Tapılan ümumi test sayı : 27

Aşağıdakı musiqi əsərlərindən Ü.Hacıbəyova məxsus olanını müəyyən edin
A) “Məhəbbət əfsanəsi”
B) “Nizami”
C) “Sevil”
D) “İldırımlı yollarla”
E) “Yeddi gözəl”
Azərbaycanda 1958-ci ildə yazılan, gizli yayılan və əldən-ələ gəzən poema
A) “Aygun”
B) “Gülüstan”
C) “Rənglər”
D) “Komsomol”
E) “Leninqrad göylərində”
Aşağıdakı şəxslərdən heykəltəraş olanı müəyyən edin
A) Tahir Salahov
B) Möhsün Sənanı
C) Ömər Eldarov
D) Mikayıl Abdullayev
E) Arif Məlikov
1967-ci ildə nəşrə başlamış jurnal
A) “Ulduz”
B) “Azərbaycan qadını”
C) “Kirpi”
D) “Elm və həyat”
E) “Qobustan”
Azərbaycan SSR-də kiril qrafikalı əlifbaya keçilməsindən ... ... sonra məcburi onillik təhsil tətbiq olundu
A) 17 il
B) 20 il
C) 10 il
D) 15 il
E) 27 il
Aşağıda göstərilənlərdən biri böyük Vətən müharibəsinin Azərbaycana vurduğu ziyanın səbəblərindən deyildir
A) Təcrübəli neftçilərin bir çoxu SSRİ-nin başqa yerlərinə neft axtarışına aparılmışdı
B) Sənayedən və kənd təsərrüfatından minlərlə texniki avadanlıq alınıb cəbhəyə göndərilmişdi
C) Neft hasilatı iki dəfə azalmışdı
D) Bir çox müəssisə profilini dəyişib hərbi sifarişlər üzrə işləyirdi
E) On minlərlə mütəxəssis, ixtisaslı fəhlə müharibədən qayıtmamışdı
1954-cü ilə aid olmayan hadisəni müəyyən edin
A) Daşkəsəndə dəmir filizi üçün saflaşdırma kombinatının istifadəyə verilməsi
B) Abşeron DRES-in istifadəyə verilməsi
C) Mingəçevir SES-in istifadəyə verilməsi
D) N.S.Xruşşovun Sov. İKP MK-nın I katibi seçilməsi
E) Qaradağ sement zavodunun istifadəyə verilməsi
II Dünya müharibəsindən sonra yaranmış sənaye mərkəzilərinə aid olmayanını müəyyən edin
A) Mingəçevir
B) Əli-Bayramlı.(indiki Şirvan)
C) Sumqayıt
D) Daşkəsən
E) Gəncə
Azərbaycan radiosunun fəaliyyətə başlamasından ... ... il sonra Azərbaycan televiziyası fəaliyyətə başladı
A) 30 il
B) 29 il
C) 27 il
D) 25 il
E) 32 il
Balaxanıda ilk vuran neft fontanından ... ...Sonra Neft daşlarında dəniz neft quyusu fontan vurdu
A) 84il
B) 76 il
C) 70 il
D) 80 il
E) 72 il
Uyğunluğu düzgün əks etdirən variantı müəyyən edin. I.1948-ci il. II.1949-cu il. III.1953-cü il. A)Yeni Bakı Neftayırma zavodunun işə salınması. B)Dünyada ilk dəfə açıq dənizdə neft - mədən estakadalarının qurulması. C)Neft daşlarında ilk dəniz neft quyusunun fontan vurması
A) Ib. IIa. IIIc
B) Ic. IIb. IIIa
C) Ib. IIc. IIIa
D) Ia.IIc.IIb
E) Ia. IIb. IIIc
Azərbaycan SSR-de 1962-ci ildə yaradılmış təşkilat:
A) "Milli Azərbaycan Qərargahı"
B) “Bütöv Azərbaycan birliyi”
C) "Gizli Bakı"
D) "Qara Volqa"
E) "Ildırım"
1956-cı ilə aid olmayan hadisəni müəyyənləşdirin
A) Azərbaycan SSR Ali Sovetinin Azərbaycan dili haqqında qərar qəbul etməsi
B) M.C.Bağırovun xalq düşməni kimi ölüm cəzasına məhkum edilməsi
C) Məhkəmə quruculuğu, mülki cinayət və məhkəmə məcəllələrinin qəbulunun Respublikanın ixtiyarına verilməsi
D) İ.Mustafayevin Azərbaycan KP MK-nın I katibi seçilməsi
E) Sov. İKP-nin XX qurultayında "demokratiyanın dərinləşdirilməsi "üçün tədbirlərin müəyyən olunması
1962-ci ildə gizli yığıncaqda yaradılmış “Milli Azərbaycan Qərargahı”nın rəhbərləri idilər
A) Gülhüseyn Hüseynoğlu və İsmixan Rəhimov
B) Xudu Məmmədov və Oqtay Rəfili
C) Mikayıl Rəfili və Oqtay Rəfili
D) Hacı Zeynalov və Əbülfəz Elçibəy
E) Məmməd Arif Dadaşzadə və Mikayıl Rəfili
1953-cü il martın 5-də ... ..
A) İ.Mustafayev Azərbaycan KP MK-nın I katibi seçildi
B) Sov İKP-nin XX qurultayında "demokratiyanın dərinləşdirilməsi" üçün tədbirlər müəyyən olundu
C) M.C. Bağırov Azərbaycan KP-na rəhbərlikdən azad edildi
D) N.S.Xruşşov Sov.İKP MK-nın I katibi seçildi
E) İ.V.Stalin vəfat etdi
1958-ci ildə Bakıda səfərdə olarkən bütün ermənilərin katolikosu II Vazgenin etdiyi təklifləri özündə doğru əks etdirən variantı seç. A)Bakıda xüsusi erməni ümumtəhsil məktəbinin açılması. B)Dağlıq Qarabağın Ermənistana verilməsi. C)Bakıda erməni ruhani seminariyasının açılması. D)Bakıda erməni kilsəsindən hər səhər zəng vurulması. E)Bakıda erməni dilində ayrıca qəzetin çap olunması
A) a.b.c
B) c.d.e
C) b.c.d
D) a.c.e
E) b.d.e
1956-cı ilin avqustun 21-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında ... ... Haqqında xüsusi qərar qəbul olundu
A) Azərbaycan dili
B) mülki cinayət və məhkəmə məcəllələrinin qəbulu
C) "demokratiyanın dərinləşdirilməsi"
D) siyasi məhbuslar
E) məhkəmə quruculuğu
“1948 - 1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında fərmanı imzaladı
A) İ.Əliyev
B) H.Əliyev
C) A.Mütəllibov
D) Ə.Elçibəy
E) M.S.Qorbaçov
1948 - 1953- cü illərdə Qərbi Azərbaycan (Ermənistan SSR ərazisindən) torpaqlarından deportasiya edilmiş soydaşlarımızın yerləşdirildiyi rayonlardan deyildir
A) Yevlax
B) İmişli
C) Saatlı
D) Göyçay
E) Kürdəmir
SSRİ-də milli münaqişə ocaqlarının ən ziddiyyətlisi mövcud idi
A) Gürcüstan SSR-in Borçalı bölgəsində
B) Ukrayna SSR-in Dnestryanı vilayətində
C) Azərbaycan SSR-in Dağlıq Qarabağ bölgəsində
D) Şimali Qafqazda
E) Qazaxıstan SSR-in Oş vilayətində
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top