Tapılan ümumi test sayı : 46

Aşağıdakı nümunədə toplu isimlərin sayını göstərin.
Xalqla həmrəy olduqlarını bildirmək üçün kənd camaatı meydana doğru axışırdı.
A) 5
B) 3
C) 2
D) 1
E) 4
Hansı sıradakı sözlərə saitlə başlanan şəkilçi artırdıqca k-y, q-ğ əvəzlənməsi baş verir ?
A) bioloq, kəpənək
B) kələk, filoloq
C) bayraq, texnik
D) bulaq, mexanik
E) ələk, dalaq
Aşağıdakı sözlərdən hansının tərkibində dodaqlanan sait iştirak etmir ?
A) özfəaliyyat
B) köməkçi
C) zəhmətkeş
D) təvazökar
E) ədəbiyyatşünas
Aşağıdakı nümunələrdən sinonimlər cərgəsini tapın.
A) dünya, kainat, həyat
B) uzun, hündür, orta
C) ürək, qəlb, könül
D) mehriban, gülümsər, bədbin
E) çevrə, dəyirmi, kub
Hansı cərgədəki sözlərdə ahəng qanunu pozulmuşdur ?
A) gümüş, sürməyi
B) albalı, bənövşəyi
C) Azərbaycan, kitab
D) ovçu, beşinci
E) arı, kitabxana
Sözlərdən hansında apostrof düzgün qoyulmuşdur ?
1. mə`lumat           2. he`yət        3. ən`ənə
4. ə`la                    5. bə`zən       6.tə`sir
A) 1, 3, 5
B) 4, 6
C) 1, 2, 4
D) 1, 4, 6
E) 2, 4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top