Tapılan ümumi test sayı : 26
1)
Aşağıdakı şe`r nümunələrinin hansında epitetdən istifadə edilmişdir ?
Xəta bildir
A)
Quşqonmaz zirvələr görünür aydın
B)
Vuruşur döyüşdə qılınclarımız.
C)
Yanır dənizlərin buz kimi suyu
D)
Quş kimi uçurdu göylərdə insan
E)
Meşələr ağlayır dərddən, kədərdən
2)
Əruz vəzninin hansı bəhri dəvənin ləngərli yerişinə bənzədilir ?
Xəta bildir
A)
həcəz
B)
mütəqarib
C)
rəcəz
D)
xəfif
E)
rəməl
3)
"Çərşənbə günündə, çeşmə başında
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun, keçdi sinəmdən,
Cadu qəmzələri canıma düşdü"
nümunəsində misralar hansı qayda ilə bölgülərə ayrılmalıdır ?
Xəta bildir
A)
4+4+3
B)
6+5
C)
4+3+4
D)
3+4+4
E)
5+6
4)
"....olardı on-on iki yaşında ki, atası Hacı Rza vəfat elədi.İki il keçməmişdi anası öldü. Yaxşı dövlət qalmışdı mərhum atsından: neçə zəmilər, neçə ilxılar, nə qədər fərş, çoxluca pul. Amma çox heyf! Elə ki, Hacı Rza və övrəti öldülər, ... qaldı başsız-paraxsız. Əmirləri dövləti bir ilin içində dağıtdılar, axırda bir barmaq hesabı göstərdilər".
Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərindən götürülmüş bu parçada nöqtələrin yerinə hansı surətin adı yazılmalıdır ?
Xəta bildir
A)
Vəliqulu
B)
Məhəmmədhəsən əmi
C)
Xudayar bəy
D)
Zeynəb
E)
Şərəf
5)
S.Rəhimovun "Mehman" povestində hüquq sistemində çalışan mənfi surət kimdir ?
Xəta bildir
A)
Kamilov
B)
Cabbarov
C)
Vahidov
D)
Murtuzov
E)
Məmmədxan
6)
Yalnız məsnəvi şəklində yazılmış əsərlərin cərgəsini müəyyənləşdirin:
Xəta bildir
A)
"Dəhnamə", "Leyli və Məcnun", "Yeddi gözəl"
B)
"İsgəndərnamə", "Görmədim", "Padşahi-mülk..."
C)
"Yeddi gözəl", "Leyli və Məcnun", "Muğan"
D)
"Leyli və Məcnun", "Xosrov və Şirin", "Azərbaycan"
E)
"Xosrov və Şirin", "Sirlər xəzinəsi", "Təbrizim"
7)
Məhəmməd Füzuli "Padşahi-mülk..." qit`əsində kimləri qarşılaşdırır ?
Xəta bildir
A)
Padşahı söz sənətkarı ilə
B)
Söz sənətkarlarını pəhləvanla
C)
Padşahla ordu başçısısnı
D)
Padşahı pəhləvanla
E)
Bir padşahla başqa bir hökmdarı
8)
M.F.Axundovun "Hacə Qara" kommediyasında hadisələrin düyünün açıldığı (razvyazka) hissəni göstərin:
Xəta bildir
A)
Qaçaq mal alverinə gedənlərin Təbrizdən qayıtması
B)
Heydər bəyin naçalnikin qarşısında e`tirafı
C)
Bəylərin və Hacı Qaranın zaminə buraxılması
D)
Hacı Qaranın Xəlil yüzbaşı tərəfindən tutulub naçalnikə verilməsi
E)
Hacı Qara və bəylərin həbs olunması, Kərəməlinin həbs olunduğunu görən Hacı Qaranın özündən getməsi
9)
Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasından verilən şe`r parçasında hansı surət haqqında danışılır :
"Böyük dağ gövdəli, o dağlar yaran
Gələndə camaat qalmışdı heyran.
Görkəmli böyük bir filə oxşardı,
Onda iki filin qüvvəti vardı".
