Tapılan ümumi test sayı : 289

Nizami Gəncəvinin hansı poemasında Məshəti Gəncəviyə bir qəzəli üçün bir xəzinə bağışlandığı qeyd olunur?
A) "Sirlər xəzinəsi"
B) "Xosrov və Şirin"
C) "İsgəndərnamə"
D) "Leyli və Məcnun"
E) "Yeddi gözəl"
İlk rübai kimə məxsusdur?
A) Məhsəti Gəncəvi
B) Marağalı Övhədi
C) Övliya Cələbi
D) Qətran Təbrizi
E) Nizami Gəncəvi
Qətran Təbrizinin Təbriz zəlzələsi haqda yazdığı şerin janrı:
A) Qəzəl
B) Rübai
C) Qəsidə
D) Qitə
E) Poema
Məsnəvi nə deməkdir?
A) təcnis
B) qafiyə
C) ikilik
D) parça
Ədəbiyyatımızda ilk divan hansı dildə yazılıb?
A) Ərəb
B) Ərəb-fars
C) Fars
D) Türk
E) Azərbaycan
Ədəbiyyatımızda ilk rübainin müəllifi:
A) Fələki Şirvanı
B) Qətran Təbrizi
C) Xaqani Şirvanı
D) Nizami Gəncəvi
E) Məhsəti Gəncəvi
Zülfün camalına bir yaraşıqdır,
Xərabət əhlinə nurdur ,işıqdır.
Ey Şərq günəşinin nuru, xoş gəldin!
Gözəllər şahına qapı açıqdır.
Rübai kimə məxsusdur?
A) Ə. Xaqani
B) Nizami Gəncəvi
C) M.S.Ordubadi
D) Məshəti Gəncəvi
E) Qətran Təbrizi
Məhsəti Gəncəvi, Qətran Təbrizi, Ə.Xaqanini birləşdirən ümumi cəhət:
A) Poema yazmaları
B) Saraylara tabe olmamaları
C) Bədii nəsr nümunələri yazmaları
D) "Divan" yazmaları
E) XI əsrdə yaşamaları
Azərbaycan ədəbiyyatında ilk poema hansıdır?
A) “Isgəndərnamə”
B) “Sirlər xəzinəsi”
C) “Dədə Qorqud”
D) “Leyli və Məcnun”
E) “Töhfətül -İraqeyn”
Sayaçı sözlər bağlıdır:
A) Əmək prosesi ilə
B) El mərasimləri ilə
C) Qoyunçuluqla
D) Əkinçilik və cütçülüklə
Üçü bizə yağıdır,
Üçü cənnət bağıdır.
Üçü yığır, gətirir,
Üçü vurur dağıdır. – göstərilən nəğmə aiddir:
A) Mövsüm nəğmələrinə
B) Toy nəğmələrinə
C) Yas nəğmələrinə
D) Qəhrəmanlıq nəğmələrinə
“ Bayatıların ən qüvvətli nümunələrini sevgi lirikası adlandırmaq daha doğru olar. Burada həmişə incə insan hissləri dərin və səmimi bədii obrazlar vasitəsi ilə verilir. ” – bu sözlər aiddir:
A) İsmayıl Şıxlıya
B) Rəsul Rzaya
C) Mehdi Hüseynə
D) Səməd Vurğuna
Bu janrı epik növün başqa janrlarından fərqləndirən əsas əlamət burada real zəmindən kənar, müasir ağlın, düşüncənin uydurma, fantastika kimi qəbul etdiyi qeyri – adi, fövqəltəbii əhvalat və hadisələrin təsvir olunmasıdır:
A) Lətifələr
B) Əfsanələr
C) Nağıllar
D) Rəvayətlər
Nağılları göstərin:
a) “ Qarı dağı ” b) “ Qızıl ilan ” c) “ Beşbarmaq dağı ” d) “ Yeddi qardaş bir bacı ” e) “ Üç bacı ” ə) “ Tülkünün kələyi ” f) “ Xatın arxı ”
A) d, e, ə
B) a, c, f
C) a, d, e
D) b, ə, f
Nağıllar neçə qrupa bölünür?
A) 4
B) 5
C) 6
D) 3
E) 7
"Əsli və Kərəm” operasını kim yazmışdır?
A) Zülfüqar Hacıbəyov
B) Nəbi Xəzri
C) Anar
D) Üzeyir Hacıbəyov
Biri epik növə aid deyil:
A) tapmacalar
B) lətifələr
C) sayaçı sözləri
D) atalar sözü və məsəllər
E) əfsanələr
Biri əfsanə deyil:
A) "Dədəgünəş"
B) "Oğuz"
C) "Turac"
D) "Dəmirqaya"
E) "Şəms və Qəmər"
Aşağıdakılardan hansı rəvayətdir?
A) "Beşbarmaq dağı"
B) "Dədəgünəş"
C) "Qarı dağı"
D) "Maral"
Rəvayətlər neçə qrupa bölünür?
A) 5
B) 4
C) 3
D) 2
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top