Kordilyer qırışıqlığı qurşağında
Azərbaycanda 7 bala qədər gücü olan zəlzələlər zonasına daxil deyil:
A) Qobustan
B) Kür – Araz
C) Talış dağları
D) Naxçıvan MR
Respublikamız neçə tektonik zonaya ayrılır?
A) 3
B) 2
C) 4
D) 5
Acınohur-Ceyrançöl alçaqdağlığı hansı tektonik zonaya daxildir?
A) Kiçik Qafqaz
B) Ön Qafqaz
C) Böyük Qafqaz
D) Kür çökəkliyi
Dərələyəz, Zəngəzur silsilələri hansı tektonik zonaya aiddir?
A) Kiçik Qafqaz
B) Kür çökəkliyi
C) Böyük Qafqaz
D) Araz
Tektonik zonalar bir-birindən ayrılır?
A) Tektonik zonalar ayrılmır
B) Seysmik zonalarla
C) Tektonik xətlərlə
D) Tektonik sınmalarla
Respublikamızın ərazisinin orta yüksəkliyi nə qədərdir?
A) 657 m
B) 872 m
C) 921 m
D) 549 m
Respublikamızın ərazisində dağlar şimal – qərbdən cənub şərqə doğru tədricən azalır. Bunun səbəbi nədir?
A) Temperaturun yüksəlməsi
B) Həmin istiqamətdə dağəmələgəlmə prosesinin zəifləməsi
C) Dağların meşələrlə əvəz olunması
D) Temperaturun kəskin azalması
Yan silsilənin ən uca zirvəsi:
A) Babadağ
B) Dübrar
C) Yarıdağ
D) Şahdağ
Kiçik Qafqaz dağlarının ən mühüm silsilələri:
A) Göyçə, Murovdağ, Qarabağ dağları
B) Qoşqar dağı, Qapıcıq, Göyçə, Kəpəz
C) Salavat aşırımı, Bazaryurd, Kəpəz, Qapıcıq
D) Dəlidağ, Göyçə, Gamışdağ, Kömürgöy
Talış dağının ən uca zirvələri:
A) Peştəsər, Burovar
B) Peştəsər, Qızyurdu
C) Kömürgöy, Talış
D) Kömürgöy, Qızyurdu
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top