Tapılan ümumi test sayı : 16

Əsl Azərbaycan sözlərindən ibarət olan sinonimləri göstərin:
A) böyük-iri
B) dünya-aləm
C) dairə-çevrə
D) istedad-bacarıq
E) rütbə-çin
Biri işgüzar sənədlərə daxil deyil:
A) əmr
B) arayış
C) protokol
D) elan
E) tərcümeyi-hal
"Sağ tərəfdə bir qapı var idi. Deyəsən, qonşu otağa açılırdı" nümunəsindəki ara sözün bildirdiyi məna:
A) məlumatın mənbəyi
B) yəqinlik
C) təəssüf
D) güman və şübhə
E) nitqin hissələri arasında əlaqə
III növ təyini söz birləşməsi hansı sıradadır?
A) əli silahlı, beli kəmərli
B) idmançıların biri, onların arzusu
C) səpin yeri, alın yazısı
D) qol saatı, cib dəftərçəsi
E) asılı tərəf, bürkülü hava
Şərt budaq cümləli tabeli mürəkkəb cümlə baş cümləyə hansı vasitə ilə bağlanmışdır?
Əgər biz düşmənə vaxtında cavab versəydik, bu gün belə böyük bəlalarla üzləşməzdik.
A) "əgər" bağlayıcısı və -sa2 şəkilçisi ilə
B) ədatla
C) -sa2 şəkilçisi ilə
D) bağlayıcı sözlə
E) bağlayıcı ilə
"Quşun qanadı" və "təyyarənin qanadı" birləşmələrindəki "qanad" sözü aşağıdakılardan hansına aiddir?
A) çoxmənalı söz
B) təkmənalı söz
C) antonim
D) omonim
E) sinonim
Azərbaycan dili hansı xüsusiyyətinə görə iltisaqi dillərə daxildir?
A) Türk dilləri ilə qohumluğuna görə
B) Cümlədəki sözlərin sırasına görə
C) Morfoloji quruluşuna görə
D) Alınma sözlərin azlığına görə
E) Lüğət tərkibinin zənginliyinə görə
"Mənim əlim" söz birləşməsinin tərəflərinin qəbul etdiyi   -im şəkilçiləri bir-birindən nə ilə fərqlənir?
A) Hər iki tərəfdəki mənsubiyyət şəkilçisidir.
B) Hər iki tərəfdəki hal şəkilçisidir.
C) Birinci tərəfdəki hal, ikinci tərəfdəki mənsubiyyət şəkilçisidir.
D) Birinci tərəfdəki mənsubiyyət, ikinci tərəfdəki hal şəkilçisidir.
E) Heç nə ilə.
Yalnız təyini əvəzliklərdən ibarət cərgəni göstərin.
A) o, bütün, kim
B) sən, öz, heç kəs
C) hər, ora, heç kim
D) bütün, öz, hər
E) bütün, mən, bu
"Qonaqları şam süfrəsi arxasında əyləşməyə dəvət etdilər" cümləsindəki vasitəli tamamlıq nə ilə ifadə olunmuşdur?
A) feli sifət tərkibi ilə
B) məsdər tərkibi ilə
C) isimlə
D) II növ təyini söz birləşməsi ilə
E) məsdərlə
Ahəng qanunu hansı sözdə pozulmamışdır?
A) kitab
B) çinar
C) vəkil
D) Südabə
E) məna
"O" əvəzliyindən sonra hansı cümlədə vergül qoyula bilər?
A) O da bizim günümüzdədir.
B) O artıq düzəlir.
C) O gün gələcək.
D) O işləmir, oxuyur.
E) O işdən birbaşa evə gəlir.
"Xəstə" sözünün fonetik təhlilindəki səhvi göstərin.
A) Samitlərin üçü də kardır.
B) [ə] - incə, açıq, dodaqlanmayan saitdir.
C) Sözün hecaları: xəs-tə
D) Vurğu ikinci hecaya düşür.
E) 5 hərf, 5 səsdən ibarətdir.
Şerdə hansı misralarda ön şəkilçili söz vardır?
Bivəfanın, müxənnətin, nakəsin,
Doğru sözün, düz ilqarın görmədim.
Namərdin dünyada çox çəkdim bəhsin,
Namusun, qeyrətin, arın görmədim.
A) 1-ci, 3-cü
B) 1-ci, 2-ci
C) 2-ci, 4-cü
D) 2-ci, 3-cü
E) 3-cü, 4-cü
Hansı cümlədə qoşma işlənmişdir?
A) Heç vaxt onu tək buraxmazdıq.
B) Digər tərəfin də rəyini öyrənmək lazımdır.
C) Qarşı səkidə çoxlu adam dayanmışdı.
D) Nazir jurnalistlərə əlavə məlumat verdi.
E) Düşmənə qarşı mübarizədə birlik lazımdır.
Müraciət etiketlərini göstərin.
1. Xanım!                      2. Salam!                  3. Əlvida!
4. Mübarək!                  5. Var ol!                   6. Cənab!
A) 1, 6
B) 2, 3, 4
C) 1, 2, 5
D) 3, 4
E) 4, 5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top