Tapılan ümumi test sayı : 12

"Onuncuların yaxşı oxuması hamını sevindirir" cümləsində altından xətt çəkilmiş sözün morfoloji təhlilindəki səhvi göstərin.
A) Quruluşca düzəltmədir.
B) II şəxsin təkini bildirən mənsubiyyət şəkilçisi ilə işlənib.
C) Sıra sayıdır, cəm və hal şəkilçiləri ilə işlənib.
D) İsimləşmişdir.
E) III növ təyini söz birləşməsinin I tərəfi kimi işlənib.
Hansı cərgədəki söz birləşmələrini bir düzəltmə sözlə əvəz etmək mümkündür?
A) məktəb direktoru, kafedra müdiri, ədəbiyyat müəllimi
B) klub işçisi, sinif rəhbəri, kitabın cildi
C) yalan danışan adam, ali məktəbdə oxuyan  şəxs, kiçik yaşlı uşaq
D) həyat nəğməsi, acıdil adam, gözəl xarakter
E) qayıq sürən, gül qabı, bağ becərən
Qeyri-müəyyən təsirlik hala aid edilənəlamətlərdən biri səhvdir:
A) Şəkilçisi yoxdur.
B) Nə? sualına cavab verir.
C) Həmişə təsirli feldən əvvəl gəlir.
D) Cümlədə vasitəsiz tamamlıq olur.
E) İkinci növ təyini söz birləşməsinin I tərəfi kimi işlənə bilər.
Birinci tərəfi qeyri-müəyyən yiyəlik, ikinci tərəfi mənsubiyyət şəkilçisi mürəkkəb sözlər cərgəni göstərin:
A) sözdəyişdirici, həyatsevər
B) hacıleylək, maşınqayırma
C) sarıköynək, itburnu
D) quzuqulağı, stolüstü
E) Qonaqkənd, Göyçay
"Tənəllik" sözünün fonetik təhlilində harada səhvə yol verilmişdir?
A) 9 hərf və 9 səsdən ibarətdir.
B) Sözdə [n], [b], [l] cingiltili samitləri, [t], [x] kar samitləri işlənib.
C) 3 hecadan ibarətdir: (tən-bəl-lik). Vurğu sonuncu hecaya düşür.
D) Sözdə dodaqlanmayan incə saitlərin ahəngi vardır.
E) [ə]-incə, açıq, dodaqlanmayan, [i]-incə, qapalı, dodaqlanmayan saitdir.
Antonimlik daha çox hansı nitq hissələrində özünü göstərir?
A) Fel, zərf, qoşma
B) İsim, say, əvəzlik
C) İsim, say, əvəzlik
D) Sifət, zərf, qoşma
E) İsim, sifət, fel
Zərflik hansı cümlədədir?
I.O, imtahana tamamilə hazırdır.
II. Onda yaxşı qabiliyyət var.
III. Neftdən müxtəlif yağlar alınır.
A) III
B) I
C) II və III
D) II
E) I və III
Təsirsiz fellərə artırılan -ıl4 şəkilçisi hansı növ felləri əmələ gətirir?
A) məchul növ
B) icbar növ
C) şəxssiz növ
D) qarşılıq-birgəlik növ
E) məlum növ
Hansı cərgədə sözlərin sətirdən-sətrə keçirilməsində səhvə yol verilib?
A) i-da-rə-çi-lik, sü-rət, a-lim-lər
B) stol-lar, cü-cə-lər, quş-lar
C) mü-əl-lim-lər, bən-na-lar, mü-hən-dis-lər
D) mü-əy-yən , mü-şa-hi-də-çi-lik, igid-lik-lə
E) ki-tab-lar, dəf-tər-çə-dən, şkaf-lar
Cüttərkibli cümləni göstərin.
A) Uşağın ağlamağı tutdu.
B) Müğənnini alqışladılar.
C) Dostumun kitabı Məhəmməddədir.
D) Qonaqları salamladılar.
E) May ayının axırları idi.
Hansı cərgədəki sözlərin hamısı qalın saitlidir?
A) yaşamaq, namuslu, uşaq, varlıq
B) güldan, stol, qeyrət, bibi
C) sinif, qalib, idrak, ütü
D) adam, kitab, odun, saqqal
E) ana, əmi, küçə, uca
Hansı cərgədəki sifətlər əksmənalıdır?
A) uca-hündür
B) yekə-iri
C) balaca-kiçik
D) isti-qaynar
E) iri-xırda
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top