Tapılan ümumi test sayı : 104

Bərk cismin səthində mayenin yayılması adlanır:
A) Kapilyarlıq
B) Cismin islanması
C) Mexaniki hərəkət
D) Diffuziya
Hansı halda maye bərk cismi islatmır?
A) Mayenin öz molekulları arasındakı cazibə, maye ilə bərk cisimlərin molekulları arasındakı cazibədən zəif olduqda
B) Mayenin öz molekulları arasındakı cazibə, maye ilə bərk cisimlərin molekulları arasındakı cazibədən kiçik olduqda
C) Mayenin öz molekulları arasındakı cazibə, maye ilə bərk cisimlərin molekulları arasındakı cazibə ilə bərabər olduqda
D) Mayenin öz molekulları arasındakı cazibə, maye ilə bərk cisimlərin molekulları arasındakı cazibədən güclü olduqda
Maye molekulları ilə bərk cismin molekulları arasındakı cazibə, mayenin öz molekulları arasındakı cazibədən güclü olduqda:
A) Nazik borular daxilində maye yuxarı qalxmaz
B) Maye bərk cismi islatmır
C) Nazik borular daxilində maye yuxarı qalxır
D) Maye bərk cismi isladır
Su molekulları arasındakı cazibə ??? və su molekulları arasındakı cazibəyə nisbətən:
A) Zəifdir
B) 3 dəfə böyükdür
C) 2 dəfə kiçikdir
D) Güclüdür
Civədə islanan maddələrə aiddir:
A) Qızıl
B) Şüşə
C) Çuqun
D) Parafin
Bir maddə molekulunun digər maddə molekuluna nüfuz etməsi necə adlanır?
A) diffuziya
B) cismin islanması
C) birləşmiş qablar
D) mexaniki hərəkət
E) kapillyarlıq
Maddələrin təbiətdə mövcud olduğu hallardan biri deyil:
A) Elastik
B) Maye
C) Bərk
D) Plazma
Bbərk cisimlərin əsas xassəsidir:
A) Həcm və formasını saxlamaq
B) Kürə formasında olması
C) Formasını dəyişir və həcmini saxlayır
D) Həcm və formasını asanlıqla dəyişməsi
Suyun aqreqat halına aid deyil:
A) Su buxarı
B) Su
C) Plazma
D) Buz
Molekulyar – kinetik nəzəriyyənin əsas müddəalarından biri deyil:
A) Molekullar arasında ağırlıq qüvvəsi mövcuddur
B) Molekullar arasında qarşılıqlı cazibə və itələmə qüvvələri mövcuddur
C) Bütün maddələr çox kiçik zərrəciklərdən – molekullardan təşkil olunmuşdur
D) Molekullar fasiləsiz və nizamsız hərəkət edir
Molekulyar kinetik nəzəriyyə adlanır:
A) Cisimlərin xassələrini, molekulların hərəkəti və qarşılıqlı təsiri ilə izah edən nəzəriyyə
B) Bir maddə molekullarının digər maddə molekulları arasıma nüfuzetmə hadisəsi
C) Mayelərdə asılı halda olan kiçik yad hissəciklərin nizamsız hərəkəti
D) Zaman keçdikcə cismin başqa cismə nəzərən vəziyyətinin dəyişməsi
Elektromaqnit sahəsinin zərrəciyi hansıdır?
A) Foton
B) Qraviton
C) Proton
D) Elektron
E) Neytron
Maye və bərk cisimlərin molekulları arasında mövcuddur:
A) İtələmə xarakterli qüvvələr
B) Ağırlıq xarakterli qüvvələr
C) Cazibə xarakterli qüvvələr
D) Sürtünmə xarakterli qüvvələr
Molekullar çox yaxınlaşdıqda onlar arasındakı itələmə xarakterli qüvvələr:
A) Bərabərləşir
B) Azalır
C) Artmağa başlayır
D) Dəyişməz qalır
Nə zaman molekullar arasındakı itələmə xarakterli qüvvələr cazibə qüvvələrindən böyük olur?
A) Daha böyük məsafələrdə
B) Daha kiçik məsafələrdə
C) Qüvvələr üst – üstə düşdükdə
D) Qüvvələr bərabərləşdikdə
Molekullar arasındakı cazibə xarakterli qüvvələrin olmasına aid deyil:
A) Cisimlərin rənglənməsi
B) Metalların lehimlənməsi
C) Suyun buxarlanması
D) Müxtəlif məmulatların yapışdırılması
Bir maddə molekullarının digər maddə molekulları arasına nüfuzetmə hadisəsi adlanır:
A) Broun hərəkəti
B) Diffuziya
C) Molekulyar hərəkət
D) Plazma
Mayelərdə ( və ya qazlarda ) asılı halda olan kiçik yad hissəciklərin nizamsız hərəkəti adlanır:
A) Broun hərəkəti
B) Molekulyar hərəkət
C) Diffuziya
D) Plazma
Diffuziyanın sürəti nədən asılıdır?
A) Molekulların sıxlığından və kütləsindən
B) Molekullararası məsafədən və təzyiqdən
C) Molekullararası məsafədən və temperaturdan
D) Molekulların kütləsindən və temperaturdan
Broun hərəkətini ilk dəfə kim müşahidə etmişdir?
A) İ. Nyuton
B) M. Plank
C) P. Qassendi
D) R. Broun
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top