Xəta bildir
A)
Şapur
B)
Fərhad
C)
Bəhram Çubin
D)
Xosrov
E)
Şiruyə
10)
"Kitabi-Dədə Qorqud" dastanı neçə boydan ibarətdir ?
Xəta bildir
A)
2
B)
17
C)
16
D)
12
E)
6
11)
Verilmiş tabeli mürəkkəb cümlənin ikinci tərəfi nədir ?
"Təranə özünü nə qədər şən göstərməyə çalışırdısa da, pərtliyi hiss olunurdu".
Xəta bildir
A)
məqsəd budaq cümləsi
B)
kəmiyyət budaq cümləsi
C)
baş cümlə
D)
şərt budaq cümləsi
E)
qarşılıq-güzəşt budaq cümləsi
12)
Vasitəsiz tamamlıq ismin hansı halında olur ?
Xəta bildir
A)
yönlük halında
B)
yiyəlik halında
C)
çıxışlıq halında
D)
yerlik halında
E)
tə`sirlik halında
13)
Hansı cümlənin mübtədası məəsdər tərkibi ilə ifadə olunmuşdur ?
Xəta bildir
A)
Aşiqlik işi qıza nə layiq?!
B)
Hər gələn qəmli gedər, şad gəlib yanımıza.
C)
Xəyalımdan çıxmaz hərgiz xəyalın.
D)
Kafər ağlar bizim əhvali-pərişanimizə
E)
Lalə tək qızarmaq üz qaydasıdır.
A)
ya, ay, bəli, of, paho
B)
ay, bəh-bəh, oho, bəs
C)
ox, ay, of, ah, oho
D)
bəs, -mı4 , ox, bəh-bəh
E)
vah, ah, vay, gurultu, di
15)
Tərkibində miqdar zərfi olan cümləni göstərin:
Xəta bildir
A)
Biz qonaqları mehribancasına qarşıladıq.
B)
Bazardan xeyli meyvə aldıq.
C)
Biz bu haqda xeyli danışdıq.
D)
Qonaqlar dünəndən gəliblər.
E)
Dünən maraqlı filmə baxdıq.
16)
Yalnız fe`li bağlamalardan ibarət olan sıranı göstərin:
Xəta bildir
A)
yazdıqda, qarşılamaq, danışmayan
B)
təmizləyəndə, yanaşaraq, öyrəndikdə
C)
göstərmək, qurduqda, aparanda
D)
işləməli, oxumadan, gözləyəndə
E)
saxlayaraq, yaşamaqda, öyrənən
17)
Hansı cərgədə yalnız məchul növdə olan fe`llər verilmişdir ?
Xəta bildir
A)
çəkildi, qalandı, çalındı, sürüldü
B)
çatdırdı, inandırdı, çaldı, aldı
C)
görüşdü, mələşdi, gülüşdü, bildirdi
D)
oturdu, güldürtdü, sildirdi, vuruşdu
E)
çəkildi, yazdırdı, geyindi, açıldı
18)
Hansı cümlədə qeyri-qəti gələcək zamanda olan fe`l işlənmişdir ?
Xəta bildir
A)
Hər tərəf yumşaq qarla örtülmüşdür.
B)
Bu atı Murad sürəcəkmiş.
C)
Qalmaz belə, qalmaz dünya.
D)
Gələcəkdir babam mənim yanıma.
E)
Zimistanın novbaharı gələydi.
19)
Verilmiş cümlələrdə "o" əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı halda doğrudur ?
Xəta bildir
A)
O, ağaclara qulluq etməyi çox sevir.
B)
O, məktəb yarışda qalib gəldi.
C)
O, hadisədən sonra çox sarsılmışam.
D)
O, şagird hamının sevimlisidir.
E)
O, ağacları məktəblilər əkmişlər.
20)
"Dənizin sahilində ikimərtəbəli binanın bünövrəsi qoyulur"- cümləsindəki mənsubiyyət şəkilçili isimlərin sayını müəyyənləşdirin:
Xəta bildir
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab