Tapılan ümumi test sayı : 15

Sifətin əsas sintaksis vəzifəsi:
A) Təyin
B) Mübtəda
C) Tamamlıq
D) Xəbər
İsimləşmiş sifət haqqındakı fikirlərdən biri səhvdir:
A) İsmin suallarına cavab verir
B) Cümlədə təyin olur
C) Hallana bilir
D) Əşya və ya şəxs bildirir
Sifət şəxs şəkilçisi qəbul edərək hansı sintaktik vəzifədə işlənir?
A) Zərflik
B) Mübtəda
C) Xəbər
D) Təyin
İsimləşmiş sifətlər cümlədə hansı vəzifədə işlənə bilər?
A) Xəbər
B) Mübtəda və ya tamamlıq
C) Zərflik
D) Təyin
“ Küçə genişdir ” sözündəki “geniş” sözü hansı sintaktik vəzifədə işlənmişdir?
A) Mübtəda
B) Zərflik
C) Təyin
D) Xəbər
Hansı cümlədə sifət təyin vəzifəsindədir?
A) Asif çox ağıllıdır
B) Ağıllı adam hər işi vaxtında görər
C) Ağıllı fikirləşincə dəli çayı vurub keçdi
D) Ağıllı boş yerə söz xərcləməz
Morfoloji üsulla yaranmış çoxaltma dərəcəli sifəti göstərin:
A) Bozumtul
B) Körpəcə
C) Dümağ
D) Olduqca gözəl
“ Əliaçıq ” insan birləşməsindəki sifətin morfoloji təhlili ilə bağlı səhv fikir hansıdır?
A) Mürəkkəb sifətdir
B) Adi dərəcədədir
C) Birinci tərəfi təsirlik hal şəkilçili isimdir
D) Necə?nə cür? suallarından birinə cavab verir
Rusiya padşahı o zülümkardan
Yekaterinadan bir hədiyyədir - verilmiş cümlədə sifətin təhlilindəki səhvi göstərin:
A) Adi dərəcədədir
B) Alınma sifətdir
C) İsimləşmişdir
D) Quruluşca sadədir
“ dünənki və çalışqan ” sifətlərinin morfoloji təhlilindəki düzgün fikri müəyyənləşdirin:
A) Biri sadə, digəri düzəltmə sifətdir
B) Biri əlamət, digəri keyfiyyət bildirir
C) Biri zərfdən, digəri feldən düzəlmiş sifətdir
D) Biri cümlədə təyin, digəri zərflik olur
Sifət isimləşərkən hansı xüsusiyyətini itirir?
A) Dərəcəsini
B) Sualını
C) Əlamət bildirməsini
D) Cümlədə təyin olmaq
E) İsimin əvvəlində işlənmək xüsusiyyətini
Aşağıdakı sifətlərdən hansını insan haqqında işlətmək olmaz
A) qaraşın
B) kürən
C) yaşlı
D) sarışın
E) sarımtraq
Beynəlxalq sözünü tərkibinə görə necə təhlil etmək olar
A) Beynəlxalq sözünün kökü beynəl sözüdür
B) Beynəlxalq sözün köküdür
C) Beynəlxalq sözünü tərkibinə görə təhlil etmək olmur
D) Cavablardan heç biri doğru deyil
E) Beynəlxalq sözü iki kökdən ibarətdir
Sifət kim sualına cavab verərsə, hansı xüsusiyyəti daşıyar?
A) Təyin olur
B) İsimə aid olar
C) İsimləşər
D) Miqdar bildirir
E) Xəbər olar
Sifət hanı cümlə üzvü ilə ifadə olunur?
A) Mübtəda
B) Təyin
C) Zərf
D) Tamamlıq
E) Xəbər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top