Tapılan ümumi test sayı : 64

Çayın mənsəbi ola bilməz:
A) Körfəz
B) Bataqlıq
C) Boğaz
D) Bulaq və dağ buzlaqları
Mənsəbi olmayan çayları göstərin:
A) Amazon, Müqəddəs Lavrenti, Ob
B) Temza, Konqo, Bolqarçay
C) Konqo, Zambezi, Yenisey
D) Pirsaatçay, Sumqayıtçay, Bolqarçay
Xəzər dənizi hansı çayların eroziya bazisidir?
A) Kür, Ural, Volqa
B) Volqa, Ural, Nil
C) Ob, Lena, Yenisey
D) Volqa, Lena, Parana
Hansı cərəyan soyuqdur?
A) Passat
B) Peru
C) Kurosio
D) Qolfstrim
Şimal yarımkürəsində yerləşməyən göl:
A) Miçiqan
B) Oneqa
C) Çad
D) Eyr
E) İssukul
Çay və göl üçün ortaq əlamət:
A) Quru sularına aiddir
B) Xətti şərti işarə ilə göstərilir
C) Miqyaslı şərti işarə ilə göstərilir
D) Mənşəyinə görə qalıq və tektonik olur
Baykal və Ladoqo gölləri hansı mənşəyə aiddir?
A) Tektonik və buzlaq
B) Hər ikisi buzlaq
C) Tektonik və uçqun
D) Qalıq və buzlaq
Şimal istiqamətində axan çaylar:
A) Missisipi,Volqo
B) Lena, Nil
C) Amazon, Konqo
D) Amur, Ob
Quru sularına aid deyil?
A) Dəniz
B) Çay
C) Yeraltı sular
D) Bataqlıq
E) Göl
Daxili axarsız hövzəyə aid çay:
A) Amur, Ural
B) Amudərya, Sırdərya
C) Dəclə, Nil
D) Amazon, Yenisey
E) Lena, Missisipi
Hansı çay Arala tökülür?
A) Emba
B) Amudərya
C) Volqa
D) Kür
Çaylarda axımın sürətli və istiqaməti hansı amillərdən asılıdır?
A) Bitki örtüyünün xarakterindən
B) İqlim xüsusiyyətlərindən
C) Dağ suxurlarının tərkibindən
D) Torpaq tiplərindən
E) Məhəllin relyefin meyilliyindən
Suvarmada istifadə olunan çay:
A) Konqo
B) Makkenzi
C) Amazon
D) Missisipi
Buzlaqlar üçün doğru deyil:
A) Yüksək dağlıqda mövcuddur
B) Çayların mənbəyi ola bilir
C) Buzlağın işi ekzarasiya adlanır
D) Şirin su mənbəyidir
E) Çaylar buzlaqlarla qidalanmır
Biri körfəz deyil?
A) Meksika
B) Benqal
C) Fandi
D) Ərəbistan
E) Ədən
Dalğanın işi nə adlanır?
A) Abraziya
B) Ekzarasiya
C) Eroziya
D) Eol
Çayın yaratdığı relyef forması:
A) Troq dərələri
B) Kanyon
C) Barxan
D) Dyun
Çayın en kəsiyinin sahəsi 25m2,sürəti isə 3m/san. olarsa,su sərfi nə qədərdir?
A) 100m3/san
B) 75m3/san
C) 22m3/san
D) 28m3/san
Çayın en kəsiyinin sahəsi 50m2,sürəti isə 2m/san. olarsa,su sərfi nə qədərdir?
A) 70m3/san
B) 200m3/san
C) 100m3/san
D) 150m3/san
Amazon və Konqonun bolsulu olmasının səbəbi:
A) Atlantik okeanına aiddirlər
B) Suvarmada istifadə olunurlar
C) Yeraltı sularla qidalanırlar
D) Ekvatorial qurşaqda yerləşirlər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top