Tapılan ümumi test sayı : 22

S.Rəhimovun "Mehnan" povestində hüquq sistemində çalışan mənfi surət kimdir:
A) Cabbarov
B) Vahidov
C) Məmmədxan
D) Murtuzov
E) Kamilov
Yalnız məsnəvi şəklində yazılmış əsərlərin cərgəsini müəyyənləşdirin:
A) "Dəhnamə", "Leyli və Məcnun", "Yeddi gözəl"
B) "Yeddi gözəl", "Leyli və Məcnun", "Muğan"
C) "İsgəndərnamə","Görmədim", "Padşahi-mülk..."
D) "Xosrov və Şirin", "Sirlər xəzinəsi", "Təbrizim"
E) "Leyli və Məcnun", "Xosrov və Şirin", "Azərbaycan"
Məhəmməd Füzuli "Padişahi-mülk..." qit`əsində kimləri qarşılaşdırır ?
A) Padşahı söz sənətkarı ilə
B) Padşahla ordu başçısını
C) Söz sənətkarını pəhləvanla
D) Bir padşahla başqa bir hökmdarı
E) Padşahı pəhləvanla
M.F.Axundovun "Hacı Qara" komediyasında hadisələrin düyünün açıldığı (razvyazka) hissəsini göstərin:
A) Qaçaq mal alverinə gedənlərin Təbrizdən qayıtması
B) Hacı Qara və bəylərin həbs olunması, Kərəməlinin həbs olunduğunu görən Hacı Qaranın özündən getməsi
C) Bəylərin və Hacı Qaranın zaminə buraxılması
D) Heydər bəyin naçalnikin qarşısında e`tirafı
E) Hacı Qaranın Xəlil yüzbaşı tərəfindən tutulub naçalnikə verilməsi
Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasından verilən şe`r parçasında hansı surət haqqında danışılır:
"Böyük dağ gövdəli, o dağlar yaran
Gələndə camaat qalmışdı heyran.
Görkəmli böyük bir filə oxşardı,
Onda iki filin qüvvəti vardı."
A) Şiruyə
B) Bəhram Çubin
C) Xosrov
D) Fərhad
E) Şapur
"Kitabi-Dədə Qorqud" dastanı neçə boydan ibarətdir ?
A) 16
B) 12
C) 6
D) 2
E) 17
Verilmiş tabeli mürəkkəb cümlənin ikinci tərəfi nədir ?
"Təranə özünü nə qədər şən göstərməyə çalışırdısa da , pərtliyi hiss olunurdu".
A) baş cümlə
B) məqsəd budaq cümləsi
C) kəmiyyət budaq cümləsi
D) qarşılıq-güzəşt budaq cümləsi
E) şərt budaq cümləsi
Vasitəsiz tamamlıq ismin hansı halında olur ?
A) yiyəlik halında
B) tə`sirlik halında
C) yerlik halında
D) yönlük halında
E) çıxışlıq halında
Hansı cümlənin mübtədası məsdər tərkibi ilə ifadə olunmuşdur ?
A) Xəyalımdan çıxmaz hərgiz xəyalın.
B) Kafər ağlar bizim əhvali-pərişanimizə.
C) Hər gələn qəmli gedər, şad gəlib yanımıza.
D) Aşiqlik işi qıza nə layiq ?!
E) Lalə tək qızarmaq üz qaydasıdır.
Nidalar verilən cərgəni göstərin:
A) ay, bəh-bəh, oho, bəs
B) ox, ay, of, ah, oho
C) ya, ay, bəli, of, paho
D) vah, ah, vay, gurultu, di
E) bəs, -mı4, ox, bəh-bəh
Tərkibində miqdar zərfi olan cümləni göstərin:
A) Dünən maraqlı filmə baxdıq.
B) Biz bu haqda xeyli danışdıq.
C) Bazardan xeyli meyvə aldıq.
D) Qonaqlar dünəndən gəliblər.
E) Biz qonaqları mehribancasına qarşıladıq.
Yalnız fe`li baölamalardan ibarət olan sıranı göstərin:
A) göstərmək, qurduqda, aparanda
B) işləməli, oxumadan, gözləyəndə
C) saxlayaraq, yaşamaqda, öyrənən
D) təmizləyəndə, yanaşaraq, öyrəndikdə
E) yazdıqda, qarşılamaq, danışmayan
Hansı cərgədə yalnız məchul növdə olan fe`llər verilmişdir ?
A) çatdırdı, inandırdı, çaldı, aldı
B) çəkildi, yazdırdı, geyindi, açıldı
C) oturdu, güldürtdü, sildirdi, vuruşdu
D) görüşdü, mələşdi, gülüşdü, bildirdi
E) çəkildi, qalandı, çalındı, sürüldü
Hansı cümlədə qeyri-qəti gələcək zamanda olan fe`l işlənmişdir ?
A) Hər tərəf yumşaq qarla örtülmüşdür.
B) Zimistanın novbaharı gələydi.
C) Qalmaz belə, qalmaz dünya.
D) Gələcəkdir babam menim yanıma.
E) Bu atı Murad sürəcəkmiş.
Verilmiş cümlələrdə "o" əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı halda doğrudur ?
A) O, məktəb yarışda qalib gəldi.
B) O, hadisədən sonra çox sarsılmışam.
C) O, şagird hamının sevimlisidir.
D) O, ağacları məktəblilər əkmişlər.
E) O, ağaclara qulluq etməyi çox sevir.
"Dənizin sahilində ikimərtəbəli binanın bünövrəsi qoyulur" - cümləsindəki mənsubiyyət şəkilçili isimlərin sayını müəyyənləşdirin:
A) 4
B) 1
C) 5
D) 3
E) 2
Yalnız sözdüzəldici şəkilçilər olan sıranı göstərin:
A) -sız, -lik, -çı, -dəki
B) -dən, -li, -süz, -da
C) -imiz, -ış, -un, -lar
D) -lar, -lı, -çi, -lük
E) -in, -çu, -im, -lər
Yalnız sinonim sifətlərdən ibarət olan cərgəni göstərin:
A) odlamaq-alışdırmaq, müxtəsər-qısa, oturmaq-əyləşmək
B) ötürmək-yola salmaq, silmək-təmizləmək, bacarıqlı-qabiliyyətli,
C) qaçmaq-yüyürmək, böyük-iri, dünya-aləm
D) gödək-qısa, nəhəng-iri, yüksək-hündür
E) adam-insan, yığırlar-toplayırlar, nəm-yaş
Heç bir alınma sözün olmadığı cərgəni göstərin:
A) jurnal, rəng, hədis
B) baş, doqquz, baba
C) radio, televiziya, studiya
D) kitab, məktub, məktəb
E) knyaz, kran, qram
Aşağıdakı cümlədə altından xətt çəkilmiş hansı söz səhv yazılmışdır ?
      I       II                   III                IV        V
Koroğlu əsil xalq qəhrəmanı və mətin səkərdə idi.
A) I
B) IV
C) II
D) III
E) V
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top