Tapılan ümumi test sayı : 27

Hansı cərgə yalnız terminlərdən ibarətdir?
A) lampa, becid, yelpənək, əriştə
B) saat, lüğət, zərf, sənət
C) karikatura, portret, akvarel, not
D) məhrəba, mişar, süita, neft
E) dəniz, ixtisas, həyat, namərd
Bir cür yazılan şəkilçini göstərin:
A) -ın
B) -daş
C) ımız
D) -ıl
E) -lar
Birinci növ təyini söz birləşmələrinin asılı tərəfi aşağıdakılardan hansı ilə ifadə oluna bilmir.
A) feli sifət
B) isim
C) feli bağlama
D) say
E) əvəzlik
"Lövhə tərtəmiz silinmişdi" cümləsində altından xətt çəkilmiş sözün morfoloji təhlilində səhv haradadır?
A) nəqli keçmiş zamanın hekayəsindədir
B) təsirsiz feldir
C) məchul növdədir
D) düzəltmə feldir, təsdiqdədir
E) -di şəxs şəkilçisidir
Say hansı nitq hissəsini izah edir?
A) zərfliyi
B) sifəti
C) feli
D) əvəzliyi
E) ismi
"-ası2" şəkilçisi aşağıdakılardan hansıların yaranmasında iştirak edir?
A) Felin lazım və şərt şəkilləri
B) Felin vacib şəkli və feli sifət
C) Feli sifət və feli bağlama
D) Felin lazım şəkli və feli sifət
E) Felin lazım şəkli və feli bağlama
"Yay isti keçdiyindən anam təkid edirdi ki, biz də yaylağa gedək" tabeli mürəkkəb cümləsinin növünü müəyyən edin:
A) tamamlıq budaq cümləli
B) zaman budaq cümləli
C) səbəb budaq cümləli
D) məqsəd budaq cümləli
E) təyin budaq cümləli
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top