Tapılan ümumi test sayı : 28

Planetin ən böyük yaylası:
A) Anadolu yaylası
B) Kimberli yaylası
C) Tibet yaylası
D) Qərbi Avstraliya yaylası
Platformaların qədim kristallik süxurlardan təşkil olunmuş qalxanlarda əsasən inkişaf etmişdir:
A) Dağlar
B) Dəniz terrasları
C) Akkumulyativ düzənliklər
D) Denudasion düzənliklər
Akkumulyativ düzənliklərə aid deyil:
A) Missisipi, Xəzəryanı ovalıq ,Turan ovalığı
B) Şərqi Avropa, Almaniya – Polşa
C) Şərqi Avropa, Kür – Araz ,Turan
D) Böyük Çin, Qərbi Avstraliya, Turan
500 m – dən yuxarıda yerləşən səthi nisbətən hamar olan düzənliklərə deyilir:
A) Dağlar
B) Ovalıqlar
C) Yaylalar
D) Yüksək düzənliklər
Biri akkumulyativ düzənlik deyil:
A) Şərqi Avropa
B) Böyük Çin
C) Lavrentiya yüksəkliyi
D) Qərbi Sibir
Dünyanın ən uzun dağ sistemi hansıdır
A) Himalay dağı
B) Comolunqma dağı
C) And dağı
D) Qoşqar dağı
E) Alp dağı
Çox yüksək yaylalarda üfüqi vəziyyətdə yatan laylarda yalnız dərinlik eroziyası prosesi üstün olduqda əmələ gələn dərin dərə adlanır:
A) Terras
B) Karst mağarası
C) Dyun
D) Kanyon
Buzlağın qazıma ( dağıdıcı ) işi adlanır:
A) Deflyasiya
B) Eroziya
C) Abraziya
D) Ekzarasiya
Buzlaqların yaratdığı relyef forması:
A) Dyun
B) Barxan
C) Troq
D) Eol
Səhralarda külək bir istiqamətdə əsdiyi zaman yaranır:
A) Barxanlar
B) Troq dərələri
C) Kanyon
D) Dyunlar
Çayların öz sahillərini yuması və dərəsini genişləndirməsi prosesi adlanır:
A) Yan eroziya
B) Dib eroziyası
C) Dərinlik eroziyası
D) Çay eroziyası
Dalğaların gördüyü işin nəticəsi?
A) Sahillərin formalaşması
B) Qabarma və çəkilmələrin baş verməsi
C) Gəmilərin hərəkəti
D) Yağıntıların miqdarı artır
E) Adaların yaranması
Meqaformalara aiddir:
A) Materiklər, okean çökəklikləri, xəzəryanı ovalıqlar
B) Çay dərələri, yarğanlar, Xəzərsahili tirələr
C) Qərbi Sibir, Xəzəryanı ovalıqlar, Kordilyer dağı
D) Okean çökəklikləri, Tyan – Şan, Ural dağları
Materiklər, okean çökəklikləri, qurudakı və dünya okeanındakı nəhəng sıra dağlar və geniş düzənliklər aid edilir:
A) Mezoformalara
B) Meqaformalara
C) Makroformalara
D) Planetar relyef formalarına
Mikroformalara aid edilir:
A) Çay dərələri, yarğanlar, qobular
B) Kür – Araz ovalığındakı akkumulyativ tirəciklər, Xəzərsahili tirələr, Qobustanda palçıq vulkanlarının yamaclarındakı yarğanlar, karst qıfları
C) Böyük Qafqazda suayırıcı, Kiçik Qafqazda Qarabağ silsiləsi, Cənubi Azərbaycanda Bozquş dağları
D) Alp, Qafqaz, Tyan – Şan, Ural, Kordilyer dağları, Qərbi Sibir
Geomorfoloqlar ekzogen qüvvələrin fəaliyyəti ilə əmələ gəlmiş relyef formalarını adlandırırlar:
A) Morfoskulptur
B) Effuziv
C) İntruziv
D) Morfostruktur
Morfostrukturlara aid deyil:
A) Yaylalar
B) Vulkan konusları
C) Çay dərələri
D) Dağ zirvələri
Eol və buzlaqların yaratdığı relyef formaları:
A) Dyun,karlar
B) Dyun,barxan
C) Troq dərələri,sirklər
D) Barxan, morenlər
Ən böyük mənfi relyef forması:
A) Okean novları
B) Okean çökəklikləri
C) Xəzər dənizi
D) Ölü dəniz
Ən böyük müsbət relyef forması:
A) Amazon ovalığı
B) Himalay dağları
C) Materik qalxmaları
D) And dağları
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top