Tapılan ümumi test sayı : 25

Əsərlərdən birinin müəllifi Molla Pənah Vaqifdir:
A) "Məni candan usandırdı..."
B) "Dağlar"
C) "Keçdi növbəti-zimistan"
D) "Hayıf ki, yoxdur"
E) "Mədain xərabələri"
"Kitabi-Dədə Qorqud" dastanlarından aşağıdakı nümunədə məcazın növü:
Böyük bir dəniz kimi yayılıb gələn
                        kafirin qoşunudur,
Gün kimi parlayıb gələn kafirin
                       papağındakı işıqdır.
Ulduz kimi işırıb gələn kafirin 
                       nizəsidir.
A) metonimiya
B) litota
C) metafora
D) təşbeh
E) təzad
Cəfər Cabbarlının hekayə janrında yazılmış əsəri:
A) "Mənsur və sitarə"
B) "Od gəlini"
C) "Solğun çiçəklər"
D) "Qız qalası"
E) "Vəfalı Səriyyə"
"Sözü söylə alana,
Qulağında qalana."
Bu nümunə şifahi xalq ədəbiyyatının hansı janrına aiddir?
A) yanıltmac
B) hikmətli söz
C) atalar sözü
D) layla
E) tapmaca
Mövzu və ideya baxımından müqayisə oluna bilən əsərlər cərgəsini göstərin:
A) "Hacı Qara", "Nadir şah"
B) "Aldanmış kəvkib", "Nadir şah"
C) "Dağılan tifaq", "Nadanlıq"
D) "Sərgüzəşti-vəziri-xani-lənkəran", "Daldan atılan daş topuğa dəyər"
E) "Müsibəti-Fəxrəddin", "Aldanmış kəvakib"
Nizami Gəncəvinin "İsgəndərnamə" poeması ilə bağlı fikirlərdən biri səhvdir:
A) İsgəndəri Azərbaycana gətirərək diqqəti doğma yurdun uzaq və yaxın keçmişinə cəlb edir.
B) Poemada İsgəndərin qadına münasibətində də müəyyən ziddiyyətlərin olduğunu nəzərə çarpdırır.
C) İsgəndəri ideallaşdırır. Onun apardığı bütün müharibələri ədalətli müharibələr kimi təqdim edir.
D) Nizami eradan qabaq yaşamış Makedoniyalı İsgəndərlə bağlı əfsanə və rəvayətlərdən istifadə etməklə dünya və insan haqda fikirlərini əks etdirmişdir.
E) Əsərdə elmi məsələlərə də geniş yer verir. Eyni zamanda bərabərhüquqlu insanlardan ibarət bir ölkə təsvir edir.
"Fəxrəddin, Ömər, İsgəndər, Fərhad ...".
Bu gənc ziyalıların faciəsi onda idi ki: (daha əsaslı cavabı göstərin)
A) Mühitdəki qatı qaranlıq qarşısında tək və gücsüz idilər.
B) Kəskin, radikal tədbirlərə əl atmırdılar.
C) İradəsiz və cəsarətsiz idilər.
D) Dövrə müvafiq elmi-nəzəri hazırlıqları yox idi.
E) Xalq kütlələrindən uzaq düşmüşdülər.
M.Ə.Sabir  ədəbi məktəbinin Cənubi Azərbaycanda ən görkəmli davamçısı:
A) M.S.Ordubadi
B) Ə.Nəzmi
C) M.Möcüz
D) Ə.Qəmküsar
E) B.Abbaszadə
Müxəmməs nəyə deyilir?
A) biribnci bəndinin bütün misraları həmqafiyə, qalan bəndlərinin  üç misrası bir-biri ilə qafiyələnən, dördüncü misrası birinci bəndlə həmqafiyə olan lirik şerə
B) hər bəndi yeddi misradan ibarət 5-7 bəndlik lirik şerə
C) hər bəndi altı misradan ibarət olan 6-10 bəndlik lirik şerə
D) Misraları çarpaz qafiyələnən (1 və 3;2 və 4) dörd misralıq bəndlərdən ibarət olan şerə
E) hər bəndi beş misradan ibarət, birinci bəndi aaaaa, sonrakı bəndləri bbbba, vvvva və s.
