Tapılan ümumi test sayı : 46

Aşağıdakı sözlərdə toplu isimləri göstərin.
A) kitab, həyat
B) xalq, ordu
C) məktəb, şəhər
D) kənd, dağ
E) gül, dəniz
Aşağıdakı sözlərdən hansı çoxmənalı söz deyil ?
A) detal
B) baş
C) göz
D) çalmaq
E) ağız
"Koroğlu" dastanında Giziroğlu Mustafa bəy kimdir; O, Koroğlu ilə hansı qolda qarşılaşır, onu nə məqsədlə axtarırdı ?
A) Giziroğlu Mustafa bəy hökumdardır. O, Koroğlu ilə "Alı kişi" qolunda görüşür, onun var-dövlətini əlindən almaq istəyirdi.
B) Giziroğlu Mustafa bəy də Koroğlu kimi xalq içərisindən çıxmış igiddir; "Koroğlunun Bağdad səfəri"ndə qarşılaşırlar; məqsədi kimin güclü və igid olduğunu yoxlamaq idi.
C) Giziroğlu Mustafa bəy bir kəndlidir, "Koroğlunun Ərzurum səfəri"ndə rastlaşırlar;  Onu Koroğlu çağırmışdır.
D) Giziroğlu Koroğlunun dəlilərindəndir; onlar "Dəmirçioğlunun Çənlibelə gəlməsi" qolunda yoldaş olurlar. Koroğlunu müdafiə edirdi.
E) Giziroğlu Mustafa bəy cavan oğlandır, Koroğlu ilə "Koroğlunun İstanbul səfəri" qolunda görüşürlər, onu görmək arzusunda idi.
Saya-saya sayadan,
Qoyun gəlir qayadan.
Sayaçıya pay verin,
Damazlığı mayadan.
Şe`r məzmununa görə əmək nəğməsinin hansı növüdür ? Misralar necə qafiyələnir ? (hərfi işarələrlə göstər); tələffüzcə yaxın olan sözlər necə qafiyələrdir ?
A) sayaçı sözüdür; qafiyə quruluşu -a-a-b-a; tam qafiyədir.
B) layladır; a-b-a-b formasındadır; cinas qafiyədir.
C) bayatıdır; dörd misralıdır; tələffüzcə yaxın sözlərdir.
D) tapmacadır; dördlükdür; bütöv qafiyədir.
E) lirik növdür; qafiyə quruluşu -a-a-b-a; oxşar sözlərdir.
Nizaminin "Xosrov və Şirin" əsərində Xosrovun çəmənlikdə Şirinə rast olan şəklini çəkən mahir sənətkar kim idi, O, sənəti harada öyrənmişdir ?
A) Şuriyə - sənəti Yəməndə öyrənmişdir
B) Şapur - rəssamlığı Çində öyrənmişdir
C) Fərhad - İranda təhsil almışdır
D) Barbəd - rəssamlığı İranda öyrənmişdir
E) Nikisa - sənəti Rumda öyrənmişdir
Hürufilik cərəyanının əsasını qoyan və bu sahədə Nəsiminin müəllifi kimdir ?
A) Fəzlullah Nəimi
B) Qazi Bürhanəddin
C) Xaqani Şirvani
D) Nizami Gəncəvi
E) Arif Ərdəbili
M.Füzulinin "Padşahi mülk..." şe`ri klassik şe`rin hansı formasındadır, həmin şe`rdə şair kimləri qarşılaşdırır və üstünlüyü kimə verir?
A) Şe`r qəsidədir; padşahla ordu başçısı müqayisə edilir.
B) Şe`r fəxriyyədir; şair özünü padşaha qarşı qoyur.
C) Füzulinin adı çəkilən əsəri qit"ə şe`r formasındadır; şair söz sənətkarını padşahla qarşılaşdırır və üstünlüyü sənətkara verir.
D) Şe`r  məsnəvi formasındadır; padşahla pəhləvan müqayisə edilir, üstünlük padşaha verilir.
E) Şe`r qəzəl formasındadır. Bu şe`rdə pəhləvanla hökmdar müqayisə olunur, üstünlük pəhləvana verilir.
"Nazik bədən ilə bərgi-gülsən
Əmma nə deyim ikən yünülsən!"
misralarında hansı təsvir vasitəsindən istifadə edilmişdir ?
A) təşbeh
B) epitet
C) mübaliğə
D) istiarə
E) metonimiya
M.P.Vaqifin yaradıcılığının əsas xüsusiyyətləri nədən ibarətdir; Füzuli şe`rləri ilə Vaqif şe`rləri arasında hansı fərqi görürsünüz ?
A) Heca vəznində yazmışdır.
B) Hər ikisinin yaradıcılığında aşiqanə şe`rlər əsas yer tutur, lakin Vaqifin şe`rləri heca vəznindədir.
C) M.P.Vaqifin yaradıcılığı Füzuli yaradıcılığına nisbətən nikbindir, sadədir, aydındır, real həyatla daha çox bağlıdır.
D) Həm klassik şe`r ən`ənələrindən, həm də aşıq şe`ri ən`ənənələrindən bəhrələnmişdir.
E) M.P.Vaqif xalq ruhunda yazmışdır.
N.Vəzirovun "Müsibəti Fəxrəddin" əsəri dramaturqun "Daldan atılan daş toppuğa dəyər", "Adı var, özü yox", "Yağışdan çıxdıq, yağmura düşdük" əsərlərindən janr fərqi nədir ?
Rüstəm bəy obrazı bu əsərlərdən hansının qəhrəmanlarındandır ?
