Tapılan ümumi test sayı : 73

1848 – ci ildə Macarıstanda baş verən inqilab nəticəsində:
A) Vətəndaş müharibəsinə son qoyuldu
B) Konstitusiya qəbul edildi
C) Rus ağalığına son qoyuldu
D) Hökumət yaradıldı
Macarıstan üsyanının yatırılmasında Avstriya imperatoruna kömək etdi:
A) İtaliya hökuməti
B) Fransa hökuməti
C) Rusiya hökuməti
D) İngiltərə hökuməti
1848 – 1849 – cu illər Avstriya – Macarıstan inqilabi dövründə baş verməmişdir:
A) Vyana üsyanı
B) Monarxiyanın ləğv edilməsi
C) Reyxstaqın çağırılması
D) Praqa üsyanı
"Avropa jandarmı" adını almış ölkə
A) Fransa
B) Rusiya
C) Avstriya-Macarıstan
D) Almaniya
E) İngiltərə
Ölkənin iqtisadi cəhətdən ən inkişaf etmiş hissəsi:
A) Lombardiya, Venesiya
B) Pyemont, Lombardiya
C) Milan, Roma
D) Siciliya, Milan
Papanın dünyəvi hakimiyyəti mövcud idi:
A) Milanda
B) Venesiyada
C) Romada
D) Sardiniyada
Mötədil cərəyana başçılıq edirdi:
A) C. Haribaldi
B) Kamillo Kavur
C) III Napoleon
D) Papa IX Piy
1896 – cı ildə Auda şəhəri yaxınlığındakı döyüşün nəticəsi:
A) İtaliya Afrikadakı bütün mülklərini itirdi
B) İtaliya Liviyanı işğal etdi
C) İtaliya Həbəşistanın istiqlaliyyətini tanımağa məcbur oldu
D) İtaliya Həbəşistanı işğal etdi
İtaliya krallığı yaradıldı:
A) 1882 – ci ildə
B) 1861 – ci ildə
C) 1870 – ci ildə
D) 1871 – ci ildə
İtaliyanın birləşdirilməsi uğrunda mübarizədə mövcud olan iki cərəyanı müəyyən edin. A)İnqilabi demokratik cərəyan. B)Liberal cərəyan. C)Mötədil cərəyan. D)Mühafizəkar cərəyan
A) a. b
B) b. d
C) a. c
D) c. d
E) b. c
İtaliyanın birləşdirilməsi başa çatdı
A) 1861-ci ildə
B) 1866-cı ildə
C) 1871-ci ildə
D) 1870-ci ildə
E) 1859-cu ildə
XIX əsrin I yarısında İtaliyanın sosial inkişafını ləngidən amillərdən deyil
A) Burjuaziya və liberal zadəganlar arasında müxalifətçilik əhval-ruhiyyəsinin artması
B) Katolik kilsəsinin zülmü
C) Hökmdarların qeyri məhdud hakimiyyəti
D) Siyasi pərakəndəlik
E) İqtisadi cəhətdən inkişaf etmiş Lombardiyanın və Venetsiyanın Avstriyanın əlində olması
Almanlar 1864 – cü ildə işğal etdi:
A) İtaliyanı
B) Avstriyanı
C) Fransanı
D) Danimarkanı
Almaniyanın Danimarkanı işğal etməsi müharibəyə səbəb oldu:
A) Avstriya ilə
B) İtaliya ilə
C) Fransa ilə
D) İngiltərə ilə
XIX əsrin 90 – cı illərində sənaye çevrilişi başa çatdı:
A) Fransada
B) İngiltərədə
C) Rusiyada
D) Almaniyada
“ Üçlər ittifaqı ” na daxil olan dövlətlərdən biri deyil:
A) Rusiya
B) Avstriya
C) İtaliya
D) Almaniya
Alman İttifaqının yaranmasından neçə il sonra Şimali Alman İttifaqı təşkil olundu:
A) 29
B) 49
C) 51
D) 38
Berlində silahlı üsyan neçənci ildə baş verdi?
A) 1812-ci il
B) 1889-cu il
C) 1848- ci il
D) 1864-cü il
E) 1832-ci il
Almaniya neçənci ildə Avstriya ilə hərbi ittifaq bağladı?
A) 1878
B) 1879
C) 1882
D) 1887
E) 1897
Fransaya qarşı Avropa dövlətlərinin koalisiyası yaradıldı:
A) 1806 – cı ildə
B) 1807 – ci ildə
C) 1804 – cü ildə
D) 1805 – ci ildə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top