Tapılan ümumi test sayı : 26

Yalnız sözdüzəldici şəkilçilər olan sıranı göstərin:
A) -lar, -lı, -çi, -lük
B) -sız, -lik, -çı, -dəki
C) -in, -çu, -im, -lər
D) -dən, -li, -süz, -da
E) -imiz, -ış, -un, -lar
Yalnız sinonim sifətlərdən ibarət olan cərgəni göstərin:
A) ötürmək-yola salmaq, silmək-təmizləmək, bacarıqlı-qabiliyyətli
B) odlamaq-alışdırmaq, müxtəsər-qısa, oturmaq-əyləşmək
C) qaçmaq-yüyürmək, böyük-iri, dünya-aləm
D) gödək-qısa, nəhəng-iri, yüksək-hündür
E) adam-insan, yığırlar-toplayırlar, nəm-yaş
Heç bir alınma sözün olmadığı cərgəni göstərin:
A) radio, televiziya,  studiya
B) baş, doqquz, baba
C) kitab, məktub, məktəb
D) knyaz, kran, qram
E) jurnal, rəng, hədis
Aşağıdakı cümlədə altından xətt çəkilmiş hansı söz səhv yazılmışdır ?
     I          II                 III               IV          V
Koroğlu əsil xalq qəhrəmanımətin  sərkərdə idi.
A) IV
B) III
C) I
D) II
E) V
Verilmiş qoşasamitli sözlərdən birinin yazılışı ilə tələffüzü fərqlənmir. Onu göstərin:
A) guppultu
B) güllə
C) diqqət
D) səkkiz
E) hətta
Hansı cərgədəki sözlərdə ahəng qanunu pozulmuşdur ?
A) Kiyev, Bağdad, Berlin
B) odun, boru, möhür
C) qaşıq, deşik, zərif
D) qələbə, qəsəbə, araba
E) musiqi, boran, ağbirçək
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top