Ana dilimizdə məktəbli uşaqlar üçün ilk dərslik yazmış müəllifləri göstərin:
I. a.Bakıxanov                   II. M.Ş.Vazeh
III. İ.Qutqşınlı                    IV. Q.Zakir
V. S.Ə.Şirvani
A) II, V
B) I, II
C) II, IV
D) III, IV
E) I, V
"Onuncuların yaxşı oxuması hamını sevindirir" cümləsində altından xətt çəkilmiş sözün morfoloji təhlilindəki səhvi göstərin:
A) İsimləşmişdir.
B) Sıra sayıdır, cəm və hal  şəkilçiləri ilə işlənib.
C) III növ təyini söz birləşməsinin I tərəfi kimi işlənib.
D) II şəxsin təkini bildirən mənsubiyyət şəkilçisi ilə işlənib.
E) Quruluşca düzəltmədir.
Zərflik hansı cümlədədir?
I. O,imtahana tamamilə hazırdır.
II. Onda yaxşı qabiliyyət var.
III. Neftdən müxtəlif yağlar alınır.
A) III
B) I və III
C) I
D) II
E) II və III
Qeyri-müəyyən təsirlik hala aid edilən əlamətlərdən biri səhvdir:
A) ikinci növ təyini söz birləşməsinin I tərəfi kimi işlənə bilər.
B) Şəkilçisi yoxdur.
C) Cümlədə vasitəsiz tamamlıq olur
D) Həmişə təsirli feldən əvvəl gəlir.
E) Nə? sualına cavab verir.
"Tənbəllik" sözünün fonetik təhlilində harada səhvə yol verilmişdir?
A) Sözdə dodaqlanmayan incə saitlərin ahəngi vardır.
B) Sözdə [n], [b], [l] cingiltili samitləri, [t], [x] kar samitləri işlənib.
C) 9 hərf və 9 səsdən ibarətdir.
D) [ə]-incə, açıq, dodaqlanmayan, [i]-incə, qapalı, dodaqlanmayan saitdir.
E) 3 hecadan ibarətdir: (tən-bəl-lik). Vurğu sonuncu hecaya düşür.
Təsirsiz fellərə artırılan -ılşəkilçisi hansı növ felləri əmələ gətirir?
A) icbar növ
B) məlum növ
C) məchul növ
D) qarşılıq-birgəlik növ
E) şəxssiz növ
Cüttərkibli cümləni göstərin:
A) Uşağın ağlamağı tutdu.
B) May ayının axırları idi.
C) Qonaqları salamladılar.
D) Müğənnini alqışladılar.
E) Dostumun kitabı Məhəmməddir.
Antonimlik daha çox hansı nitq hissələində özünü göstərir?
A) Fel, zərf, qoşma
B) Sifət, zərf, qoşma
C) İsim, say, əvəzlik
D) İsim, say, zərf
E) İsim, sifət, fel
Hansı cərgədəki söz birləşmələrini bir düzəltmə sözlə əvəz etmək mümkündür?
A) həyat nəğməsi, acıdil adam, gözəl xarakter
B) qayıq sürən, gül qabı, bağ becərən
C) klub işçisi, sinif rəhbəri, kitabın cildi
D) yalan danışan adam, ali məktəbdə oxuyan şəxs, kiçik yaşlı uşaq
E) məktəb direktoru, kafedra müdiri, ədəbiyyat müəllimi
Nümunələrdən  biri dialekt sözüdür:
A) doqqaz
B) solo
C) leksika
D) loğman
E) pəncərə
Hanı cərgədəki sözlərin hamısı qalın saitlərdir?
A) güldan, stol, qeyrət, bibi
B) yaşamaq, namuslu, uşaq, varlıql
C) sinif, qalib, idrak, tütü
D) adam, kitab, odun, saqqal
E) ana, əmi, küçə, uca
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top