Tapılan ümumi test sayı : 20

Epik əsər yazmış sənəkarları göstərin:
I. Qazi Bürhanəddin
II. Arif Ərdəbili
III. İmadəddin Nəsimi
IV. Şah İsmayıl Xətai
A) I, III
B) III,  IV
C) II, IV
D) I, II
E) II, III
M.P.Vaqif və Q.Zakir yaradıcılığı üçün ortaq cəhətlər:
1. Həm lirik, həm də epik əsərlərin yazılması.
2. İctimai motivli satirik şerlərin yazılması.
3. Həm əruz, həm də heca vəznində satirik şerlərin yazılması.
4. Məhəbbətin və real gözəlliyin tərənnümü.
5. Həm nəzmlə, həm də nəsrlə  əsərlərin yazılması.
A) 2, 4, 5
B) 1, 3
C) 4, 5
D) 3, 4
E) 1, 2, 4
"Kitabi-Dədə Qorqud" dastanından götürülmüş aşağıdakı parçada hansı obrazdan bəhs olunur?
"Oğuzun ol kişi tamam bilicisiydi. Nə dersə olardı, qayibdən dürlü xəbər söylərdi ... oğuz qövmünün müşkülünü həll edərdi. Hər nə iş olsa ... danışmayınca işləməzlərdi. Hər nə ki buyursa, qəbul edərlərdi. Sözün tutub tamam edərlərdi."
A) Beyrək
B) Dədə Qorqud
C) Bayandır xan
D) Dirsə xan
E) Qazan xan
"Füyuzat" jurnalının redaktoru:
A) Əhməd bəy Ağaoğlu
B) Həsən bəy Zərdabi
C) Məhəmməd Hadi
D) Ömər Faiq Nemanzadə
E) Əli bəy Hüseynzadə
Məsnəvi formasında yazılmış bu əsərin mərkəzində Tülkü surəti dayanır:
A) B.Şirvani. "Töhfətül-əhbab"
B) M.Füzuli. "Söhbətül-əsmar"
C) A.Bakıxanov. "Mişkatül-ənvar"
D) M.B.Xalxali. "Sələbiyyə"
E) S.Ə.Şirvani. "Aslan və iki öküz"
"Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartılıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana ceyran?" -   misralarında hansı bədii təsvir vasitəsindən istifadə edilmişdir?
A) təşbeh
B) mübaliğə
C) metafora
D) epitet
E) metonimiya
"Səmirə bəziləri kimi qorxaq deyil" cümləsində əvəzliyin hansı növü işlənmişdir?
A) qeyri-müəyyən
B) şəxs
C) təyini
D) qayıdış
E) işarə
Sözün poetik funksiyası ən çox hansı üslubda özünü göstərir?
A) publisistik
B) rəsmi-işgüzar
C) bədii
D) elmi
E) məişət
"Yandırılacaq" sözünün çorfoloji təhlilində  buraxılmış səhvi göstərin:
A) -ıl   məchul növ şəkilçisidir.
B) -acaq  qəti gəəcək zaman şəkilçisidir.
C) Yan   feli sözün köküdür.
D) Düzəltmə feldir, nə edəcəkdir? sualına cavab verir.
E) -dır  icbar növün şəkilçisidir.
Göstərilən xüsusiyyətlərdən biri feli bağlamaya aid edilə bilməz:
A) Zamana görə dəyişir?
B) Məchul, qayıdış, icbar və sair növlərdə işlənir.
C) Təsdiq və inkarda olur.
D) Ətrafına söz toplaya bilir.
E) Təsirli və təsirsiz olur.
"Bu da bir həqiqətdir ki, Azərbaycanın minillik tarixi üzrə ilk araşdırmalar əsas etibarilə əsrimizin ortalarından aparılmağa başlanmışdır" tabeli mürəkkəb cümlədə hansı sintaktik vəzifəni daşıyır?
A) xəbər
B) mübtəda
C) zaman zərfliyi
D) təyin
E) tamamlıq
"Ömrün uzun olsun!", "Canın sağ olsun!", "Bəxtin ağ olsun!"nümunələri nitq etiketlərinin hansı növünə aiddir?
A) ayrılma
B) alqış
C) müraciət
D) görüşmə
E) təbrik
Mürəkkəb sözü göstərin:
A) ağ daş
B) boşqab
C) dərs oxumaq
D) Gəncə şəhəri
E) günə baxan
"O" əəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı vəziyyətdə doğru deyil?
A) O, 19-cu dəstənin fəxridir.
B) O, sirri yenə də gizli saxladı.
C) O, məğrur bir vəziyyət aldı.
D) O, səyahətdən yorulmayıb.
E) O, oxumalı idi.
"Bizcə bu işdə çətinlik olmayacaq" cümləsindəki ara sözün bildirdiyi məna:
A) yəqinlik
B) güman və şübhə
C) təəssüf
D) məlumatın mənbəyi
E) nitqin hissələri arsında əlaqə
"Doğru" sözünün qoşma vəzifəsində işləndiyi cümləni göstərin:
A) Doğru söz acı olar, nəticəsi şirin.
B) Uşaq anasına doğru can atırdı.
C) Doğru büdrəyər, amma yıxılmaz.
D) Könül, doğru yoldan gəl olma kənar.
E) Doğruya zaval yoxdur, çəksələr min divana.
Tabe tərəfi düzəltmə sifət olan I növ təyini söz birləşməsini göstərin:
A) həmin tapşırıq
B) şirindil uşaq
C) Təcrübəli bağban
D) ipək köynək
E) çoxlu məsələ
Hansı sözdə ahəng qanunu pozulmuşdur?
A) ovçuluq
B) idarə
C) gətirdilər
D) məktəblilər
E) hərəkətsizlik
Hansı fikir səhvdir?
A) Fonetika, leksikologiya, qrammatika dilçiliyin şöbələridir.
B) Lüğətçilik dilçiliyin təcrübi sahələrindən biridir.
C) Dilçiliyin dialekt və şivələri öyrənən sahəsi etimologiya adlanır.
D) Türklərin ilk ən böyük dilçisi XI əsr alimi M.Kaşğaridir.
E) Dilçilik elmi ictimai hadisə olan dili tədqiq edir.
"Sağ tərəfdə bir qapı var idi. Deyəsən, qonşu otağa açılırdı" nümunəsindəki ara sözün bildirdiyi məna:
A) güman və şübhə
B) təəssüf
C) yəqinlik
D) nitqin hissələri arasında əlaqə
E) məlumatın mənbəyi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top