Tapılan ümumi test sayı : 30

Üz əzələlərinin mənalı hərəkətləri hansı terminlə ifadə olunur?
A) ritorika
B) mimika
C) jest
D) nitq
E) etiket
Tabe tərəfi əvəzliklə ifadə olunmuş I növ təyini söz birləşməsini göstərin:
A) şirin alma
B) təzə məktəb
C) həmin adam
D) yetişməmiş meyvə
E) çalışqan uşaqlar
Ümumi şəxsli cümləni göstərin:
A) Xəzər dənizində suitiyə az təsadüf olunur.
B) Onu mərkəzə çağırdılar.
C) Ev sahibi qonağı layiqincə qarşıladı.
D) İşləməyənə tənbəl deyərlər.
E) Səni aşağıda gözləyirlər.
Yalnız düzəltmə sözlərdən ibarət olan sıranı göstərin:
A) əkinçi, evdar, təmizlik, gözəlləşmək
B) oxucu, məktəbli, səkkiz, meşəbəyi
C) meşələr, düzənlik, dəliqanlı, güldan
D) qiraətxana, duzlu, meydan, çalışmaq
E) veriliş, on birinci, elmli, qonşudan
Biri mürəkkəb söz deyil:
A) addımbaşı
B) xəmiraşı
C) ayaqyalın
D) qaragilə
E) ədəbiyyatşünas
Hansı sözlərdə vurğu birinci hecaya düşür?
1. Həyat            2.Yenə          3. Amma
4. Əlbəttə          5. Bayaq
A) 2, 3, 4
B) 1, 3, 5
C) 1, 4, 5
D) 2, 3, 5
E) 1, 2, 4
Fellərdən biri vacib şəklinin rəvayətində işlənib:
A) Gələsi imiş.
B) Gələcək imiş.
C) Gəlsə imiş.
D) Gəlməli idi.
E) Gəlməli imiş.
Qeyri-müəyyən miqdar saylarından ibarət cərgəni göstərin:
A) xeyli, yeddinci, yüzlərcə
B) beşinci, onlarla, üçdə bir
C) bir neçə, çox, xeyli
D) çoxlu, səkkiz, az
E) dörddə üç, bir tam onda beş, ikidə bir
"Elə" sözü hansı cümlədə ədatdır?
A) Onu, elə bil, yuxudan oyatdılar.
B) Elə içəri girmişdi ki, bayırdan güclü şaqqıltı səsi gəldi.
C) Hey deyirəm ki, elə olmaz, eşitmək istəmir.
D) Müəllim elə uşaqları həmişə fərqləndirirdi.
E) Eləsi, gərək, geri qayıdaydı.
"Boran çöldə ac qurd kimi ulayır, soyuq qılınc kimi kəsir, qar şiddətlə yağırdı" tabesiz mürəkkəb cümləsinin tərkib hissələri arasında hansı məna əlaqəsi vardır?
A) aydınlaşdırma
B) qarşılaşdırma
C) zaman
D) ardıcıllıq
E) səbəb
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top