Tapılan ümumi test sayı : 600

Çay xərçənginin müvazinət və eşitmə orqanları harada yerləşir?
A) Çənə ayaqlarının dibində
B) Yerimə ayaqlarının dibində
C) Qısa bığcıqların dibində
D) Qarıncığın ayaqcıqlarının dibində
Çay xərçəngində qazlar mübadiləsi hansı orqanda gedir?
A) Ağciyərlərdə
B) Ağciyər və traxeyalarda
C) Qəlsəmələrdə
D) Traxeyalarda
Xərçəngin ürəyində neçə cür qan olur?
A) Bir hissəsində arterial, bir hissəsində venoz
B) Yalnız arterial
C) Venoz
D) Qarışıq
Xərçəng nə ilə tənəffüs edir?
A) ağ ciyər və traxeya
B) traxeyalarla
C) ağ ciyərlə
D) qəlsəmələrlə
Xərçəngin udlaqaltı sinir düyünündən hansı orqanlara sinir telləri gedir?
A) Bığcıqlara
B) Buğumlara
C) Gözlərə
D) Qida borusuna
Xərçəngin ağzı ətrafında nə qədər ağız orqanı var?
A) 8 dənə
B) 12 dənə
C) 6 dənə
D) 3 dənə
Xərçəng əsl çənələri ilə......
A) qidanı saxlayır
B) qidaları xırdalayır
C) əşyaları hiss edir
D) ağzına ötürür
Çay xərçəngində anal dəliyi harada yerləşir?
A) Qəlsəmələrdə
B) Döş hissəsində
C) Çıxış sifononda
D) Quyruq üzgəcinin orta pərində
Çay xərçənginin qısa bığcıqlarının dibində nə yerləşir?
A) Müvazinət və eşitmə orqanları
B) Uzun bığcıqlar
C) Qida borusu
D) Fasetli gözlər
Xərçəngin sinir sistemi əsasən hansı sinfin nümayəndəsinin sinir sistemi ilə oxşardır?
A) Molyusklar sinfinin nümayəndəsinin
B) Həlqəvi qurdlar sinfinin nümayəndəsinin
C) Əsl sap qurdlar sinfinin nümayəndəsinin
D) Azqıllı qurdlar sinfinin nümayəndəsinin
Buğumayaqlılar hansı yolla çoxalırlar?
A) Cinsi yolla
B) Tumurcuqlama yolu ilə
C) Qeyri-cinsi yolla
D) Tozlanma ilə
Xərçəngin mədəsi neçə hissədən ibarətdir?
A) 4
B) 2
C) 6
D) 1
E) 3
Xərçəngin uzun bığcıqları hansı funksiyanı yerinə yetirir?
A) eşitmə və müvazinət
B) səsçıxarma
C) lamisə və qoxu
D) işıqvermə
E) işıqvermə və səsçıxarma
Xərçəngin ürəyi nə formadadır?
A) kasaşəkilli
B) üçbucaq formasında
C) kisəşəkilli
D) yoxdur
E) boruşəkilli
Çay xərçənginin bədən quruluşu neçə hissədən ibarət olur və hansılardır?
A) 2 hissədən, gövdə və ayaqdan
B) 3 hissədən, baş, döş və ayaqdan
C) 2 hissədən, baş – döş və qarıncıqdan
D) 3 hissədən, baş, gövdə və qarıncıqdan
Çay xərçənginin ağız tərəfində dəyişikliyə uğramış neçə cüt əl - ayaq olur?
A) 6 cüt
B) 2 cüt
C) 3 cüt
D) 4 cüt
Çay xərçənginin döş nahiyəsində neçə ayaq olur?
A) 8
B) 12
C) 10
D) 5
Xərçəngdə çənəayaqların sayı nə qədərdir?
A) 6 cüt
B) 3 cüt
C) 2 cüt
D) 5 cüt
Çay xərçənginin qarıncıq hissəsi neçə buğumdan ibarət olur və qurtaracağı nə ilə fərqlənir?
A) 5 buğumdan, 5 pərli quyruq üzgəci ilə nəhayətlənir
B) 4 buğumdan, 4 pərli quyruq üzgəci ilə nəhayətlənir
C) 6 buğumdan, 5 pərli quyruq üzgəci ilə nəhayətlənir
D) 6 buğumdan, 4 pərli quyruq üzgəci ilə nəhayətlənir
Dişidə qarıncıq ayaqlarında nə yerləşir?
A) Kürülər
B) Yerimə ayaqları
C) Qısqaclar
D) Fasetli gözlər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top