Tapılan ümumi test sayı : 20

Nizami Gəncəvinin "Xorov və Şirin" poemasında hansı obraz Xosrovu məzəmmət edir, ona öyüd-nəsihət verərək, şahlıq qürurundan əl çəkməyə çağırır?
A) Məhinbanu
B) Şapur
C) Fərhad
D) Hörmüz
E) Şirin
S.Ə.Nəbatinin aşağıdakı şerlərindən birində dünyəvi eşqlə sufi- panteist məhəbbətin tərənnümü qovuşur:
A) "Yaradıb"
B) "Gözlərin"
C) "Eşq camından içən kimsənə..."
D) "Gəlsin, gəlməsin?"
E) "Ey Sənəm"
"Hökmdar! Yerlərə, göylərə bir bax,
Buludlar qaralar matəm tutaraq". (S.Vurğun)
Nümunədə işlənmiş bədii təsvir vasitəsini göstərin:
A) simvol
B) epitet
C) metonimiya
D) metafora
E) təşbeh
Hansı sıra tamamilə romantizm ədəbi cərəyanının nümayəndələrindən ibarətdir?
A) M.Hadi, H.Cavid, A.Şaiq, M.Ə.Sabir
B) A.Səhhət, A.Aşiq, M.Möcüz, M.Ə.Sabir
C) M.Hadi, H.Cavid, A.Şaiq, A.Səhhət
D) M.Hadi, H.Cavid, C.Məmmədquluzadə, Ə.Qəmküsar
E) C.Məmmədquluzadə, M.Hadi, Ə.Haqverdiyev, H.Cavid
"Sizin sənədlərə baxılanda mən orada olmamışam" cümləsindəki altından xətt çəkilmiş sözün morfoloji təhlilində yol verilmiş səhvi göstərin:
A) təsirsizdir
B) məchul növdədir
C) təsdiqdədir
D) feli bağlamadır
E) quruluşca düzəltmədir
İdi hissəciyi felin hansı şəkillərinə artırıla bilmir?
A) lazım, arzu
B) vacib, arzu
C) lazım, şərt
D) lazım, nəqli keçmiş
E) əmr, şühudi keçmiş zaman
Vasitəsiz nitqli cümləyə hansı sxem uyğundur?
İlqar: "Mən bu gün bir qədər gec gələcəyəm", - deyə xəbər göndərmişdi.
A) M: "V".
B) "V", - m
C) "V, -m, - v"
D) M: "V", -m.
E) M: "V"!
Hansı cümlədə qoşma işlənməmişdir?
A) Çörəkdən sonra ayağa qalxdılar.
B) Həsən hər imtahandan sonra onun yanına gəlirdi.
C) Ay görünəndən sonra ulduzlar solğunlaşıb, titrəşdi.
D) Bir az bundan əvvəl baş verən döyüş yenidən xəyalında canlandı.
E) Əvvəlcə onun çatma qaşları, sonra kimi isə xatırladan tanış səsi müəllimi diksindirdi.
"İsti" sözünün fonetik təhlili iə bağlı səhv cavabı göstərin:
A) İki incə, qapalı, dodaqlanmayan sait vardır.
B) Sözdə incə saitlərin ahəngi gözlənilmişdir.
C) Yazılışı ilə deyilişi fərqlənir.
D) İkihecalıdır, vurğu son hecaya düşür.
E) İki kar samit işlənmişdir.
İsimlərdən sifət düzəldən -i (-vi) şəkilçisi hansı sözün fonetik tərkibinə təsir göstərmir?
A) dünya
B) kimya
C) xalq
D) inqilab
E) məna
Bunlardan biri funksional üslublara daxil edilə bilməz:
A) elmi üslub
B) publisistik üslub
C) fərdi üslub
D) məişət üslubu
E) bədii üslub
Yazıda tabeli mürəkkəb cümlələrin tərkib hissələrini bir-birindən ayıran durğu işarəsi:
A) nöqtəli vergül
B) tire
C) nida işarəsi
D) vergül
E) dırnaq
Aşağıdakılardan biri xəbərin ifadə vasitəsi kimi səhv göstərilmişdir:
A) məsdər tərkibləri
B) feli bağlama tərkibləri
C) ismi birləşmələr
D) felin təsriflənən formaları
E) şəxs əvəzlikləri
"Camaat meydana tərəf tələsirdilər" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) orfoepik
B) leksik
C) orfoqrafik və qrammatik
D) qrammatik
E) orfoqrafik
Hansı sırada çoxmənalı söz işlənmişdir?
A) Kür çayı-şirin çay
B) uşağın üzü-suyun üzü
C) Mil düzü-sözün düzü
D) yaş ağac-uşağın yaşı
E) ayın işığı-may ayı
Təkmənalı sözü göstərin:
A) qol
B) ağız
C) burun
D) ayaq
E) ürək
"Elə ki kəndə gəldi, xasiyyəti tamamilə dəyişdi" tabeli mürəkkəb cümlənin növünü müəyyənləşdirin:
A) şərt budaq cümləli
B) səbəb budaq cümləli
C) zaman budaq cümləli
D) yer budaq cümləli
E) tamamlıq budaq cümləli
Nitq hissəsi və onların dəyişməsi qaydalarını öyrənən dilçilik şöbəsi necə adlanır?
A) sintaksis
B) leksikologiya
C) morfologiya
D) orfoqrafiya
E) fonetika
Hansı fikir səhvdir?
A) Sifət cümlənin xəbəri kimi işlənə bilir.
B) "Xırdaca" sözü azaltma dərəcəsindədir.
C) Feldən sifət düzəltmək mümkündür.
D) Sifətin azaltma dərəcəsini əmələ gətirmək üçün "açıq" sözündən də istifadə edilir.
E) İşlənmə yerinə görə sifət saya oxşayır.
Hansı cərgədəki bütün sözlərdə vurğu ilk hecanın üzərinə düşür?
A) traktor, orden, medal
B) kimya, tarix, ədəbiyyat
C) dünən, gömgöy, tərtəmiz
D) qalstuk, bomboz, sarımtıl
E) yalnız, yalqız, ağımsov
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top