A) Vəzirovun adı göstərilən əsərləri komediya, "Müsibəti-Fəxrəddin" əsəri isə faciədir; Rüstəm bəy "Müsibəti-Fəxrəddin" əsərinin əsas obrazlarından biridir.
B) "Müsibəti-Fəxrəddin" komediya, başqa əsərlər faciədir. Rüstəm bəy "Müsibəti-Fəxrəddin" əsərindədir.
C) "Müsibəti-Fəxrəddin"  yazıçının göstərilən digər əsərlərinə nisbətən genişdir; Rüstəm bəy "Daldan atılan daş topuğa dəyər" əsərindəndir
D) "Müsibəti-Fəxrəddin" əsəri dram, göstərilən digər əsərlər hekayədir; Rüstəm bəy "Müsibəti-Fəxrəddin"dəndir.
E) "Müsibəti-Fəxrəddin" yazıçının daha kamil əsridir; Rüstəm bəy "Adı var, özü yox" əsərinin əsas obrazlarındandır.
M.Hüseynin hansı əsərləri mövzu baxımından bir-birini tamamlayır ?
A) "Tərlan", "Abşeron", "Daşqın"
B) "Fəryad", "Daşqın", "Kin"
C) "Səhər","Daşqın", "Fəryad"
D) "Abşeron", "Qara daşlar", "Yeraltı çaylar dənizə axır"
E) "Kin", "Yeraltı çaylar dənizə axır"
C.Cabbarlı hansı əsərlərinin kino-film kimi meydana çıxmasında şəxsən iştirak etmişdir ?
A) "Sevil", "Almaz"
B) "Od gəlini", Aydın"
C) "Aydın", "Dönüş"
D) "1905-ci ildə", "Yaşar"
E) "Solğun çiçəklər", "Ulduz"
Aşıq Ələsgərin qoşmalarında Azərbaycanın gözəlliyini tərənnüm üçün hansı dağların adı çəkilir ?
A) Yelligədik, Elbrus, Şahdağ
B) Kəlbəcər dağları, Böyük Qafqaz dağları
C) Elbrus, Kiçik Qafqaz dağları
D) Göyəzən, Şahdağ, Gözəl dağ
E) Qoşqar, Murğuz, Kəpəz
N.Nərimanovun hansı əsərinin nəşri və tamaşası əvvəlcə çar senzurası tərəfindən qadağan olunmuşdu ?
A) "Nadir şah"
B) "Şamdan bəy"
C) "Bahadır və Sona"
D) "Bir kəndin sərgüzəşti"
E) "Nadanlıq"
M.Ə.Sabir üslubunda yazanlar arasında Sabir ədəbi məktəbinin davamçıları kimlərdir ?
A) Abdulla Şaiq, Hüseyn Cavid
B) Əli Nəzmi, Mirzə Əli Mö`cüz Şəbüstəri
C) Əliqulu Qəmküsar
D) Abbas Səhhət, Məhəmməd Hadi
E) Məmməd Səid Ordubadi,Cəfər Cabbarlı
C.Məmmədquluzadənin "Anamın kitabı" əsərində ana dilini yad dillərdən üstün tutub onu müqəddəs hesab edən obraz hansıdır ?
A) Səməd Vahid
B) Zəhra bəyim
C) Gülbahar
D) Rüstəm bəy
E) Mirzə Məhəmmədəli
"Kiçicik bir sudur yer üzündə Kür
Baxsan bu dünyanın xəritəsinə.
Bəs niyə qəlbimdə ümman döyünür
Mən qulaq asdıqca Kürün səsinə!.."
Misralar S.Vurğunun hansı poemasından götürülmüşdür və həmin parça şairin hansı duyğularını ifadə edir ?
A) "Muğan", vətənpərvərlik
B) "Talıstan", təbiət təsviri
C) "Aygün", ailə sədaqəti
D) "Zəncinin arzuları", imperializmin ifşası
E) "Aslan qayası", işğalçılığa qarşı nifrət
Mübtədanın ifadə vasitələri hansı cərgədə düzgün göstərilmişdir ?
1. fe`li sifət, fe`li bağlama, isim
2. fe`li bağlama, fe`l, sifət
3. tə`yini əvəzlik, sual əvəzliyi, məsdər
4. şəxs əvəzliyi, isim, sifət, mürəkkəb adlar, məsdər
5. zərf, sifət, fe`l, məsdər
A) 3
B) 4
C) 1
D) 2
E) 5
Ş`er parçasında işarə, şəxs və tə`yini əvəzliyi müəyyənləşdirin.
"Məni qanadının üstünə götür,
Ahunu gördüyün o yerə yetir.
Toru dişlərimlə doğrayım, didim,
Ahunu o tordan tez xilas edim"
Bəyəndi tədbiri bütün yoldaşlar,
Bu işə ürəkdən şad oldu onlar.
A) 2 tə`yini; 1 şəxs; 2 işarə əvəzliyi
B) 1 işarə; 1 tə`yini; 3 şəxs əvəzliyi
C) 1 şəxs; 3 tə`yini; 1 işarə əvəzliyi
D) 1 tə`yini; 2 şəxs; 3 işarə əvəzliyi
E) 2 şəxs; 1 tə`yini; 2 işarə əvəzliyi
Hansı sırada qarşılığı olan kar samitlər düzgün göstərilmişdir ?
A) l, m, n, r, h
B) p, f, x, ş, s, k
C) l, m, n, r, f, x, ş
D) f,x, ş, y
E) p, f, s, k, ğ
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top