Tapılan ümumi test sayı : 600

Yumurtadan çıxmış balanın inkişaf dərəcəsinə görə quşlar neçə yerə bölünür?
A) 2
B) 3
C) 7
D) 5
E) 9
Quşların hansı fərdində cinsiyyət orqanı cütdür?
A) Dişidə
B) Heç birində
C) Hər ikisində
D) Erkəkdə
Göyərçinin dili harada yerləşir?
A) Üst çənə çuxurunda
B) Həm alt, həm də üst çənə çuxurunda
C) Alt çənə çuxurunda
D) Göz çuxurunda
Quşların ürəyi neçə kameralıdır?
A) 4
B) 2
C) 6
D) 3
E) 7
Göyərçinin mədəsinin hansı şöbəsində əzələlər var?
A) Vəzili
B) Əzələli
C) Büküşlü
D) Həm vəzili, həm də büküşlü
Quşlarda hansı hissiyyat zəifdir?
A) Görmə
B) Eşitmə
C) Dəri
D) Dadbilmə
Quşların ifrazatında neçə orqan iştirak edir?
A) 4
B) 1
C) 2
D) 3
Göyərçinin ürəyi neçə kameralıdır?
A) 5
B) 3
C) 4
D) 2
Göyərçinin normal bədən temperaturu neçədir?
A) 43, 5 dərəcə
B) 36, 6 dərəcə
C) 23, 5 dərəcə
D) 35 dərəcə
Göyərçinin mədəsi neçə hissədən ibarətdir?
A) 3
B) 5
C) 4
D) 2
Hava kisəsinin ümumi həcmi ağ ciyərlərin ümumi həcmindən nə qədər çoxdur?
A) 10 dəfə
B) 30 dəfə
C) 40 dəfə
D) 20 dəfə
Aşağıdakılardan hansı quşun həzm və ifrazat sisteminə aid deyil
A) Ağız boşluğu və çinədan
B) Qırtlaq və traxeya
C) Bağırsaq və kloaka
D) Qaraciyər və mədə
E) Böyrək və mədəaltı vəzi
Fikri tamamlayın: Quşun dilinin üzərində və ağız boşluğunun divarlarında yerləşən dad tumurcuqları ilə .........
A) Qidanı həzm edir
B) Müxtəlif dadları ayırd edə bilir
C) Görə bilir
D) Qoxulaya bilir
Körpücük sümükləri birləşərək hansı sümüyü əmələ gətirir?
A) Qaşıq
B) Çəngəl
C) Bıçaq
D) Fincan
Quşlarda qabırğalar öndən nəyə birləşir?
A) Çanağa
B) Büzdümə
C) Onurğaya
D) Döş sümüyünə
Skeletin hansı hissəsinə sükan lələkləri birləşir?
A) Çanağa
B) Pəncə lüləsinə
C) Büzdüm sümüyünə
D) Döş qəfəsinə
Quşların skeleti neçə hissəyə bölünür?
A) 3
B) 2
C) 4
D) 5
Quşlarda çanaq hansı sümüklərin birləşməsindən əmələ gəlir?
1.Qarğa,
2.Oma,
3.Pəncəlüləsi,
4.Oturaq,
5.Körpücük,
6.Qalça,
7.Qasıq.
A) 1,3,7
B) 1,2,5
C) 2,4,6
D) 4,6,7
Quşlarda qanadları hansı əzələlər endirir?
A) bud əzələləri
B) körpucukaltı əzələlər
C) qabırğaarası əzələlər
D) döş əzələləri
E) boyun əzələləri
Pəncənin bir neçə sümüyü birləşərək nə əmələ gətirir?
A) Çanağı
B) Qanad darağını
C) Pəncə lüləsini
D) Ayaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top