Tapılan ümumi test sayı : 10

Cümlədə mübtəda vəzifəsində işlənən say hansı nitq hissəsinin xüsusiyyətlərini daşıyır?
A) İsmin
B) Sayın
C) Sifətin
D) əvəzliyin
Biri sifət və sayın ortaq xüsusiyyəti kimi verilə bilməz:
A) Hər ikisi, cümlədə əsasən təyin olur
B) Hər ikisi isimləşə bilir
C) Hər ikisi ismə aid olur
D) Hər ikisi isimləşdikdə morfoloji cəhətdən isim sayılır
Hansı cümlədə say sifətin sualına da cavab verə bilər?
A) Birinci çıxış hamıda maraq oyatdı
B) İnsana sözü bir dəfə deyərlər
C) Yüzlərlə tamaşaçı onu alqışladı
D) İlk dərs günü birincilərin həyəcanı hədsiz idi
Sayla sifətin ortaq əlamətləri kimi göstərilənlərdən biri yanlışdır:
A) Hər iki nitq hissəsi cümlədə ən çox təyin olur
B) Say da, sifət də isimləşir
C) Hər iki nitq hissəsinin quruluşca düzəltmə növü isim və feldən əmələ gəlir
D) Hər iki nitq hissəsi isimlə bağlı olur və isimdən əvvəl işlənir
Hansı cümlədə say sifətə aiddir?
A) Son dövrlərdə çox yaxşılaşmısan
B) Minlərlə uşaq aclıqdan əziyyət çəkir
C) Mən ona çox yaxşılıqlar etmişəm
D) Yüzlərcə xəstə onun müalicəsindən sonra sağalıb
“Müəllim bunu bizə xeyli demişdi” cümləsində xeyli zərfdir, yoxsa say?
A) isimləşmiş saydır
B) zərfləşmiş saydır
C) saydır
D) zərfdir
E) həm say, zərfdir
Hansı cümlədə say isimləşmışdir?
A) Birinciləri səhnəyə çağırdılar
B) O, doqquzuncu sinifdə oxuyur
C) azlıq çoxluğa tabedir
D) Meydana yüzlərlə adam toplaşmışdı
E) Beşinci mərtəbəni təmir edirlər
Aşağıdakılardan hansının yazılışında səhvlik var?
A) 200 min
B) 110-cu
C) Yüz on bir
D) Onlarla
E) LX-cı
Say isimləşdikdə hansı nitq hissəsinin sualına cavab verir?
A) Təyinin sualına
B) Əvəzliyin sualına
C) İsmin sualına
D) Felin sualına
E) Zərfin sualına
Say nəyə deyilir
A) Əşyanın əlamətini bildirən nitq hissəsinə say deyilir
B) Əşyanın adını bildirən nitq hissəsinə say deyilir
C) Say feldən ibarətdir
D) Əşyanın sırasını və miqdarini bildirən nitq hissəsinə say deyilir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top