Qutuda 4 ağ, 3 qara, 1 qırmızı, 6 sarı kürəcik var. Qutudan 2 kürə çıxarılır.Çıxan 2 kürə sarı olduqdan sonra çıxarılacaq 3-cü kürənin də sarı olma ehtimalını tapın.
Kömək nümunə: Zərin 6 üzü var, iki dəfə atılan zərdə hər iki dəfədə məsələn, "bir" üzünün düşməsi ehtimalı "vurma prinsipi" ilə tapılır.
(1/6)*(1/6)=1/36.
Qutuda 4 ağ, 3 qara, 1 qırmızı, 6 sarı kürəcik var. Qutudan 2 kürə çıxarılır.Hər iki kürənin sarı olması ehtimalını tapın.
Ehtimal hesablaması üçün kömək: Bir qəpik verilibsə və biz onu iki dəfə atırıqsa, hər iki dəfə qartal üzünün düşmə ehtimalını hesablayarkən ayrıca düşmə ehtimallarını bir birinə vururuq.
(1/2)*(1/2)=1/4.
64 adam olimpiya sistemiylə 1-ci mərhələdən yarışa başlayır. Qaydaya görə uduzanlar yarışı tərk edir və daha oyun keçirmir. İlk mərhələdə 32 oyun keçirildi. Daha neçə oyun oynanılmalıdır ki turnir tam bitsin?
Maşın A şəhərindən B şəhərinə doğru yola düşdü. Yolun yarısını getdikdən sonra, maşın geriyə döndü və getdiyi yolun yarısı qədər geri-A-ya doğru gəldi. Daha sonra geri qayıtdığı yolun yarısı qədər B-yə doğru irəli getdi. B-yə çatmaq üçün daha 250 km məsafə varsa, A-dan B-yə nə qədər məsafə var?
...lar! Sinə dağı, göz dağı,
Məhəbbətin tüstülənən ocağı.
Bir millətin kimliyini bildirən,
Nəfəsindən ləpələnən bayrağı! (B.Vahabzadə).
Nöqtələrin yerində olacaq sözü məntiqi olaraq tapın.