Tapılan ümumi test sayı : 26

Hansı fikir S.Rəhimovun "Mehman" əsərindəki Murtuz Murtuzov obrazının səciyyəsinə uyğundur?
A) Öz ləyaqətini  gözləyir, ədalətsizliyə yol vermir.
B) Mütilik və yaltaqlıq maskası taxır, təlxəklik edir, məqam gəldikdə qəddarlığını büruzə verir.
C) Mehmana gənc prokuror kimihörmət bəsləyir.
D) Namuslu hüquq işçisidir.
E) Fağır, kimsəsiz, xeyirxah qoca qıfılına girir, nəvazişlə danışır.
S.Vurğunun aşağıdakı əsərlərindən biri müharibə mövzusunda deyil:
A) "Ananın öyüdü"
B) "Mənə belə söylədilər..."
C) "Şəfqət bacısı"
D) "Qızıl şahinlər"
E) "Zəncinin arzuları"
M.Ə.Sabirin Azərbaycanda, Yaxın və Orta Şərq ölkəsində əməlpərvər, qüdrətli xalq şairi kimi şöhrət qazanmasında hansı mətbuat orqanının xüsusi rolu olmuşdur?
A) "Füyuzat"
B) "Dəbistan"
C) "Həyat"
D) "Molla Nəsrəddin"
E) "Şərqi-Rus"
M.F.Axundovun bizə gəlib çatan nəzm əsərləri içərisində tarix etibarilə ilk yazılanı hansıdır?
A) "Əlifba haqqında mənzumə"
B) "Zakirə məktub"
C) "A.S.Puşkinin ölümü haqqında Şərq poeması"
D) Bu məlum deyil.
E) "Zəmanədən şikayət"
Bakixanovun fars dilinin qrammatikasından bəhs edən əsəri:
A) "Mişkalut-ənvar"
B) "Əsrarül-mələkut"
C) "Təhzibi-əxlaq"
D) "Qanuni-Qüdsi"
E) "Gülüstani-İrəm"
M.Füzulinin hansı əsərində XVI əsrin feodal patriarxal münasibətləri, insan təbiətinə, azad məhəbbətə zidd olan adət-ənənələr, qadın hüquqsuzluğu tənqid olunur?
A) "Məni candan usandırdı"
B) "Söz"
C) "Padişahi-mülk"
D) "Leyli və Məcnun"
E) "Şikayətnamə"
Nizami bu fikri hansı obraz haqqında deyir?
İndi o ədalət, o insaf hanı?!
Verə öz oğluna belə cəzanı.
İndi yüz yoxsulun tökülsə qanı,
Nahaq qan tökənə bir cəza hanı?!
A) Hörmüz
B) Xosrov
C) Məhinbanu
D) İsgəndər
E) Bəhram
Bədii əsərin sonunda verilən və onun yekunu olan kiçik hissə necə adlanır?
A) epiloq
B) peyzaj
C) epiqraf
D) portret
E) proloq
Remarkadan hansı ədəbi növdə istifadə olunur?
A) lirik
B) dramatik
C) epik, dramatik
D) epik
E) lirik, epik
Epik növün hansı janrında yumor daha güclüdür?
A) dastan
B) lətifə
C) atalar sözü
D) əfsanə
E) nağıl
"Mən bilirəm ki, çəkilən əmək itmir" - cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) tamamlıq budaq cümləsi
B) mübtəda budaq cümləsi
C) xəbər budaq cümləsi
D) səbəb budaq cümləsi
E) təyin budaq cümləsi
Verilmiş cümlədə xitab nə ilə ifadə olunmuşdur?
"Möhtərəm dostlar, mən həmişə öz nəğmələrimlə insanları sevindirmişəm"
A) isimlə
B) feli sifətlə
C) I növ ismi birləşmə ilə
D) II növ ismi birləşmə ilə
E) mürəkkəb adla
Cüttərkibli müxtəsər cümlə hansıdır?
A) Bu, Müşkinazın xatirələrindəndir.
B) Cavid mənalı-mənalı gülümsünürdü.
C) Yüz dəfə ölç, bir dəfə biç.
D) Yıxılana gülməzlər.
E) Gedənin dalınca danışmazlar.
Nümulərdən biri adlıq cümlədir:
A) Üç oğlu, iki nəvəsi alimdir.
B) Döyüşçü qorxmaz olmalıdır.
C) El hara, sən də ora.
D) Yaz günü. Yol üstü. Ağac kölgəsi.
E) Yeni uğurlar qazanmaq.
Aşağıdakı nümunədə xəbər nə ilə ifadə olunmuşdur?
Hər irəliləyişin və qurtuluşun anası azadlıqdır.
A) məsdərlə
B) isimlə
C) sayla
D) sifətlə
E) feli sifətlə
Sifətdən düzəlmiş isimlər hansı cərgədədir?
A) yüzlük, onluq, çoxluq
B) şadlıq, təmizlik, zəiflik
C) birlik, gündəlik, həkimlik
D) dostluq, tanışlıq, qardaşlıq
E) dərzilik, ustalıq, mühəndislik
"İndi növbə sizindir" cümləsində "indi" hansı nitq hissəsidir?
A) sifət
B) isim
C) fel
D) zərf
E) say
Verilmiş sözlərdən neçəsi feldən düzələn sifətdir?
tutqun, uçuq, kütləvi,bənövşəyi, böyük, azyaşlı, yoldakı, əzik
A) üç
B) beş
C) iki
D) dörd
E) altı
Qoşmalar ismin hansı hallarında olan sözlərə qoşulur?
A) yiyəlik, yönlük, çıxışlıq
B) çıxışlıq, təsirlik, yönlük
C) yönlük, yerlik, çıxışlıq
D) adlıq, təsirlik, yerlik
E) təsirlik, çıxışlıq, adlıq
Feli bağlama şəkilçiləri hansıdır?
A) -acaq4, -maq2, -dan2
B) -sız4, -an2, -ar2
C) -araq2, -ıb4, -anda2, -madan2
D) -dı4, -çı4, -lıq4
E) -ır4, -dan2, -malı2
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top