Tapılan ümumi test sayı : 18
1)
Bu beyt aşağıdakı şairlərdən birinin "Ruhum" adlı şerindəndir:
Mən gedərsəm, var olsun amalım!
Yaşasın şəhriyari-hürriyyət!
Xəta bildir
A)
A.Səhhət
B)
M.Ə.Sabir
C)
M.Hadi
D)
Ə.Qəmküsar
E)
S.Mənsur
2)
Yığışdırdılar sözünün morfoloji təhlilindəki səhvi göstərin:
Xəta bildir
A)
Düzəltmə feldir.
B)
Xəbər şəklinin hekayəsindədir:
C)
Təsirsiz feldir.
D)
Qarşılıq-birgəlik növdədir.
E)
Şühudi keçmiş zamandadır.
3)
I növ təyini söz birləşmələrindən ibarət cərgəni göstərin:
Xəta bildir
A)
Qoç qoruğu, Maral bulağı, şehli çəmən
B)
duzlu xörək, romantik şair, gözəl gün
C)
bulağın gözü, Gəlin qayası, dost ölkə
D)
dərin məna, "Anamın kitabı", Koroğlu qalası
E)
sarı köynək, əl ağacı, altı qardaş
A)
başla, yazıldı, ağarır
B)
gəlmək, getmək
C)
gəl, get, işlə
D)
deyir-gülür, çaşıb qalır
E)
oxuyur, yazacaq, yatdı
5)
"O, anasını sonsuz bir məhəbbətlə sevən oğuldur" cümləsində təyin nə ilə ifadə olunmuşdur?
Xəta bildir
A)
sifətlə
B)
feli sifətlə
C)
isimlə
D)
feli sifət tərkibi ilə
E)
feli bağlama ilə
6)
"Nə kapitan dillənir, nə də Ülvi düşüncələrini dağıtmaq istəyirdi" cümləsində tabesizlik bağlayıcılarının hansı növü işlənmişdir?
Xəta bildir
A)
aydınlaşdırma
B)
inkar
C)
qarşılaşdırma
D)
birləşdirmə
E)
bölüşdürmə
7)
Verilən fikirlərdən hansıları düzgün hesab etmək olmaz?
1. Hər bir elmin özünəməxsus terminləri var.
2. Sözün poetik funksiyası ən çox bədii üslubda özünü göstərir.
3. Bədii üslub elmi təfəkkürün ifadəsi kimi ortaya çıxır.
4. Bədii üslubda dialekt və ləhcə xüsusiyyətlərindən istifadə yolverilməzdir.
5. Üslublar dilin fonetik, leksik və qrammatik normalarına tabedir.
Xəta bildir
A)
3, 4, 5
B)
2, 3, 4
C)
1, 3, 5
D)
3, 4
E)
2, 3
8)
Hansı cümlə intonasiyası əsasında yaranmış xəbər budaq cümləli tabeli mürəkkəb cümlədir?
Xəta bildir
A)
Nə qədər bacarırsan, qabağa get.
B)
Adam var başına səpəsən güllər,
Adam var gözünə səpəsən millər.
C)
Nə qədər Cahandar ağa sağdır, o, kənddə əl-qol aça bilməyəcəkdir.
D)
Yaxşısı budur, gəlin görüləcək işlərimizi müəyyənləşdirək.
E)
Kimdir, buyursun.
9)
Sayların yazılışca düzgün olanını göstərin:
Xəta bildir
A)
7-nci
B)
27-inci
C)
İgirmi üç
D)
22-ci
E)
XIX-cu
10)
"Bir damcı dərman içsən, yaxşı olarsan" cümləsində "damcı" sözü sayla isim arasında gəlmişdir. Belə sözlər necə adlanır?
Xəta bildir
A)
bağlayıcı
B)
qoşma
C)
sifət
D)
say
E)
numerativ söz
11)
Hansı cümlədə məcazi mənada işlənmiş söz vardır?
Xəta bildir
A)
O, şirin çörəyi xoşlayır.
B)
Arif şirin çayı içib, həyətə düşdü.
C)
Arif bacısına soyuq su verdi.
D)
Onların arasında soyuq münasibət yaranmışdı.
E)
Hava çox soyuq idi.
12)
M.Şəhriyardan gətirilən aşağıdakı bənd hansı nitq formasındadır?
Heydərbaba, ildırımlar şaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkəyüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.
Xəta bildir
A)
xalq danışıq dili
B)
həm ədəbi dil, həm də xalq danışıq dili
C)
ədəbi dil
D)
həm dialekt, həm də xalq danışıq dili
E)
dialekt
13)
Dil haqqında verilən fikirlərdən biri yanlışdır:
Xəta bildir
A)
Dil ictimai hadisədir.
B)
Dil ünsiyyət vasitəsidir.
C)
Dil irqi və irsi cəhətlərlə bağlıdır.
D)
İnsanın dik yeriməyə başlaması səsli ünsiyyətin yaranmasında mühüm amil olmuşdur.
E)
Dil insana məxsusdur, heyvanlar ancaq münasibəti hiss edə bilər.
14)
Sözlərdən yalnız biri omonim kimi işlənə bilər:
Xəta bildir
A)
mətn
B)
nəticə
C)
yekun
D)
elm
E)
dəftər
16)
Qrammatik şəkilçilərin cərgəsini göstərin:
Xəta bildir
A)
-ış4 , -ıl4
B)
-lıq4 , -dar
C)
-ıq4 , -qın4
D)
-sız, -kar
E)
-ımız4 , -lar2
17)
Poema sözünün fonetik təhlili ilə bağlı səhv hansı mərhələdədir?
Xəta bildir
A)
Sözdə 6 səs, 5 hərf vardır.
B)
Sözdə ahəng qanunu pozulmuşdur.
C)
[p] kar, [m] cingiltili samitdir.
D)
Vurğu üçüncü hecaya düşür.
E)
[a] qalın, açıq, dodaqlanmayan, [e] incə, açıq, dodaqlanmayan saitdir.
18)
Hansı cərgədəki sözlər toplu isimlərdir?
Xəta bildir
A)
camaat, alay
B)
dəniz, çay
C)
meşə, üzümlük
D)
şəhər, kənd
E)
əhali, respublika
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab