Tapılan ümumi test sayı : 27

Epitet hansı nümunələrdədir?
I. Xəzərim! Firuzə gözlü Xəzərim!
II. Tuti dilli, sərv boylu Salatın.
III. Tərləyir Qafqazın qarlı dağları.
IV. Dodağın qönçədir, dişlərin inci.
V. Almadı yanağın, büllur buxağın.
A) II, IV
B) I, III
C) III, IV
D) IV, V
E) I, II
Mənbələrdə Nizami Gəncəvinin qardaşı kimi ehtimal olunan şair kimdir?
A) İzəddin Fələki Şirvani
B) Mücirəddin Beyləqani
C) Xətib Təbrizi
D) Qivami Mütərrizi
E) Əbül-üla Gəncəvi
N.Nərimanovun "Nadir şah" faciəsi haqqındakı fikirlərdən biri yanlışdır:
A) Yüksək ideyasına görə çar hökumətini qorxutmuş və 1905-ci ilə qədər onun tamaşaya qoyulmsına icazə verilməmişdi.
B) Əsərin qəhrəmanı Nadir şah dövlətin inkişafı üçün bir sıra islahatlar həyata keçirmək istəyir.
C) Azərbaycan dramaturgiyasında ilk tarixi faciədir.
D) Əsərdə Nadirin yalnız şahlıq dövrü fəaliyyəti təsvir olunur.
E) Əsərdə Nadir şahın faciəsi mütləq monarxiya idarə sistemində şahın faciəsi kimi göstərilir.
C.Cabbarlının hansı əsərlərinin mövzusu Türkiyə həyatından götürülmüşdür?
A) "1905-ci ildə", "Dönüş"
B) "Solğun çiçəklər", "Nəsrəddin şah"
C) "Aydın", "Od gəlini"
D) "Vəfalı Səriyyə", "Aslan və Fərhad"
E) "Ulduz", "Ədirnə fəthi"
Bu janrlardan biri heca janrında yazılmır:
A) layla
B) tuyuq
C) gəraylı
D) holavar
E) qoşma
XIX əsrin I yarısında bunlardan hansılar olmuşdur?
1. "Aldanmış kəvakib" povesti yazılmışdır.
2. M.F.Axundzadə anadan olmuşdur.
3. "Əkinçi" qəzeti nəşrə buraxılmışdır.
4. Poeziyamızda tənqidi satirik cərəyanın əsası qoyulmuşdur.
5. Azərbaycan milli teatrının  bünövrəsi qoyulmuşdur.
6. "Divani-hikmət" ədəbi məclisi Tiflisdə fəaliyyətə başlamışdır.
A) 1, 3, 5
B) 1, 4, 6
C) 2, 4, 6
D) 1, 2, 3
E) 2, 4, 5
N.Vəzirov "Pəhləvani-zəmanə" əsəri ilə ədəbiyyatımıza hansı yeniliyi gətirmişdir?
A) Tipik Azərbaycan maarifçi obrazının yaradılması
B) bakı neftinin dünya bazarlarına çıxarılmasının təsviri
C) Dramaturgiyamızda burjua mühitinin təsvir və tənqidi
D) Ədəbiyyatımıza zəhmətkeş kəndli obrazının gətiriməsi
E) Azərbaycan bəylərinin varlanmaq ehtirasının tənqidi
"Kitabi-Dədə Qorqud" dastanında oğuz igidlərini birləşdirən əsas cəhət:
A) rəhmdillik
B) yüksək səmimiyyət, səxavət
C) əməyə bağlılıq
D) vətən, yurd sevgisi
E) düşmənə heç vaxt aman verilməməsi
"İşıqlı" sözünün fonetik təhlili ilə bağlı düzgün fikirləri seçin:
1. yazılışı ilə deyilişi fərqlənmir
2. iki kar, bir cingiltili samit işlənib
3. vurğusu ikinci hecaya düşür
4. ahəng qanunu pozulmuşdur
5. sözdə yalnız qapalı saitlər işlənib
6. sözdəki [ş] kar, [q] və [l] cingiltili samitlərdir
A) 1, 2, 6
B) 2, 4, 5
C) 2, 4, 6
D) 1, 3, 4
E) 1, 3, 5
Bu sözlərdən biri xüsusi isim kimi də işlədilə bilər:
A) qoçaq
B) bıçaq
C) çiçək
D) yataq
E) yarpaq
Hansı bənddəki sözlər flektiv dil tipinə aiddir?
