Tapılan ümumi test sayı : 30

S.Ə.Şirvani öz əsərlərini daha çox hansı qəzetdə dərc etdirib?
A) "İrşad", "Əxtər"
B) "Kavkaz", "Kaspi"
C) "Əkinçi", "Ziya"
D) "Şərqi-Rus", "Kavkaz"
E) "Kəşkül", "Həqiqət"
M.Hüseynin sadalanan əsərlərindən biri faciə janrında yazılmışdır:
A) "Qara daşlar"
B) "Abşeron"
C) "Tərlan"
D) "Cavanşir"
E) "Yeraltı çaylar dənizə axır"
"Kitabi-Dədə Qorqud" əsəri ilə bağlı fikirlərdən hansı səhvdir?
A) Boyların finalı bir-biri ilə eynidir, ozanın tərifi və xeyir-duası ilə tamamlanır.
B) Təpəgöz və Dəli Domrulla bağlı hadisələr əfsanəvi,qalan boylar isə tarixi səciyyə daşıyır.
C) Bütün əhvalatlar Salur Qazanın adı ilə əlaqələndirilir
D) On iki boyun hər birinin öz mövzusu, surətlər aləmi, süjet xətti var.
E) Boylarda əksini tapan hadisələr oğuzların dastana çevrilmiş tarixidir.
M.F.Axunzadənin maarifçi ideyalarını əks etdirən ən məşhur dram əsəri:
A) "Hekayəti-vəziri-xani Lənkəran"
B) "Hekayəti-Molla İbrahimxəlil kimyagər"
C) "Mürafiə vəkillərinin hekayəti"
D) "Hekayəti-müsyö Jordab və dərviş Məstəli şah"
E) "Hekayəti-xırs quldurbasan"
Y.V.Çəmənzəminlinin "Qan içində" romanından götürülmüş
"... , bizi hara aparırlar?
Oğlu sərzənişli bir səslə:
-Ağa, -dedi, -bir çoxlarını sən bu yolla həmin yerə aparırlar"
parçasındakı üç nöqtənin yerində kimin adı yazılmalıdır?
A) Vidadi
B) Səfər
C) İbrahim xan
D) Vaqif
E) Qasım ağa
C.Məmmədquluzadənin "Anamın kitabı" pyesində qaldırılan məsələlər son nəticədə hansı obraz üzərində mərkəzləşir?
A) Rüstəm bəy
B) Zəhrabəyim ana
C) Səməd Vahid
D) Mirzə Məhəmmədəli
E) Gülbahar
Hansı janrda yazılmış əsərlər məzmuna görə minacat, nət, mədhiyyə, fəxriyyə kimi növlərə bölünür?
A) qəsidə
B) tuyuğ
C) müxəmməs
D) qitə
E) poema
M.Füzulinin aşağıdakı beytində işlənmiş məcazın növlərini göstərin:
"Məni candan usandırdı, cəfadan yar usanmazmı?!
Fələklər yandı ahımdan, Muradın Şəmi yanmazmı?!"
1. təkrir          2. litota            3. bədii sual
4. təşbeh       5. mübaliğə







 
A) 2, 3
B) 3, 4
C) 2, 4
D) 3, 5
E) 1, 4
Nizaminin "Xosrov və Şirin" poemasında
"Ustamız bilirdi hər bir peşəni,
Mənə qələm verdi, ona tişəni" misraları ilə Şapur kimi nişan verir?
A) Xosrovu
B) Şirini
C) Şiruyəni
D) Büzürgümidi
E) Fərhadı
Hansı sənətkar yaradıcılığında əruzla yanaşı, heca vəznindən də istifadə etmişdir:
A) Xətai
B) M.Füzuli
C) İ.Həsənoğlu
D) İ.Nəsimi
E) S.Ə.Şirvani
Verilmiş sözlərdən neçəsi çoxmənalıdır?
almaq, qaş, səyyah, göz, qar, şer, sahil
A) üç
B) altı
C) iki
D) dörd
E) beş
"Toplantı iştirakçıları tədbirlərin sonunda el ağsaqqalı Əli kişinin təkliflərini dinlədilər" cümləsində yiyəlik halda olan neçə isim işlənmişdir?
A) 5
B) 2
C) 4
D) 3
E) 1
Yalnız sinonimlərdən ibarət cərgəni göstərin:
A) səmərəli, səliqəli, ləzzətli
B) od, günəş, tüstü
C) adam, insan, xalq
D) ata, ana, bacı
E) böyük, yekə, nəhəng
"Şagirdlərin imtahan  göstəriciləri sevindiricidir" cümləsində hansı cümlə üzvləri işlənmişdir?
A) təyin, tamamlıq, xəbər
B) mübtəda, xəbər
C) zərflik, tamamlıq, xəbər
D) təyin, mübtəda, xəbər
E) mübtəda, zərflik, xəbər
"Nənə" sözünü hallandırdıqda hansı halda yazılışı ilə deyilişi fərqlənir?
A) təsirlik
B) yönlük
C) yiyəlik
D) çıxışlıq
E) yerlik
"Hamımızın məqsədi odur ki, respublikamızda əmin-amanlıq olsun" tabeli mürəkkəb cümləsindəki budaq cümlənin növünü göstərin:
A) xəbər budaq cümləsi
B) mübtəda budaq cümləsi
C) zaman budaq cümləsi
D) tamamlıq budaq cümləsi
E) təyin budaq cümləsi
Sadalanan türk dillərindən yalnız biri Azərbaycan dilinin də daxil olduğu  oğuz qrupuna aiddir:
A) tatar
B) qazax
C) qırğız
D) türkmən
E) özbək
Hansı sözün yazılışı səhvdir?
A) birbaşa
B) bir-bir
C) birdən-birə
D) birəbeş
E) birdəfəlik
"Dörd aydır oğlunu görməyən ana ondan məktub aldığı üçün sevinirdi" cümləsində zərfliyin hansı məna növü işlənmişdir?
A) səbəb
B) kəmiyyət
C) zaman
D) məqsəd
E) təzri-hərəkət
Hansı cümlədə feli sifət tamamlıq yerində işlənmişdir?
A) Baxdığın kitablar çox maraqlıdır.
B) Yarışda yer tutanlar çox sevinirdilər.
C) İşləyəni qiymətləndirmək lazımdır.
D) Görüləcək işi sabaha qoyma.
E) Müsabiqədə qalib çıxan şagirdlər mükafatlandırıldı.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top