Tapılan ümumi test sayı : 34

Azərbaycan Respublikası ərazisində 8 iqlim tipi olduğunu göstərən alimlər:
a) Ə. Şıxlinski
b) Ş. Əzizbəyov
c) M. Qaşqay
d) Ə. Mədətzadə
A) c,d
B) a,d
C) a,c
D) b,c
Kür – Araz ovalığında hansı iqlim tipi hakimdir?
A) Qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi
B) Qışı soyuq, yayı mülayim keçən yarımsəhra və quru çöl iqlimi
C) Qışı quraq, yayı rütubətli isti keçən yarımsəhra və quru çöl iqlimi
D) Qışı soyuq, yayı quraq isti yarımsəhra və quru çöl iqlimi
Mülayim – isti iqlim yayılmışdır:
A) Böyük və Kiçik Qafqazın və Talışın alçaq və ortadağlıq zonalarında
B) Böyük və Kiçik Qafqazın, Zəngəzur silsiləsinin mütləq yüksəkliyi 2700 m – dən artıq olan hissələrində
C) Naxçıvan MR – nın Arazboyu düzənliyi və alçaqdağlıq ərazilərdə
D) Böyük və Kiçik Qafqaz dağlarının, eləcə də Naxçıvanın ortadağlıq və qismən də yüksəkdağlıq hissələrində
Böyük və Kiçik Qafqaz dağlarının, eləcə də Naxçıvanın ortadağlıq və qismən də yüksəkdağlıq hissələrində hansı iqlim tipi yayılmışdır:
A) Mülayim isti iqlim
B) Soyuq iqlimin müxtəlif tipləri
C) Dağ – tundra iqlimi
D) Yarımsəhra və quru çöl iqlimi
Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim müşahidə edilir:
A) Naxçıvan MR – nın alçaqdağlıq hissələrində
B) Talış dağlarında
C) Böyük Qafqazın cənub yamaclarında, 1500 – 2700 m yüksəkliklərdə
D) Böyük Qafqazın şimal – şərq yamaclarında
Azərbaycan hansı iqlim qurşaqlarında yerləşir?
A) Subtropik və subarktik
B) Subtropik və subekvatorial
C) Ssubtropik və mülayim
D) Subekvatorial və tropik
E) Mülayim və tropik
Azərbaycanın iqlimi necədir?
A) mülayim
B) tropik
C) subarktik
D) subtropik
E) kontinental
Respublikamızda ən çox yağıntı düşür:
A) Talış dağlarının ətəklərinə
B) Böyük Qafqaz dağlarının ətəklərinə
C) Kiçik Qafqaz dağlarının ətəklərinə
D) Abşeron yarımadasına
Talış dağlarında respublikamızın digər dağlıq ərazilərindən fərqli olaraq:
A) Yüksəklik artdıqca buxarlanma azalır
B) Yüksəklik artdıqca yağıntının miqdarı azalır
C) Yüksəklik artdıqca yağıntının miqdarı dəyişmir
D) Yüksəklik artdıqca yağıntının miqdarı artır
Hansı ərazilərdə rütubətlənmə əmsalı 0,3 – dən kiçikdir?
a) Kür – Araz ovalığında
b) Talış dağlarında
c) Abşeron yarımadasında
d) Kiçik Qafqaz dağlarında
A) b,d
B) b,c
C) a,d
D) a,c
İllik yağıntıların miqdarı 600 – 1400 mm - ə çatan sahələrdə mövcud olur:
A) Meşələr
B) Yarımsəhralar
C) Dağ çölləri
D) Səhralar
Bütün Qafqazda mümkün buxarlanmanın ən yüksək göstəricisi respublikamızın hansı ərazisində müşahidə olunur:
A) Culfada
B) Kür – Araz ovalığında
C) Abşeronda
D) Qobustanda
Ölkəmizə ən az yağıntı nə qədər düşür?
A) 300mm
B) 200mm
C) 500mm
D) 100mm
Lənkəran ərazisinə yağıntılar daha çox hansı fəsildə düşür?
A) Yaz
B) Payız
C) Qış
D) Yay
Hansı ərazidə yağıntı buxarlanmadan üstündür?
A) Abşeron
B) Şirvan
C) Lənkəran
D) Acınohur
Qobustan alçaqdağlığının hündürlüyü 2000m-dən yüksək olsaydı, Abşeronun təbii şəraiti necə olardı?
A) İndikindən quraq
B) Yay ayları soyuq
C) Dəyişməzdi
D) Rütubətli
Hansı ərazidə yağıntının bol olmasına baxmayaraq suvarma əkinçiliyindən istifadə olunur:
A) Kür-Araz ovalığı
B) Qanıx-Əyriçay
C) Lənkəran ovalığı
D) Naxçıvan
Arktik hava kütlələri Azərbaycan ərazisinə daxil olur:
A) Avropa üzərindən
B) Xəzər dənizindən keçərək
C) Şimaldan, şimal – şərqdən və şimal – qərbdən
D) Cənubdan və cənub – şərqdən
Azərbaycana cənub – şərqdən və cənubdan daxil olan külək adlanır:
A) Gilavar
B) Xəzri
C) Ağyel
D) Föhn
İlin soyuq dövründə dağlıq ərazilərdə əsən isti və quru küləklər adlanır:
A) Ağyel
B) Föhn
C) Xəzri
D) Qarayel
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top