A) qaç, qaçaq, qaçqın
B) dil, dilçi, dilli
C) hökm, hakim, məhkəmə
D) yaz, yazı, yazıçı
E) böyük, böyüdücü, böyüklük
Hansı cümlədə tərzi-hərəkət zərfliyi var?
A) O, əsəblərini sakitləşdirmək üçün gəzindi.
B) Muğan düzündəki kiçik bir kəndə çatdıq.
C) Əvvəlcə bu şəkilləri evimizdə divardan asırdım.
D) Pis günlər bir gecənin yuxusu kimi unuduldu.
E) Qərargahda üç gənc əsgər xidmət edirdi.
"Söykənmək" felinin aşağıdakı formalarından hansının yazılışı düzgün tələffüzdən fərqlənir?
A) söyləmişdim
B) söylədim
C) söyləyəcəyəm
D) söylərəm
E) söyləmişəm
Yalnız açıq saitlərdən ibarət sözlər cərgəsini göstərin:
A) boran, dərə, hünər
B) ildırım, Füzuli, dirrik
C) polad, ağac, dadlı
D) çiçək, dəmir, külək
E) kölgə, ovlaq, meşə
Tərkibində vasitəsiz nitq olan aşağıdakı cümlə hansı sxemə uyğun gəlir?
Qapıdan çıxanda qoca kədərli bir səslə Dədə-babalarımızın öz qanunları vardı dedi (Durğu işarələri buraxılmışdır).
A) M: "V!" - m
B) "V", - m
C) "V, -, -v"
D) M: "V", - m
E) M: "V!"
Nitq mədəniyyətinin hamı üçün məcburi olan əsas şərti:
A) nitqin dəqiqliyi
B) nitqin ifadəliliyi
C) nitqin elmiliyi
D) nitqn sərbəstliyi
E) nitqin düzgünlüyü
Hansı cümlədə ədat işlədilib?
A) Məsləhətdir ki, onu görəsən.
B) Həyətdəki səliqə-sahman diqqəti cəlb edirdi.
C) Uzaqdan qırmızı kirəmitli evlər görünür.
D) Təzə nə xəbər var, Mirzə?
E) Onlar məsələdən xəbərdar deyillərki?..
Tabesiz mürəkkəb cümlələr hansılardır?
1. Atam vaxtında gəlib çatdı, ancaq lazım olan şeyləri gətirmədi.
2. Uşaq lap az gecikmişdi, ancaq qapıçı onu içəri buraxmadı.
3. Nəriman vaxtında gəlmişdi, ancaq sənətləri unutmuşdu.
4. Bu sözləri nə sən demisən, nə mən eşitmişəm.
5. Nə demişdinizsə, hamısını onlara çatdırdıq.
6. Uşaq büdrəyib yıxıdı, ancaq tez də ayağa qalxdı.
A) 1, 5
B) 2, 5
C) 4, 6
D) 2, 4
E) 1, 3
Mühüm huquqi məzmuna malik olub, eyni zamanda tarixi əhəmiyyət daşıyır:
A) rəsmi sənədlərin dili
B) elmi əsərlərin dili
C) bədii əsərlərin dili
D) publisistik əsərlərin dili
E) işgüzar sənədlərin dili
Verilmiş misraların hansında "istək" sözünün sinonimi işlənmişdir?
1) Bu məktubun hər sətrində
2) Ürək çırpınır.
3) Böyük arzu, böyük əməl
4) Dilək çırpınır.
A) 2, 3
B) 2, 3, 4
C) 1, 2
D) 3, 4
E) hamısında
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top