Tapılan ümumi test sayı : 600

Hansı yumurta-bala doğur?
A) təlxə
B) timsah
C) qızılı mabuya
D) gekkon
E) tısbağa
Suda-quruda yaşayanlar bədən quruluşu və yaşayış tərzinə görə neçə qrupa bölünür?
A) Quyruqsuzlar, quyruqlular və ayaqsızlar
B) Quyruqsuzlar, quyruqlular və ayaqlılar
C) Quyruqlular və ayaqsızlar
D) Quyruqsuzlar və quyruqlular
E) Quyruqsuzlar və ayaqlılar
Quyruqsuzlara aid deyil:
A) göl qurbağası
B) Qafqaz xaçlıcası
C) triton
D) quru qurbağası
E) hamısı
Kürüdən yetkin kiçik qurbağanın əmələ gəlməsi nə qədər müddətə başa gəlir?
A) 1-2 il
B) 2-3 il
C) 2-3 ay
D) 20-25 gün
Qurbağanın inkişafının neçənci ilində cinsi yetişkənliyə hazır olur?
A) 4-cü ilində
B) 3-cü ilində
C) 2-ci ilində
D) 1-ci ilində
Çömçəquyruq nə vaxta qədər qəlsəmələrlə tənəffüs edir?
A) Ömrünün sonuna qədər
B) Yetkin fərdə çevrilənə qədər
C) Kürü tökənə qədər
D) Çömçəquyruq ümumiyyətlə heç vaxt qəlsəmələrlə tənəffüs etmir.
Kürünün inkişafı üçün neçə dərəcə istilik lazımdır?
A) 10-15 dərəcəyə qədər
B) 7-8 dərəcəyə qədər
C) 2-3 dərəcəyə qədər
D) 20 dərəcə
Çömçəquyruq inkişafının ilk mərhələlərində nə ilə qidalanır?
A) Balıq kürüləri ilə
B) İbtidailərlə
C) Yosunlarla
D) Yumurta sarısı ilə
Qurbağalar necə çoxalır?
A) Yumurta qoymaqla
B) Kürü tökməklə
C) Çoxalmır
D) Diri bala doğmaqla
Çömçəquyruğun ürəyi neçə kameralıdır
A) dörd
B) Üç
C) ürəyi yoxdur
D) iki
E) bir
Qurbağalar nə zaman çoxalmağa başlayırlar?
A) Payızda
B) Yayda
C) Qışda
D) Yazda
Qurbağanın ifrazat sistemi nədən ibarətdir?
A) İfrazat dəliyindən
B) Yaşıl vəzilərdən
C) Cüt böyrəkdən
D) Tək böyrəkdən
Qurbağanın tənəffüsü nə ilə gedir?
A) Yalnız ağciyərlə
B) Qəlsəmə ilə
C) Ağciyər və dəri ilə
D) Traxeya ilə
Qurbağaların həzm sistemini balıqlardan fərqləndirən cəhət hansıdır?
A) Qurbağada kloaka var.
B) Qurbağanın dili var, balıqların yoxdur.
C) Onlar arasında heç bir fərq yoxdur.
D) Qurbağada mədə yoxdur.
Qurbağada neçə qan dövranı olur?
A) 3
B) 4
C) 2
D) 1
Göl qurbağasının kəllə skeleti nələrdən ibarətdir?
A) Beyin qutusu, visserial skelet
B) Beyin qutusu, oma
C) Beyin qutusu, quyruq
D) Gövdə, quyruq
Qurbağaların skeleti neçə hissəyə bölünür və hansılardı
A) 4 hissəyə kəllə, visserial, onurğa, ətrafların skeleti
B) 3 hissəyə kəllə, onurğa, ətrafların skeleti
C) 4 hissə boyun, gövdə, oma, quyruq şöbələri
D) 3 hissəyə onurğa, beyin qutusu, ətrafların skeleti
E) 2 hissə kəllə və onurğa
Göl qurbağasının ağciyərlərin forması necədir?
A) ağciyərlər yoxdur
B) yastıdır
C) dəyirmidir
D) kisə formasındadır
E) kub formasındadır
Sürfə ilə yetkin fərdin ətraflarındakı fərqlilik hansıdır?
A) Sürfədə üzgəc, yetkin fərddə isə beşbarmaqlı ətraflar olur.
B) Sürfədə beşbarmaqlı ətraflar, yetkin fərddə isə üzgəclər olur.
C) Sürfədə ağciyərlər, yetkin fərddə isə qəlsəmə olur.
D) Onlar arasında heç bir fərq yoxdur.
Qurbağalarda burun dəliklərindən başqa tənəffüs orqanı hansıdır?
A) Göz
B) Təbil pərdəsi
C) Dəri
D) Ağız
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top