Tapılan ümumi test sayı : 640

1225-ci ildə Azərbaycan.
A) Xarəzmşah Cəlaləddinin hücumuna məruz qaldı
B) monqolların birinci yürüşünə məruz qaldı
C) Elxanilər dövlətinin tərkibinə daxil edildi
D) qıpçaq dəstələrinin hücumuna məruz qaldı
E) monqolların ikinci yürüşünə məruz qaldı
Azərbaycana ilk yürüşü zamanı monqolların Gəncəyə Hücumunun nəticəsi
A) şəhər əhalisi ciddi müqavimət göstərib düşmənə qalib gəldi
B) Gəncənin hakimi şəhəri düşmənə təslim etdi
C) şəhər xərac verməklə talan və dağıntıdan xilas oldu
D) düşmən şəhərə od vurub yandırdı
E) şəhər hakiminin zülmündən bezən əhali düşmən tərəfə keçdi
Axirət dünyasına inam ilk dəfə nə vaxt yaranmışdır
A) Alt Paleolitdə
B) Orta Paleolitdə
C) Üst Paleolitdə
D) Mis-daş dövründə
E) Mezolitdə
Daha əvvəl baş vermişdir
A) Qızıl Arslanın sultan elan olunması
B) Eldənizlər dövlətinin süqutu
C) Şəmcəddin Eldənizin ‘‘Böyük Atabəy‘‘ titulu alması
D) Azərbaycan torpaqlarının bir hissəsinin İraq Səlcuq sultanlığına daxil edilməsi
E) Eldənizlər dövlətinin yaranması
Birinci yürüş zamanı monqolların Beyləqana hücumu nə ilə nəticələndi
A) şəhər işğal olundu və əhaliyə divan tutuldu
B) şəhər əhalisi müqavimət göstərmədən düşmənə təslim oldu
C) şəhər əhalisi monqollarla qanlı döyüşdə qalib gəldi
D) şəhər hakiminin zülmündən bezmiş əhali düşmənə təslim oldu
E) şəhər hakimi xərac verib əhalini xilas etdi
1410-cu ildə Azərbaycanın siyasi həyatında baş vermiş çox mühüm hadisə
A) teymurilərin Azərbaycandan qovulması
B) I İbrahim tərəfindən Təbrizin tutulması
C) Təbriz şəhərinin Sultan Əhməd Cəlairi tərəfindən tutulması
D) Qaraqoyunlu dövlətinin yaranması
E) Şənbi-Qazan adlı yerdə Teymurilərin darmadağın edilməsi
1406-cı ildə I İbrahimin Təbrizi tərk edərək Şirvana qayıtmasının səbəbi
A) Qızıl Orda xanı Toxtamışın Şirvana hücum etməsi
B) Teymuri Əbubəkrin Şirvanı ələ keçirməsi
C) Sultan Əhmədin və Qara Yusifin şəhərə yaxınlaşması
D) Teymurilərin Təbrizi yenidən ələ keçirməsi
E) şəhər əhalisinin ona qarşı üsyan qaldırması
Əmir Teymurun hücumlarından 14 il ərzində cəsarətlə müdafiə oluna bildi
A) Qız qalası
B) Gəncə şəhəri
C) Təbriz şəhəri
D) Dərbənd qalası
E) Əlincə qalası
Nəsli qəbilə dövründə insanlar birləşmişdilər
A) yığıcılıqla məşğul olanların istismarı əsasında
B) İbtidai əkinçilik əsasında
C) ata xətti ilə qohumluq əsasında
D) ovçu tayfalarının üstünlüyü əsasında
E) ana xətti ilə qohumluq əsasında
Müstəqil Albaniya dövləti yarandı
A) E. ə. III əsrin sonlarında
B) E. ə. III əsrdə
C) E. ə. II əsrin ortalarında
D) E. ə. IV əsrin ortalarında
E) E. ə. IV əsrin sonu - III əsrin əvvəllərində
Insanlar ilk dəfə metalla tanış olmuş və misdən əmək alətləri hazırlamışlar
A) Dəmir dövründə
B) Son Tunc dövründə
C) Erkən Tunc dövründə
D) Eneolit dövründə
E) Son daş dövründə
1231-ci ildə Azərbaycan:
A) Ali Monqol Xaqanlığının canişinləri tərəfindən idarə olunmağa başlandı
B) Eldənizlər dövlətinin tərkibindən çıxdı
C) Elxanilər dövlətinin tərkibinə daxil edildi
D) monqolların ikinci yürüşünə məruz qaldı
E) Cəlaləddin tərəfindən işğal olundu
1406-cı ildə Teymurilərə qarşı üsyana qalxan Təbriz əhalisi kömək üçün müraciət etdi
A) qaraqoyunlu Qara Yusifə
B) Şirvanşah I İbrahimə
C) Qızıl Orda xanı Toxtamışa
D) Cəlairi Sultan Əhmədə
E) Şəki hakimi Seyidi Əhmədə
Atropatena müstəqil dövlətə çevrildi
A) e. ə. 323-cü ildə
B) e. ə. 330-cu ildə
C) e. ə. 321-ci ildə
D) e. ə. 331-ci ildə
E) heç biri
Sultan II Mehmet və Ağqoyunlu Uzun Həsən arasında ilk toqquşma baş verdi.
A) 1461-ci ildə Qoyluhisar adlı yerdə
B) 1473-cü ilin yazında Ərzincan yaxınlığında
C) 1473-cü ildə Malatya yaxınlığında
D) 1473-cü ildə Otluqbeli, yaxud Tərcan adlı yerdə
E) 1461-ci ildə Qoyluhisar adlı yerdə
Albaniya dövləti yaranmışdı
A) Azərbaycanın cənubunda
B) Kür-Araz ovalığında
C) heç biri
D) Kiçik Asiyada
E) Azərbaycanın şimalında
Uyğunluq gözlənilib
A) Qəbilə icmasının meydana gəlməsi
B) Mezolit dövründə - ictimai və sosial bərabərsizlik yaranmışdır
C) Son Tunc dövrü - e. ə. XIV-e.ə. XII əsrləri əhatə edir
D) Neolit dövrü – e.ə. VI-e. ə. IV minillikləri əhatə edir
E) Eneolit dövründə - iri tayfa ittifaqları yaranmışdır
E. ə. XII minillikdən e. ə. VIII minilliyə qədər davam etmişdir?
A) Orta Daş dövrü
B) Üst Paleolit dövrü
C) Alt Paleolit dövrü
D) Erkən Tunc dövrü
E) Üst Paleolit dövrü
E. ə. III minilliyin sonunda Kuti və Lullubi dövlət qurumları.
A) Süquta uğrayaraq xırda vilayətlərə parçalandılar
B) Hammurapi tərəfindən məhv edildilər
C) Süquta uğrayaraq əmirliklərə parçalandılar
D) Vahid dövlətdə birləşdilər
E) Ön Asiyanın bütün ticarət yollarını ələ keçirdilər
Ulu icmanı qəbilə icması əvəz etdi
A) Eneolitdə
B) Üst Paleolitdə
C) Neolitdə
D) Mezolitdə
E) Orta Paleolitdə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top