Tapılan ümumi test sayı : 14

Şəxs əvəzlikləri olan sıranı təyin edin.
A) kimsə,elə,həmin,bu
B) o,hamı,onlar,siz
C) biz,onlar,sən,mən
D) hər kəs,sən,o,biz
E) mən,bu,həmin,elə
O, bu əvəzliklərindən sonra nə zaman vergül qoyulur nə zaman vergül qoyulmur?
A) şəxs əvəzliyi və işarə əvəzliyinin qaydası belədir
B) məgər o bu əvəzliklərindən sonra vergül qoyulmursa demək ondan əvvəl zərf işlənilib qoyulursa demək zərf istifadə olunmur
C) elə bir şərt yoxdur
D) şəxs əvəzliyi olanda qoyulur işarə əvəzliyi olanda qoyulmur
E) heç biri doğru deyil
Əvəzlik nəyə deyilir?
A) Əsas nitq hissələrini əvəz edir
B) Əşyanın adını bildirir
C) Köməkçi nitq hissələrini əvəz edir
D) Hərəkətin tərzini bildirir
E) Əşyanın kəmiyyətini bildirir
Hansı nitq hissəsi deyil?
A) qoşma
B) isim
C) ədat
D) leksika
E) sifət
Aşağıdakılardan hansı cümlədə başqa nitq hissələrini əvəz edir?
A) sifət
B) əvəzlik
C) say
D) isim
E) fel
Hansı əvəzlikdir?
A) Səbirə
B) Mərziyyə
C) Günay
D) Hökümə
E) bu
Mürəkkəb qeyri-müəyyən əvəzliyi göstərin:
A) həmin
B) eləsi
C) filankəs
D) hami
E) kimsə
Hansı cümlədə zərf işlənib?
A) Biri onlara qonaq getdi.
B) O,maraqlı bir kitab aldı.
C) Kimsə bizə gəldi.
D) Biz qəribə canlı gördük.
E) Mən evə piyada getdim.
Feli əvəz edən əvəzliklər hansıdır?
A) şəxs əvəzlikləri
B) feli əvəz etmir
C) sual əvəzliyi
D) təyini əvəzliklər
E) işarə əvəzlikləri
Qeyri-müəyyən əvəzliklər hansı nitq hissəsini əvəz edir?
A) fel
B) hamısı
C) heç biri
D) say
E) isim
Sual əvəzlikləri hansı nitq hissələrinin yerində işlənir?
A) sifətin və zərfin
B) ismin və sifətin
C) felin və zərfin
D) bütün əsas nitq hissələrinin
E) sayın və zərfin
Əvəzliyin məna növləri hansıdır
A) Leksika, qrammatika, antonim
B) Çoxaltma, azaltma, adi
C) Sadə, düzəltmə, mürəkkəb
D) Morfologiya, miqdar, qeyri müəyyən əvəzlik
E) Şəxs əvəzliyi, işarə əvəzliyi, sual əvəzliyi
Quruluşca yalnız sadə olur:
A) Sual əvəzlikləri
B) Şəxs əvəzlikləri
C) Qeyri-müəyyən əvəzliklər
D) İnkar əvəzlikləri
İşarə əvəzlikləri olan sıranı təyin edin.
A) mən, biz, o
B) o, bu, elə
C) elə, siz, kimsə
D) hər həs, biz, mən
E) hamı, onlar, siz
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top