Tapılan ümumi test sayı : 46

Açıq aşkar Sovet Rusiyası ilə hərbi ittifaq yaratmaq uğrunda mübarizə aparırdı:
A) “ Müsavat ” partiyası
B) “ Ədalət ” təşkilatı
C) “ Hümmət ” partiyası
D) “ İttihad ” partiyası
1920 – ci ilin yazında partiyalar arasında qarşıdurmanı daha da dərinləşdirdi və Azərbaycan hökumətinin siyasi böhranını son həddə çatdırdı:
A) M.H.Hacınskinin kommunistlərlə danışıqlara girməsi
B) Azərbaycan Kommunist partiyasının yaradılması
C) Yeni hökumətinin yaradılmasının ləngidilməsi
D) Ermənilərin Dağlıq Qarabağda qiyam qaldırması
AXC – yə birbaşa hərbi müdaxiləyə cəsarət eləməyən Sovet Rusiyası:
A) Denikinlə hərbi ittifaq bağladı
B) Türkiyə ilə hərbi ittifaq bağladı
C) Bakı Soveti ilə ittifaq bağladı
D) “ Beşinci kolon ” u yaratmağa nail oldu
VI hökumət kabineti yaradılması kimə tapşırılmışdı?
A) M.H.Hacınskiyə
B) N.Yusifbəyliyə
C) F.X.Xoyskiyə
D) M.Ə.Rəsulzadəyə
AXC süqut etdi:
A) 1919 – cu il aprelin 28 – də
B) 1920 – ci il aprelin 27 – də
C) 1922 – ci il mayın 28 – də
D) 1918 – ci il aprelin 27 - də
Qafqazda feodal münasibətləri nə vaxt meydana gəldi?
A) 3-4
B) 3-5
C) 3-6
D) 4-5
E) 4-6
Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlət:
A) İran
B) Rusiya
C) Osmanlı dövləti
D) Gürcüstan
1920 – ci ilin martında Azərbaycanın dövlət müstəqilliyini tanıdı:
A) Osmanlı dövləti
B) Rusiya
C) İran
D) Gürcüstan
1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılar üzərinə ilk atəş nə zaman açılıb ?
A) 28 mart
B) 30 mart
C) 29 mart
D) 31 mart
Araz – Türk Respublikasının yaradılmasının tarixi əhəmiyyəti:
A) Naxçıvan bölgəsinin ermənilərin əlinə keçməsinə imkan vermədi
B) Qarabağın Dağlıq hissəsinin Ermənistana birləşməsinə imkan verilmədi
C) Andronikin quldur dəstələri darmadağın edildi, Qarabağın Ermənistana birləşdirilməsinin qarşısı alındı
D) Zəngəzurda erməni quldurlarının qarşısı alındı
1918 – ci ilin noyabrından 1919 – cu ilin martınadək olan dövrdə Naxçıvan bölgəsinin ermənilərin əlinə keçməsinə imkan vermədi və Azərbaycan Xalq Cumhuriyyətinin ərazi bütövlüyünü təmin etdi:
A) Araz-Türk Respublikası
B) X. Sultanovun gördüyü tədbirlər
C) Naxçıvan general – qubernatorluğunun yaradılması
D) Tiflisdə Azərbaycanla Ermənistan arasında sazişin imzalanması
Andronikin dəstələrinin Zəngəzurda və Qarabağda törətdikləri quldurluğun qarşısını almaq üçün Azərbaycan hökuməti:
A) Paris sülh konfransına nümayəndə heyəti göndərdi
B) Qarabağ general – qubernatorluğunu yaratdı
C) Erməniləri Qarabağdan qovdu
D) Denikindən kömək istədi
Qarabağ xanlığının Rusiya tərəfindən işğalından neçə il sonra Qarabağ general – qubernatorluğu yaradıldı?
A) 70
B) 104
C) 106
D) 114
1919 – cu ilin fevralında Qarabağ general – qubernatoru təyin edildi:
A) Xosrovpaşa bəy Sultanov
B) Bəhram xan Naxçıvanski
C) Nəsib bəy Yusifbəyli
D) Məmməd Həsən Hacinski
Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən neçə il sonra Bakı Universiteti açıldı?
A) 4
B) 1
C) 2
D) 7
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətin rəsmi orqanı idi:
A) “ Hümmət ” qəzeti
B) “ İstiqlal ” qəzeti
C) “ Azərbaycan ” qəzeti
D) “ İşıq” qəzeti
Azərbaycan Dövlət teatrı kimin rəhbərliyi ilə fəaliyyətə başlamışdı?
A) Hüseyn Ərəblinskinin
B) Abdulla Şaiqin
C) Ceyhun Hacıbəyovun
D) Üzeyir Hacıbəyovun
Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyətə başlayan ilk ali məktəb:
A) Bakı Universiteti
B) Pedaqoji İnstitut
C) İqtisadiyyat İnstitutu
D) Tibb İnstitutu
Bakıda türk dilində ilk böyük kitabxana açıldı:
A) 1919 – cu ilin mart ayında
B) 1920 – ci ilin əvvəllərində
C) 1918 – ci il dekabrın 10 – da
D) 1918 – ci il avqustun 28 – də
Azərbaycan ( türk ) dili dövlət dili elan edildi:
A) 1918 – ci il – 9 noyabrda
B) 1918 – ci il – 24 iyunda
C) 1918 – ci il – 27 iyunda
D) 1918 – ci il – 7 dekabrda
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top